Taksi fəaliyyətində vəziyyət bir o qədər ürəkaçan deyil


Digərləri 25 May 2023 14:06:00 168 0

Taksi fəaliyyətində vəziyyət bir o qədər ürəkaçan deyil

Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır. Digər tərəfdən isə sərnişinlər bu cür daşımaları həyata keçirən sürücülərin təhqirinə məruz qalır. Lakin hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı ilə bağlı tədbirlər görmək mümkün olmur. Bu sahə tənzimlənmədiyinə görə, bəzən bu taksi sürücüləri müəyyən edilmiş qiymətdən daha çoxunu tələb edirlər.

Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə qeyd edilib ki, Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında" qanuna ziddir.

"Report" ölkədə taksi fəaliyyətində mövcud vəziyyətlə bağlı nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayevlə danışıb.

Y. Mustafayev hesab edir ki, bu sahədə keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində tədbirlər görülməlidir: "Hazırda taksi qiymətləri münasibdir. Ölkədə bu sahədə mövcud olan daşıma qiymətlərini digər ölkələrlə müqayisə etsək görərik ki, qiymətlər münasibdir. Yəni bir yerdən başqa yerə bir manat, iki manat, üç manat aşağı tariflərlə getmək olur. Amma burada keyfiyyət çox aşağıdır. Yəni istər sərnişinlərlə sürücünün davranış münasibəti, həmçinin avtomobillərin texniki vəziyyəti, onların komfortu ilə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil".

Ekspert deyib ki, bu cür taksi xidmətləri əsasən məlumat bazası xaricdə olan beynəlxalq şirkətlər tərəfindən təşkil olunur, bu isə ölkədən valyutanın çıxmasına, ölkənin gəlirlərinin xaricə axmasına səbəb olur.

Y. Mustafayev vurğulayıb ki, hazırda artıq taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq: "Düzdür, bu iki şərtin eyni arada olmağı bir az çətin məsələdir, çünki keyfiyyətlə kəmiyyət bir-birinə tərs mütənasibdir. Keyfiyyət yüksəldikcə kəmiyyət, yəni qiymət demək olar ki, ona mütənasib olaraq artacaq. Taksi fəaliyyəti ilə bağlı qəbul ediləcək qərar yəqin ki, cəmiyyətdə də geniş müzakirə olunacaq. Bu məsələ kifayət qədər ciddi məsələdir, daha çox insana xidmət göstərdiyindən bu qanun layihəsini elə bir şəkildə hazırlamaq lazımdır ki, qeyd etdiyimiz kimi, həm kəmiyyət, yəni qiymət siyasəti, həm də keyfiyyət siyasəti vətəndaşları qane edəcək səviyyədə olsun".

"Formula 1"in zolaqlarına sahib çıxan yoxdur... like
  • 25 May 14:00  
Digərləri "Formula 1"in zolaqlarına sahib çıxan yoxdur...

Formula-1 bir yarışlarından sonra sürücülər paytaxtın mərkəzi küçə

arrow Ətraflı
Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir? like
  • 25 May 13:55  
Digərləri Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir?

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin h�

arrow Ətraflı
Naxçıvanda DYP rəisi vəzifəsindən like
  • 25 May 13:53  
Digərləri Naxçıvanda DYP rəisi vəzifəsindən

Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsini

arrow Ətraflı
Türkiyə Malayziyaya PUA ixrac edəcək like
  • 25 May 13:51  
Digərləri Türkiyə Malayziyaya PUA ixrac edəcək

Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri �

arrow Ətraflı
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?” like
  • 25 May 13:49  
Şou-biznes “Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”

"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kim

arrow Ətraflı
Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb like
  • 25 May 13:47  
Digərləri Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb

2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daş

arrow Ətraflı
Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib like
  • 25 May 13:41  
Şou-biznes Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib. 

arrow Ətraflı
Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu like
  • 25 May 13:38  
Digərləri Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu

Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya üçün ən bahalı əm�

arrow Ətraflı
Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq like
  • 25 May 13:34  
Kriminal Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq

Muzey Mərkəzində, 26 may saat 18:00-da, Eldəniz Babayevın "ZƏFƏR MÜ

arrow Ətraflı
“Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir” like
  • 25 May 13:29  
Digərləri “Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad

arrow Ətraflı
Çirkab su sakinlərin həyətinə dolur... like
  • 25 May 13:27  
Digərləri Çirkab su sakinlərin həyətinə dolur...

Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa

arrow Ətraflı
ABŞ təsdiqlədi: like
  • 25 May 13:16  
Dünya ABŞ təsdiqlədi:

ABŞ administrasiyası Ukraynaya bir NASAMS yaxın və orta mənzilli hava hücu

arrow Ətraflı
Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib like
  • 25 May 13:13  
Siyasət Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi

arrow Ətraflı
Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI like
  • 25 May 13:12  
Siyasət Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI

2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü

arrow Ətraflı
Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 25 May 13:12  
Siyasət Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbri

arrow Ətraflı