Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“


Şou-biznes 25 May 2023 22:35:00 147 0

Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“

Aktrisa Zülfiyyə Qurbanovanın sosial şəbəkə hesabında paylaşdığı postda yazdığı "20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm.Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar nədən danışdığımı bilməz" fikirlər gündəmə səbəb olub. 

Son.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb. 

Z.Qurbanova fikirlərinə bu cür aydınlıq gətirib: 

"Aktyorlar efirdə özlərinə aid bir məsələ müzakirə olunanda fikir bildirsələr də, heç zaman bir-birinə dəstək olmurlar. Amma efirdən kənarda bir-birinin fikri ilə razılaşırlar. İctimaiyyət arasında onların birliyi yoxdur. Fəxri ada gələndə isə... 2003-cü ildən bu sənətdəyəm. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərirəm, bir sıra dünya və beynəlxalq layihələrdə iştirak etmişəm, amma fəxri adım yoxdur.

Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə predmeti olan verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. Dünya səviyyəli təsdiq olunmuş festivallarda iştirak etmişəm. Yəni çəkildiyim filmlər orada nümayiş olunub, müxtəlif mükafatlar almışam. İnsan istəyir ki, o sənətinə və işinə görə dəyər, qiymət alsın".  Aktrisa bildirib ki, fəxri ad və ya mükafatla bağlı Mədəniyyət Nazirliyinə müraciət etməyib: 

"Mən heç bir yerə heç bir məsələ ilə müraciət etmirəm. Belə mövzular haqqında isə çox danışan insan deyiləm. Düşünmüşəm ki, hər şeydən öncə və əsas mənim işimdir, oynadığım roldur. Bir sözlə, gördüyüm işimlə tanınım. Bu fikirlərimi sərbəst şəkildə səsləndirmişəm". 

Zülfiyyə aktyorların sosial şəbəkədə özlərinə aid olmayan lazımsız mövzularda münasibət bildirmələrinə irad tutub: 

"İstedad gözəl bir keyfiyyətdir. İstedadsızsansa səni heç kəs hansısa bir yerə aparmayacaq. Yaltaqlıq bir yerə qədərdir. Lağ-lağı, dəxlisiz, mənasız və heç birimizə lazım olmayan mövzularla bağlı birinci aktyorlar fikir bildirirlər. Məişət və özfəaliyyət mövzuları... Amma özünə toxunan mövzulardan qorxub, çəkinirlər. Bunu dəfələrlə görmüşəm". 

Aktrisa sonra həmkarı Ülviyyə Əliyevanın hələ də fəxri ad və mükafat ala bilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək, onun bu məsələdə haqlı olduğunu vurğulayıb.

"Fəxri adla bağlı həmkarım Ülviyyə Əliyevanın da açıqlaması ilə sosial şəbəkədə rastlaşdım. Hər kəsin tələbidir ki, haqqını tələb etsin. Uzun illər incəsənət aləmində peşəkar səviyyədə, bu işin orta, ali təhsili almış teatr və kino sektorunda fəaliyyət göstərən hər bir aktyorun istəyini dilə gətirməsi haqqıdır". 

Bakıda eyvandan qopan beton parçası piyadanın başına düşdü  VİDEO like
  • 25 May 22:26  
Digərləri Bakıda eyvandan qopan beton parçası piyadanın başına düşdü VİDEO

"ATV Xəbər"in növbəti buraxılışında qəzalı vəziyyətdə ola

arrow Ətraflı
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb  FOTO like
  • 25 May 22:07  
Siyasət Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri

arrow Ətraflı
Dünyanın diqqət mərkəzinə düşən dəbdəbəli xınayaxdı mərasimindən like
  • 25 May 22:00  
Digərləri Dünyanın diqqət mərkəzinə düşən dəbdəbəli xınayaxdı mərasimindən

İordaniya kraliçası Raniya gəlini üçün dəbdəbəli xınayaxdı keçirib.

arrow Ətraflı
Yol nişanlarını düzgün bilməyən piyadalar  VİDEO like
  • 25 May 21:49  
Digərləri Yol nişanlarını düzgün bilməyən piyadalar VİDEO

"ATV Səhər"in növbəti buraxılışında şəhər sakinləri arası

arrow Ətraflı
Stress və yoxsulluq qan təzyiqinə səbəb ola bilər like
  • 25 May 21:38  
Digərləri Stress və yoxsulluq qan təzyiqinə səbəb ola bilər

Stress və yoxsulluq hipertoniyaya kömək edir.

arrow Ətraflı
Türkiyə enerji aslılığından qurtulmağı hədəfləyir  Fatih Dönmez like
  • 25 May 21:27  
Digərləri Türkiyə enerji aslılığından qurtulmağı hədəfləyir Fatih Dönmez

Türkiyə enerji aslılığından qurtulmağı hədəfləyir.

arrow Ətraflı
İlham Əliyev Nikol Paşinyanı belə mat etdi  VİDEO like
  • 25 May 21:19  
Siyasət İlham Əliyev Nikol Paşinyanı belə mat etdi VİDEO

Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı belə mat etd

arrow Ətraflı
SON DƏQİQƏ: Gəncəyə sel gəlib like
  • 25 May 21:16  
Digərləri SON DƏQİQƏ: Gəncəyə sel gəlib

Güclü yağışdan sonra Gəncəyə sel gəlib.

arrow Ətraflı
FHN metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirəcək like
  • 25 May 20:56  
Digərləri FHN metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi ilə "Bakı Metropoliteni" QSC metronun

arrow Ətraflı
İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 25 May 20:49  
Siyasət İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Tailand Krallığının Baş naziri Prayut Çan-o-ça Prezident İlham Əliyevə

arrow Ətraflı
Təkbaşına gəzən 5 yaşlı türk uşaq tapıldı  Ona konfet aldılar və... like
  • 25 May 20:41  
Dünya Təkbaşına gəzən 5 yaşlı türk uşaq tapıldı Ona konfet aldılar və...

Niderlandın cənubundakı Maastrixt şəhərində zəlzələ qurbanı olduğunu

arrow Ətraflı
Azərbaycan xarici işlər nazirinin müavini İsrailə işgüzar səfər edib  FOTO like
  • 25 May 20:30  
Siyasət Azərbaycan xarici işlər nazirinin müavini İsrailə işgüzar səfər edib FOTO

21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlə

arrow Ətraflı
İstanbulda ticarət mərkəzi yanır like
  • 25 May 20:23  
Digərləri İstanbulda ticarət mərkəzi yanır

İstanbulda "İstinye Park" ticarət mərkəzi yanır.

arrow Ətraflı
Qaxda çayxanada FACİƏ: Çay içən müəllim... like
  • 25 May 20:12  
Digərləri Qaxda çayxanada FACİƏ: Çay içən müəllim...

Qaxda 46 yaşlı müəllim anidən ölüb.

arrow Ətraflı
Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıb like
  • 25 May 20:08  
Siyasət Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-də Moskvada Azərbaycan Re

arrow Ətraflı