44 yaşlı pedofili neçə il həbs cəzası gözləyir? FOTO


Kriminal 26 May 2023 23:27:00 293 0

44 yaşlı pedofili neçə il həbs cəzası gözləyir?  FOTO

https://oxu.az/society/734416

Mayın 18-də Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın başına gələnlər ictimaiyyəti sarsıtdı. Məlum oldu ki, yeniyetməni 1979-cu il təvəllüdlü Xudat sakini Səfər Kavazov aparıb.

Xatırladaq ki, həmin şəxsin böyüyü 12 yaşında olmaqla üç övladı var. Özünü 20 yaşlı gənc kimi təqdim edən S.Kavazov "Snapchat" vasitəsilə Ə.Tağıyeva ilə tanış olub və onunla evlənəcəyini vəd edib. Mayın 14-də o, yetkinlik yaşına çatmayan Əfsanəni Tovuzdan Xudata aparıb və onunla cinsi əlaqədə olub.

Son.az bildirir ki, media.az Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, tanınmış hüquq müdafiəçisi Eldar Zeynalovla mövzu barədə söhbətləşib.

E.Zeynalovun sözlərinə görə, bu halda cinayət məsuliyyəti cinsi əlaqənin könüllü və ya məcburi olmasından asılı deyil:

"Bu, cütlükdəki partnyorun 14 yaşına çatmaması və aralarındakı yaş fərqinin iki ildən çox olması ilə müəyyən edilir.

O cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli digər hərəkətlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Hüquqşünas bildirir ki, S.Kavazov yeniyetməni qaçırdığına görə də ittiham oluna bilər:

"Həmin şəxs qızı aldadıb, özünü onunla evlənmək istəyən 20 yaşlı subay oğlan kimi göstərib. Amma onun daha yaşlı və hətta evli bir adam olduğu ortaya çıxdı. Qızın bu fırıldaqçının arvadı və uşaqları ilə bir evdə olması ehtimalı azdır. Bəlkə, o, qızı hamıdan gizləyib, ailəsi ilə əlaqəni kəsib... O zaman adam oğurluğu ittihamlarından, çətin ki, qaça bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsi qaçırdığına görə onu 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir".

Ekspert deyib ki, adam oğurluğuna görə cəzanın maksimum müddətinin 12 ildən çox olması nəzərə alınaraq, bu cinayət xüsusilə ağır cinayət kimi təsnif edilir. Buna görə də qeyd olunan maddələr üzrə qəti cəza təyin edilərkən onların tam və ya qismən əlavə edilməsi tətbiq edilir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi). Belə olan halda ciddi rejimli koloniyalarda 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq edilir.

Hüquqşünas qeyd edib ki, Azərbaycanda belə halların sayı ilə bağlı statistika mövcud deyil. O bildirib ki, ümumilikdə 16 yaşına çatmamış cinsi əlaqədə olan qızların sayını dolayı yolla 16 yaşına çatmamış ana olanların sayından təxmin etmək olar: "Cəmiyyət "xeyirxah niyyətli" pedofilliyə, yəni qanuni nikah üçün minimum yaş həddini aşan erkən nikahlara qəribə dözümlülük nümayiş etdirir. Hətta belə münasibətlərin qeydə alınmasına qanunla icazə verilmirsə, o zaman ya mollaya üz tutulur, ya da vətəndaş nikahında yaşayırlar".

E.Zeynalovun sözlərinə görə, yetkinlik yaşına çatmayanların zorlanması halında zərərçəkmişin valideynləri seçim qarşısında qalırlar: zorlayanı həbsə atmaq, amma sonra öz kəndlərində rüsvayçılıq damğası ilə yaşamaq, ya da uşağı ona təcavüz edənlə evlənmək şərti ilə işi ört-basdır etmək.

Hüquqşünas bu cinayətə görə cəzanın nə qədər sərtləşdirilsə də, cinayətkarların cəzasız qalacağı təqdirdə bunun heç bir nəticə verməyəcəyini vurğulayıb.

O, dünyanın bəzi ölkələrində pedofillərə qarşı kimyəvi axtalanmanın tətbiqi məsələsinə toxunub və nümunə kimi Qazaxıstanı göstərib:

"Bu ölkədə pedofillərin kimyəvi axtalanması 2018-ci ildən mövcuddur və o vaxtdan bu günə qədər artıq 25 pedofilə belə prosedur təyin edilib. Bunun çox təsirli olduğuna şübhə edirəm. 2019-cu ildə dörd pedofil axtalandı, amma bu, 21 manyakı qətiyyən çəkindirmədi".

Ekspertin sözlərinə görə, pedofil manyakların yalnız öz libidolarını qane etmək üçün bu işə əl atdıqlarını düşünmək bir az sadəlövhlükdür.

