Həbs olunan Eşqinin ifadəsi məlum oldu


Şou-biznes 25 May 2023 16:22:00 130 0

Həbs olunan Eşqinin ifadəsi məlum oldu

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə yanaşı 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.

Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib:

"1 il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən "Aysun İsmayılova boutique atelye beauty center" adlı obyektə getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz noutbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Daha sonra özümə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkilim vasitəsilə geri qaytardım. Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16:00 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm".

Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyinin, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib: "Növbəti dəfə isə 07 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü noutbuku da götürərək obyekti tərk etdi".

Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.

Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

"Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır" like
  • 25 May 16:10  
Siyasət "Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır"

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdı

arrow Ətraflı
"Aysunun gözəllik salonuna gedib, amma..."  Eşqinin həbsinin detalları like
  • 25 May 15:56  
Şou-biznes "Aysunun gözəllik salonuna gedib, amma..." Eşqinin həbsinin detalları

Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun hə

arrow Ətraflı
Cəlilabadda itin dişlədiyi azyaşlı öldü like
  • 25 May 15:48  
Digərləri Cəlilabadda itin dişlədiyi azyaşlı öldü

Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

arrow Ətraflı
Magistratura təhsili nə dərəcədə önəmlidir?  VİDEO like
  • 25 May 15:44  
Digərləri Magistratura təhsili nə dərəcədə önəmlidir? VİDEO

Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac

arrow Ətraflı
Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb like
  • 25 May 15:38  
Siyasət Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə məkt

arrow Ətraflı
Bakıda piyadaların iştirakı ilə baş verən qəzalar  VİDEO like
  • 25 May 15:32  
Digərləri Bakıda piyadaların iştirakı ilə baş verən qəzalar VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər

arrow Ətraflı
Lukaşenko Prezident İlham Əliyevi təbrik edib like
  • 25 May 15:26  
Siyasət Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy

arrow Ətraflı
"O bədənlə gecələr tək yatır"  Demetdən İrina Şeykə like
  • 25 May 15:20  
Şou-biznes "O bədənlə gecələr tək yatır" Demetdən İrina Şeykə

Xəbər verdiyimiz kimi, rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film

arrow Ətraflı
İranın Azərbaycana qarşı RəştAstara barrikadası  İran saatı Mübariz Əhmədoğlu ilə like
  • 25 May 15:16  
Digərləri İranın Azərbaycana qarşı RəştAstara barrikadası İran saatı Mübariz Əhmədoğlu ilə

V.Putin və İ.Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Ast

arrow Ətraflı
Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi like
  • 25 May 15:14  
Digərləri Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi

Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müə

arrow Ətraflı
Hotel xidmətləri daha da arta bilər  VİDEO like
  • 25 May 15:08  
Digərləri Hotel xidmətləri daha da arta bilər VİDEO

Azərbaycandakı bəzi hotellərdə bahalaşma var. Qiymətlərin növbəti ayla

arrow Ətraflı
Qaribaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 25 May 15:06  
Siyasət Qaribaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi  VİDEO like
  • 25 May 14:55  
Digərləri Ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi VİDEO

İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr

arrow Ətraflı