İnanılmaz ailə olayı: Oğlan anasını marketə göndərdi, bacısı ilə...


Kriminal 28 May 2023 11:00:00 159 0

İnanılmaz ailə olayı: Oğlan anasını marketə göndərdi, bacısı ilə...

Bakının Suraxanı rayonunda 2001-ci il təvəllüdlü Elçin yetkinlik yaşına çatmayan bacısı Günelə (adlar şərti verilib - red.) təcavüz edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Elçin öz cinsi etirasını təmin etmək məqsədilə 2019-cu ildən 2021-ci ilin payız aylarına kimi olan müddət ərzində yaşadıqları Hövsan qəsəbəsindəki evlərində bacısı Günelin köməksiz vəziyyətindən istifadə edib. Ona zor tətbiq etməklə çarpayıya uzadaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Dərslərinə kömək etmişəm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, zərərçəkmiş Günel onun kiçik bacısıdır: "Bacım məndən 7-8 yaş kiçik olmaqla 14 yaşı var. Atam Vaqif tikintidə fəhlə işləyir, anam Əsmər isə evdar qadındır. Bacım və mən Hovsan qəsəbəsində yerləşən orta məktəbdə oxumuşuq. Məktəbin 9-cu sinfindən çıxmışam. Bacım isə hal-hazırda həmin məktəbin yeddinci sinif şagirdidir. Təhsilimizi Azərbaycan bölməsində almışıq. Bacısının dərslərinə kömək etmişəm. Atam ilə anamın bacımın təhsili ilə məşğul olmağa vaxtları olmayıb. Dönərçi işlədiyim yerdən aldığım maaşı ailəmin ehtiyaclarına, o cümlədən bacıma lazım olan əşyaların alınmasına xərcləmişəm".

"Əxlaqsız hərəkətlər etməmişəm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısını bir neçə dəfə döyüb: "Bacım telefonla yaşına uyğun olmayan səhifələrə baxır və yazışırdı. Rəfiqəsinin bir türk tanışı vardı. Həmin şəxslə bacım da yazışırdı. Buna görə əsəbləşərək bacımı döymüşəm ki, bu hərəkətlərini tərgitsin.

Hətta bacımın özünü məktəbin pəncərəsindən atmaq cəhdi barədə xəbər gələndə məktəbin direktoru atamın məktəbə dəvət etdi, bacımın bir oğlanı sevdiyini, həmin oğlanı hamının gözü qarşısında öpdüyünü dedi.

İttihamda göstərilən hərəkətləri bacıma qarşı törətməmişəm. Bunlar şər-böhtandır. Bacımla tək qalmaq üçün heç vaxt anamı mağazaya göndərməmişəm. Əksinə, evə nə lazımdısa, özüm alıb gətiurmişəm. Atamla anam arasında məişət zəminində mübahisələri olurdu. Anam ev işlərini səliqəsiz görür, bu da atamın xoşuna gəlmirdi.

Bacımı məktəbə anam aparıb-gətirirdi. Ancaq nənəm rəhmətə getdiyi üçün bir ara anam təxminən bir ay-ayyarım Gürcüstanda qaldı. Bacımın telefondakı yazışmalarına görə tənbeh etmişəm. Hər zaman da onun qayğısına qalmışam. Ona qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişəm".

"Soyunmağımı tələb etdi"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Günelin sözlərinə görə, qardaşı ilk dəfə ona qarşı cinsi təcavüzü 10 yaşı olanda evlərində edib: "Elçin anamı nəsə almaq adı ilə marketə göndərdi. Sonra özü yataq otağına keçdi və məni də ora çağırdı. Yataq otağında məndən soyunmağımı tələb etdi. Soyunmadıqda özü məni tam soyundurdu. Özü də soyunaraq məni üzü üstə yatağın üstünə uzatdı və qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Utandığımdan əllərimlə üzümü tutdum. Bu əlaqə təxminən yarım saat çəkdi. Qardaşımdan qorxduğum üçün ona müqavimət göstərə bilmədim. Məni tez-tez döydüyü üçün ondan qorxurdum.

