Mədəniyyət Nazirliyi Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb
Kriminal 29 May 2023 20:17:00 100 0
Mədəniyyət Nazirliyi əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb.
Nazirlikdən Son.az-a verilən məlumata görə, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962-1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973-1978) ixtisası üzrə ali təhsil alıb.
Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi "Köhnə bərə", "Biz qayıdacağıq" filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin".
Moskvada vəzifəli məmurların və iş adamlarının övladlarının olduğu B

Energetika Nazirliyinin keçmiş vitse-prezidentini döyən aktyor barəsində h

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə �

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməli

Bakıda "Prius"un iştirakı ilə baş verən qəza anı avtomobilə q

Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyəni

Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaş

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federas

Tanınmış aparıcıya Türkiyəyə giriş 5 il müddətinə qadağan edilib.

""Nə gözəldir bu dünya" filmində nəhəng aktyorlarla tərə

Britaniyanın uzaq mənzilli "Storm Shadow" silahlarının bütün zə

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq.

Müğənni Selena Qomezin yayılan videosu hər kəsi təəccübləndirib.
