“Kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də Rəqsanə və ailəsidir” Xalq artisti


Şou-biznes 25 May 2023 17:12:00 97 0

“Kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də Rəqsanə və ailəsidir”  Xalq artisti

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşından boşanması bir neçə gündür gündəmi alt-üst edib.

Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşansalar da bir neçə gündür tərəflər ayrılıqlarının səbəblərini açıqlayır və bu məsələ müzakirələrə səbəb olub. 

Bəziləri isə məşhurların evliliklərinin saxta olduğunu iddia edir və onları tənqid atəşinə tuturlar. 

Məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məsələlərin gündəmə çevrilməsində yeganə günahkarın Rəqsanə İsmayılova və ailəsi olmadığını bildirib:

"Burada günah 50/50-dir. İnsanların yarısı onların boşanmasından gündəm tutur. Amma bəzən insanlar şantaja, qeybətə məruz qalırlar. Bu da yolverilməzdir. Mən şou-biznes mühitinin adamı olmadığım üçün Rəqsanə xanımı tanımıram, heç üzünü də görməmişəm.

Bu məsələdə məişətlə, əxlaqla bağlı bir çox problemlər var, ona görə tək bir nəfəri ittiham etmək haqsızlıq olar. Son vaxtlar eybəcər, təsadüfi, səsi olmayan xanımlar gündəmi zəb ediblər. Onlar ətəyini, balağını qaldırmaqla, sinəsini açmaq gündəmdə qalmağa çalışırlar, nə səsləri, nə də musiqi təhsilləri var. Kiminsə yazdığı şeirlərə əndrabadi mahnılar oxuyurlar, rəqs edib yanlarını atırlar. Mən bunun günahını xalqda və televiziyalarda görürəm". 

Kinorejissor yerli telekanalları da sərt tənqid edib: 

"Televiziyalar bu cür mənasız, mahiyyətsiz, bizim əxlaqımıza, milli-mentalitetimizə uyğun olmayan adamları haradan tapıb efirə çıxarırlar?! Bir də görürsən azyaşlı uşaq da çıxıb edirdə oynayır, ədəbaz-ədəbaz hərəkətlər edir. Bunlar bizi hara aparırlar? Efirə çıxarmağa namuslu, əxlaqlı, ziyalı ailədən gələnlər yoxdurmu? Onlar kimi təbliğ edirlər? Məni yandıran, odur ki, mənim gözəl xalqım da onları televiziyada görür, gedib borca pul tapır, bir kisə pul verib toyuna o "manıs"ları dəvət edir. 

Bu məsələ günah tək Rəqsanə xanımda olmasa da, bu, kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də yəqin ki, o xanım və ailəsidir. Təəsüflər olsun ki, onu şəxsən tanımıram və nə mənfi, nə də müsbət fikir bildirməyəcəyəm. Mən belə halların gündəm mövzusuna çevrilməsinin, hər kəs tərəfindən müzakirə olunmasının ümumi səbəblərini sadalayıram". 

Dövlət Uşaq Filarmoniyası Horadiz şəhərində konsert proqramı ilə çıxış edib  FOTO like
  • 25 May 17:02  
Kriminal Dövlət Uşaq Filarmoniyası Horadiz şəhərində konsert proqramı ilə çıxış edib FOTO

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Heydər Əliyev İli" �

arrow Ətraflı
Daha 9 nəfər koronavirusa yoluxub like
  • 25 May 16:58  
Digərləri Daha 9 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə

arrow Ətraflı
Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin səbəbi açıqlandı like
  • 25 May 16:44  
Digərləri Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin səbəbi açıqlandı

Bu il keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə gö

arrow Ətraflı
Ceymi Foks insult keçirdi  FOTO like
  • 25 May 16:32  
Şou-biznes Ceymi Foks insult keçirdi FOTO

Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi "Bac

arrow Ətraflı
Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir like
  • 25 May 16:24  
Siyasət Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə icl

arrow Ətraflı
Həbs olunan Eşqinin ifadəsi məlum oldu like
  • 25 May 16:22  
Şou-biznes Həbs olunan Eşqinin ifadəsi məlum oldu

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qız�

arrow Ətraflı
"Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır" like
  • 25 May 16:10  
Siyasət "Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır"

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdı

arrow Ətraflı
"Aysunun gözəllik salonuna gedib, amma..."  Eşqinin həbsinin detalları like
  • 25 May 15:56  
Şou-biznes "Aysunun gözəllik salonuna gedib, amma..." Eşqinin həbsinin detalları

Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun hə

arrow Ətraflı
Cəlilabadda itin dişlədiyi azyaşlı öldü like
  • 25 May 15:48  
Digərləri Cəlilabadda itin dişlədiyi azyaşlı öldü

Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

arrow Ətraflı
Magistratura təhsili nə dərəcədə önəmlidir?  VİDEO like
  • 25 May 15:44  
Digərləri Magistratura təhsili nə dərəcədə önəmlidir? VİDEO

Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac

arrow Ətraflı