Bu hadisə yay tətili vaxtı baş vermişdi. Elçin mənimlə qeyri-təbii yolla əlaqədə olan zaman ağrı hiss etmişəm və ağrıdan qışqırmışam. Ancaq Elçin üstümə qışqıraraq sakit olmağımı tələb etdi. Bundan sonra sakitcə ağlamağa davam etdim. Elçin işini qurtardıqdan sonra ayağa qalxaraq mənə "dur ayağa, otağı yığışdır, birazdan anan gələcək" dedi. Bundan sonra paltarımı əynimə geyindim, otağı yığışdırdım".

"Tapşırdı ki, bunu heç kimə, xüsusilə anama..."

Zərərçəkmiş şəxs qeyd edib ki, anası evə gəldikdə onun gözlərinin qızardığını görüb: "Səbəbini soruşduqda qorxduğum üçün sadəcə istidən qızardığını bildirdim. Həmin vaxtı həmçinin ayaqlarım bir-birinə dolaşdı və ona görə çox anamın gözünə görünmədim, ondan aralı gəzdim.

Həmin gün axşam saatlarında Elçin yenə anamı semiçka almaq bəhanəsi ilə evdən çıxardı. Bu dəfə Elçinin edəcəklərini, mənimlə yenidən zorla cinsi əlaqədə olmağa çalışdığını anladım və evin həyətinə çıxdım. Anam evdən çıxan kimi Elçin yenidən qolumdan tutdu və evə saldı, eyni qaydada cinsi əlaqədə oldu.

Elçin mənimlə 11 dəfə zorla cinsi əlaqədə olub. Hamısı Hövsan qəsəbəsində yaşadığımız evdə baş verib. Elçin hər dəfə qışqıraraq mənə tapşırırdı ki, elədiklərini heç kimə, xüsusilə anama deməyim. Mənmlə zorla cinsi əlaqə 2-3 ilə yaxın müddət davam etdi".

Günelin sözlərinə görə, sonuncu dəfə Elçin onunla 2021-ci ilinin may-iyun aylarında cinsi əlaqə olub: "Həmin vaxt Elçin yenə anamı mağazaya göndərdi, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Atam və anam evdə olan zaman heç bir zaman cinsi əlaqədə olmayıb. Dəfələrlə tualetə gedərkən Elçinin mənimlə zorla cinsi əlaqədə olması səbəbi ilə anal nahiyəmdən qan gəldiyini görmüçəm. Mənimlə təbii yolla cinsi əlaqədə olmayıb".

"Anamın mənə inamsızlıq etdiyini gördüm"

Zərərçəkmiş qeyd edib ki, Elçin onu başqa vaxtlarda mütəmadi döysə də, cinsi əlaqədə olarkən ondan qorxduğu üçün sakit dayanıb: "Elçin sonuncu dəfə cinsi əlaqədə olduqdan sonra dözə bilmədim. Anama bu barədə dedim. Anam mənə tam inanmadığı üçün həkimə aparacağını bildirdi.

Bundan bir-iki gün sonra anamla həkimə getmək üçün evdən çıxdıq. Lakin utandığım, qorxduğum və anamın mənə inamsızlıq etdiyini gördüm. Buna görə də həkimə getməkdən imtina etdim. Evimizə qayıtdım. Anam isə atamın qardaşımı və məni öldürəcəyindən qorxaraq heç kəsə bu barədə məlumat vermədi.

Bütün bu hadisələr məni gərgin psixoloji vəziyyətə saldı. Bu səbəbdən özümü məktəbin pəncərəsindən atmağa cəhd etdim. Lakin məktəbdə işləyən müəllim məni tutaraq pəncərədən dəhlizə saldı. Bundan sonra məktəbin psixoloqu mənimlə söhbət etdi. Həmin psixoloqa qardaşımın mənə qarşı etdiyi əməlləri bildirdim".

