Sumqayıtda xəstəxanadan 46 min manatlıq oğurluq olub VİDEO
Kriminal 26 May 2023 23:16:00 67 0
Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləzvazimatlar oğurlayan şəxslər saxlanılıb.
Bu xəbəri də oxu: Kafedə kişi, onun arvadı və bacısı oğlu bıçaqlanıb
Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar.
Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərərkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.
Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.
Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putin

Avtomobil bazarında dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti ar

26 may tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramo

Bavariya şahzadəsi Lüdviqin toyunda gəlin kilsədə huşunu itirib.

Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bi

Yekun sülh sazişinin imzalanması prosesində hadisələrin aktivliyi artdığ

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bir neçə gün əvvəl həbs olunan müğənni Aysun İsmayılovanın keçmiş

"ARB TV"də yayımlanan "Səni axtarıram" proqramında gər

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova b

NATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekol

Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti mü�

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçi
