Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin səbəbi açıqlandı


Digərləri 25 May 2023 16:44:00 105 0

Şagirdlərin buraxılış imtahanında aşağı nəticə göstərməsinin səbəbi açıqlandı

Bu il keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə göstəriblər. Demək olar ki, bütün sualları doğru cavab verən yoxdur. İl keçdikcə nəticələr heç də ürəkaçan olmur.

Bəs şagirdlərin buraxılış imtahanında belə aşağı nəticə göstərməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

"DİM tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməklik göstərir. Lakin, fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır. Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir", - deyə K. Əsədov qeyd edib.

Ekspert bildirib ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər.

"Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişib, məsuliyyətini artırıb. Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olub. İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir.

Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. Amma eal rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır" - deyə o əlavə edib.

Ceymi Foks insult keçirdi  FOTO like
  • 25 May 16:32  
Şou-biznes Ceymi Foks insult keçirdi FOTO

Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi "Bac

arrow Ətraflı
Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir like
  • 25 May 16:24  
Siyasət Prezident Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə icl

arrow Ətraflı
Həbs olunan Eşqinin ifadəsi məlum oldu like
  • 25 May 16:22  
Şou-biznes Həbs olunan Eşqinin ifadəsi məlum oldu

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qız�

arrow Ətraflı
"Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır" like
  • 25 May 16:10  
Siyasət "Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır"

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdı

arrow Ətraflı
"Aysunun gözəllik salonuna gedib, amma..."  Eşqinin həbsinin detalları like
  • 25 May 15:56  
Şou-biznes "Aysunun gözəllik salonuna gedib, amma..." Eşqinin həbsinin detalları

Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun hə

arrow Ətraflı
Cəlilabadda itin dişlədiyi azyaşlı öldü like
  • 25 May 15:48  
Digərləri Cəlilabadda itin dişlədiyi azyaşlı öldü

Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

arrow Ətraflı
Magistratura təhsili nə dərəcədə önəmlidir?  VİDEO like
  • 25 May 15:44  
Digərləri Magistratura təhsili nə dərəcədə önəmlidir? VİDEO

Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac

arrow Ətraflı
Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb like
  • 25 May 15:38  
Siyasət Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə məkt

arrow Ətraflı
Bakıda piyadaların iştirakı ilə baş verən qəzalar  VİDEO like
  • 25 May 15:32  
Digərləri Bakıda piyadaların iştirakı ilə baş verən qəzalar VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər

arrow Ətraflı
Lukaşenko Prezident İlham Əliyevi təbrik edib like
  • 25 May 15:26  
Siyasət Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy

arrow Ətraflı
"O bədənlə gecələr tək yatır"  Demetdən İrina Şeykə like
  • 25 May 15:20  
Şou-biznes "O bədənlə gecələr tək yatır" Demetdən İrina Şeykə

Xəbər verdiyimiz kimi, rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film

arrow Ətraflı
İranın Azərbaycana qarşı RəştAstara barrikadası  İran saatı Mübariz Əhmədoğlu ilə like
  • 25 May 15:16  
Digərləri İranın Azərbaycana qarşı RəştAstara barrikadası İran saatı Mübariz Əhmədoğlu ilə

V.Putin və İ.Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Ast

arrow Ətraflı