Zərərçəkmiş deyib ki, o, düzgün ifadə verir və qardaşına şər atmır: "Heç vaxt kənar şəxslərlə telefon vasitəsi ilə əxlaqsız yazışma aparmamışam. Məktəbdə heç bir oğlanın üzündən öpməmişəm".

"Narazılıq bildirməyiblər"

Cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmişin anası Əsmər şahid qismində dindirilən zaman deyib ki, həyat yoldaşı Vaqiflə 1995-ci ildə Bolnisi rayonunda ailə qurub:

"Biz Gürcüstandan Bakı şəhərinə köçərək Hövsan qəsəbəsində yaşamışıq. Ərim tikintidə fəhlə işləyib, mən isə evdar qadın olmuşam. Uşaqları Hövsan qəsəbəsindəki orta məktəbdə oxuyublar. Oğlum 9-cu sinifdən məktəbdən çıxaraq dönərxanada işləməyə başladı, qızım isə həmin məktəbdə təhsilini davam etdirdi. Qızımı məktəbə özüm aparıb gətirirdim. Müəllimlər qızımdan heç vaxt narazılıq bildirməyiblər".

"Ana kimi hiss etmişdim"

Əsmər qeyd edib ki, 2021-ci ilin ortalarında qızı ona qardaşı tərəfindən təcavüzə məruz qaldığını deyib: "Ondan neçə dəfə cinsi əlaqədə olduqlarını soruşdum, bir dəfə dedi. Utandığından bu barədə çox danışa bilmədi. Lakin sonuncu dəfə mən Gürcüstanda olarkən cinsi əlaqədə olduqlarını dedi. Qızımın sözlərindən təşvişə düşdüm. Ona həkimə gedib yoxlatdırmağı bildirdim. Həkimə getmək üçün evdən yola çıxdıqda xəstəxanaya çatmadan qızım ona inanmadığıma görə həkimə getməkdən imtina etdi. Qorxumdan ərimə bu barədə heç bir söz demədim. Qorxurdum ki, ərim məni və oğlumu öldürər. Oğluma da nə isə deməyə qorxdum.

Amma bir hadisəyə görə oğlumun qızıma təcavüz etməsinə inandım. Keçən il həyətdə olduğum zaman qızım ağlaya-ağlaya evdən çıxaraq dedi ki, Elçin onu yatağa yıxıb, qeyri-təbii yolla əlaqədə olacağını deyib. Elçinin qızımla yola getmədiyini, aralarında münasibətlərinin yaxşı olmadığını ana kimi hiss etmişdim.

Elçin Güneli 1-ci sinifdən bəri dərslərini oxutdurmaq üçün döyüb. Onu döyməsini 1-2 dəfə öz gözlərim ilə görmüşəm. Həmin vaxt Elçinə hirslənmişəm".

"Bizi sığınacağa yerləşdirdilər"

Əsmər deyib ki, növbəti dəfə Güneli məktəbə yola salıb: "Həmin gün Güneli məktəbdən evə gətirmək üçün məktəbə getdim. Məktəbə çatdıqda direktor müavini məni içəriyə çağırdı, Günelin məktəbin 3-cü mərtəbəsinin pəcərəsinə çıxaraq özünü aşağıya atmaq istədiyini bildirdi. Bundan sonra Güneldən niyə belə bir hərəkət etdiyini soruşsam da, mənə heç nə danışmadı.

Səhərisi gün bizi baş vermiş hadisəyə görə polis şöbəsinə çağırdılar. Bundan sonra məni və qızımı məktəbə çağırdılar, oradan da sığınacağa yerləşdirdilər".

"Əxlaqsız hərəkətlər etməsi hallarını görməmişəm"

Şahid qismində ifadə verən Günelin atası Vaqifin sözlərinə görə, övladları mehriban bacı-qardaş olublar: "Elçin 7-8 yaş böyük olduğu üçün bacısının dərsləri ilə özü məşğul olurdu. Onun bacısını döyməsi, əxlaqsız hərəkətlər etməsi hallarını görməmişəm. Bunu ağlınma belə gətirə bilmirəm.