"Bir uşaqla cinsi əlaqə manyakı qurbanı incitmək, qorxusundan həzz almaq arzusu ilə cəlb edə bilər. Bu vəziyyətdə "kimyəvi axtalanmış" manyak qurbanı hətta seks mağazasından oyuncaqla da zorlaya bilər. Üstəlik, bu dəfə polisin gözü qarşısında, guya "axtalanmış" kimi şübhələrdən kənarda qalacaq. Təəssüf ki, onların pozulmuş beynini axtalamağın yolu hələ müəyyən edilməyib".

E.Zeynalov həmçinin cəzanın sərtləşdirilməsinin qətllərin sayının artmasına səbəb ola biləcəyi (pedofillərin gənc şahidləri sağ buraxmaqdan qorxacaqları) təhlükəsini də vurğulayıb.

Bununla belə, o, ölkəmizdə pedofillərin çoxunun manyak deyil, kənd ailələrində tərbiyə olunan kişilər olduğunu vurğulayıb.

"Cəmiyyətdə "erkən nikah"lara dözümlülük var və bu, pedofilləri stimullaşdırır. Polis uşaq istismarçılarını saxlayanda onlar qurbanın ailəsi və ya hətta polislə danışıqlar apara biləcəklərini düşünürlər. Ona görə də bir çox belə xəbərlərin əvvəli var, amma sonu yoxdur, heç vaxt yazmırlar ki, günahkar cəzalandırılıb. Məsələn, kənd yerlərinin birində müəllimin aldatdığı qız dərs vaxtı uşaq dünyaya gətirmişdi. İş aydın şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci ("On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və cinsi xarakterli digər hərəkətlər") maddəsinə düşürdü. Ancaq xəbər yayıldı ki, qurbanın atası məktəbli qızın gələcək müəllimi ilə "göbəkkəsdi" olduğunu bildirib. Sonra qızı harasa apardılar və iş bağlandı. Təəssüf ki, belə nümunələr çoxdur..." - deyə E.Zeynalov sözlərini yekunlaşdırıb.

Kür çayında 2 gün əvvəl batan azyaşlı ilə bağlı YENİ XƏBƏR like
  • 26 May 23:23  
Digərləri Kür çayında 2 gün əvvəl batan azyaşlı ilə bağlı YENİ XƏBƏR

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən h

arrow Ətraflı
Sumqayıtda xəstəxanadan 46 min manatlıq oğurluq olub  VİDEO like
  • 26 May 23:16  
Kriminal Sumqayıtda xəstəxanadan 46 min manatlıq oğurluq olub VİDEO

Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter

arrow Ətraflı
Braziliya Prezidenti Rusiyaya getməkdən imtina etdi like
  • 26 May 23:05  
Dünya Braziliya Prezidenti Rusiyaya getməkdən imtina etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putin

arrow Ətraflı
Bəzi avtomobillərin qiyməti artıb  VİDEO like
  • 26 May 22:41  
Digərləri Bəzi avtomobillərin qiyməti artıb VİDEO

Avtomobil bazarında dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti ar

arrow Ətraflı
Ceyhun Bayramov Müqəddəs TaxtTacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb  FOTO like
  • 26 May 22:35  
Siyasət Ceyhun Bayramov Müqəddəs TaxtTacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb FOTO

26 may tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramo

arrow Ətraflı
Gəlin toyda HUŞUNU İTİRDİ like
  • 26 May 22:30  
Digərləri Gəlin toyda HUŞUNU İTİRDİ

Bavariya şahzadəsi Lüdviqin toyunda gəlin kilsədə huşunu itirib.

arrow Ətraflı
Tufan 12 nəfərin ölümünə səbəb oldu like
  • 26 May 22:21  
Dünya Tufan 12 nəfərin ölümünə səbəb oldu

Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bi

arrow Ətraflı
Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər like
  • 26 May 22:12  
Siyasət Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər

Yekun sülh sazişinin imzalanması prosesində hadisələrin aktivliyi artdığ

arrow Ətraflı
"Jiquli" kanala aşdı, sürücü öldü  Masallıda like
  • 26 May 22:08  
Digərləri "Jiquli" kanala aşdı, sürücü öldü Masallıda

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rəqsanənin kürəkəni azadlığa buraxıldı  Çünki... like
  • 26 May 21:51  
Şou-biznes Rəqsanənin kürəkəni azadlığa buraxıldı Çünki...

Bir neçə gün əvvəl həbs olunan müğənni Aysun İsmayılovanın keçmiş

arrow Ətraflı
Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə like
  • 26 May 21:34  
Kriminal Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova b

arrow Ətraflı
NATO və Ukrayna dialoqa başladı like
  • 26 May 21:25  
Dünya NATO və Ukrayna dialoqa başladı

NATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekol

arrow Ətraflı
Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır like
  • 26 May 21:14  
Digərləri Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır

Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti mü�

arrow Ətraflı