Son 10 il ərzində yaşadığımız Hövsan qəsəbəsindəki həyət evinin iç-içə 2 otağı var. Həmin otaqlardan birində arvadımla qızım, digərində isə oğlumla mən yatmışam. Həmin otaqların arasında qapı olmayıb. Mən və oğlumun yatdığı otaqda hərəmiz ayrı-ayrı çarpayıda, qızım və arvadım isə digər otaqda böyük yataq çarpayısında yatıblar.

Evin həyətində bir otaqlı mətbəx, digər tərəfdə isə hamam otağı və sanitar qovşaq olub.

Oğlum oxuya bilmədiyi üçün 9-cu sinifdən çıxıb, 3 il olar ki, müxtəlif ünvanlarda kafelərdə ofisiant işləyib. Son il isə dönərçi köməkçisi olub. Hər gün saat 08.30-da evdən çox vaxt mənimlə birlikdə çıxıb, axşam saat 22 və ya 23 radələrində evə qayıdıb. Bildiyim qədər Elçinin istirahət günü olmayıb.

Aldığı əmək haqqını isə evə və bacısına xərcləyirdi. Elçinlə Günelin münasibətləri yaxşı olub. Bacı-qardaş kimi bir-birilərini çox istəyiblər".

"Mənə bir söz deməyib"

Vaqif qeyd edib ki, arvadı Əsmərlə onun evi səliqəsiz saxladığı üçün mübahisələri olub: "Amma onu heç vaxt döyməmişəm. Bununla belə arvadım bəzi hallarda küsərək Bolnisi rayonuna anasıgilə gedib, orada qalırdı. Lakin sonra geri qayıdırdı. Qızım Güneli məktəbə arvadım aparıb gətirirdi. Bu səbəbdən bununla bağlı heç bir narahatçılığım olmurdu.

Məlum hadisədən bir neçə ay əvvəl qızım mənə şikayətləndi ki, qardaşı telefonu ondan alaraq vermir. Oğlumdan bunun səbəbini soruşdum. Bildirdi ki, bacısı dərslərini yaxşı oxumadığına görə telefonu ondan alıb.

Mən də qızıma dərslərini yaxşı oxuduğu halda telefonun ona veriləcəyini bildirdim. Qızım həmin gün yaxşı oxuyacağını bildirdi. Ona görə telefonu oğlumdan alaraq qızıma qaytardım.

Yalnız polisdə bildim ki, oğlum bacısının telefonunda bir nəfər türk vətəndaşı olan şəxslə sevgi yazışmasına görə telefonu ondan alıbmış. Lakin oğlum bu barədə mənə bir söz deməyib".

"Oğluma qızım və arvadım şər atır"

Vaqifin sözlərinə görə, 4 fevral 2022-ci ildə tikintidə fəhlə işlədiyi zaman Elçin zəng edərək bacısının məktəbdə özünü pəncərədən atmaq istədiyini, hazırda Günelin evdə olduğunu, yalnız ağladığını bildirib: "Bundan sonra məni məktəbin direktoru yanına çağırdı. Qızımın sinif yoldaşını istədiyini, həmin oğlanla telefonla yazışdığını dedi.

Direktor bildirdi ki, bir neçə dəfə arvadıma mənim məktəbə gəlməyimi desə də, arvadım mənim işdə olduğumu bəhanə gətirib.

Bundan sonra mən və uşaqlarım polisə çağırıldıq. Yalnız o vaxt bildim ki, guya oğlum qızıma dəfələrlə təcavüz edib. Hadisə ilə bağlı onu da bildim ki, oğlum bacımın telefonunda Günelin bədən şəkillərini görüb.

Yoldaşımın qızımla oğlumu evdə tək buraxıb marketə getməsini bilmirəm. Market evimizdən 15 dəqiqəyə qət edilən uzaqlıqdadır. Onu da bildirmək istəyirəm ki, yoldaşım dəfələrlə qızımı da evdən götürərək tanışları və qohumlarının evində qalıb. Onları bir neçə gündən sonra tapıb evimə qaytarmışam. Oğluma qızım və arvadım şər atır. Onların iddiaları yalandır".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elçin 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az 

Qərbi Azərbaycan İcmasının BMTyə ünvanlandığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb like
  • 28 May 10:59  
Siyasət Qərbi Azərbaycan İcmasının BMTyə ünvanlandığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio

arrow Ətraflı
İlk dəfədir ki Türkiyədə prezident seçklkərinin ikinci turu olur like
  • 28 May 10:56  
Digərləri İlk dəfədir ki Türkiyədə prezident seçklkərinin ikinci turu olur

İlk dəfədir ki Türkiyədə prezident seçkilərinin ikinci turu olur.

arrow Ətraflı
Türkiyədəki seçkilərdə aktivlik müşahidə olunur like
  • 28 May 10:54  
Digərləri Türkiyədəki seçkilərdə aktivlik müşahidə olunur

Türkiyədəki seçliərdə aktivlik müşahidə olunur.

arrow Ətraflı
Lalə Azərtaş yüksək məbləğdə qrant qazandı like
  • 28 May 10:52  
Şou-biznes Lalə Azərtaş yüksək məbləğdə qrant qazandı

Tanınmış aparıcı Lalə Azərtaş "Heydər Əliyev ili"nə həsr o

arrow Ətraflı
Rusiyanın Britaniyadakı səfiri Qərbi sülhə çağırır like
  • 28 May 10:46  
Dünya Rusiyanın Britaniyadakı səfiri Qərbi sülhə çağırır

Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin ölkəsinin sülhə hazır olduğ

arrow Ətraflı
Kann festivalının Ən Yaxşı Qadın Oyunçusu mükafatını aldı like
  • 28 May 10:35  
Şou-biznes Kann festivalının Ən Yaxşı Qadın Oyunçusu mükafatını aldı

Türkiyənin məşhur aktrisası Merve Dizdar 76-cı Kann Film Festivalında Ən

arrow Ətraflı
Rusiya Ukraynanın paytaxtına hücum edib: like
  • 28 May 10:24  
Dünya Rusiya Ukraynanın paytaxtına hücum edib:

Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçi

arrow Ətraflı
Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 28 May 10:13  
Digərləri Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqill

arrow Ətraflı
At və uzunqulaq əti mal əti adı altında satılır? like
  • 28 May 10:02  
Digərləri At və uzunqulaq əti mal əti adı altında satılır?

İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq

arrow Ətraflı
Gədəbəydə kütləvi dava: like
  • 28 May 09:51  
Kriminal Gədəbəydə kütləvi dava:

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin

arrow Ətraflı
500 min nəfər təhlükəsizliyi təmin edir like
  • 28 May 09:40  
Digərləri 500 min nəfər təhlükəsizliyi təmin edir

Türkiyədə bugün keçirilən prezident seçkilərinin ikinci turunda ölkəd�

arrow Ətraflı
Seçki günü Türkiyədə bu qadağalar yenidən tətbiq edilib like
  • 28 May 09:35  
Digərləri Seçki günü Türkiyədə bu qadağalar yenidən tətbiq edilib

Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlan

arrow Ətraflı
Güclü yağış və külək bölgələrdə ciddi fəsadlara səbəb olub like
  • 28 May 09:29  
Digərləri Güclü yağış və külək bölgələrdə ciddi fəsadlara səbəb olub

Güclü yağış və külək Mingəçevirdə Heydər Əliyev prospekti, Rəsul R

arrow Ətraflı
“Sən haranın oxuyanısan axı?”  Əli Mirəliyev canlı efirdə ƏSƏBİLƏŞDİ like
  • 28 May 09:07  
Şou-biznes “Sən haranın oxuyanısan axı?” Əli Mirəliyev canlı efirdə ƏSƏBİLƏŞDİ

ATV-nin "Bizimləsən" proqramında ekspertlər arasında anlaşılm

arrow Ətraflı
Türkiyədə Prezident seçkilərinin II turu: like
  • 28 May 09:01  
Siyasət Türkiyədə Prezident seçkilərinin II turu:

Bu gün Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə s

arrow Ətraflı