“Şirlə çəkilməzdən öncə vəsiyyət də etmişdim, çəkilişdə ceyranın ürəyi partlayıb öldü...”


Kriminal 24 May 2023 17:48:00 138 0

“Şirlə çəkilməzdən öncə vəsiyyət də etmişdim, çəkilişdə ceyranın ürəyi partlayıb öldü...”

"İlk qonorarımı "Azadlıq şirin sözdür" filmindən almışam. Həmin filmdə bir epizod oynamışdım. Kiçik məbləğ olsa da, mənim üçün xeyli pul idi. O vaxt dərəcəm yox idi. Ssri-də ən böyük dərəcə 75 manat idi. Dərəcəm olandan sonra SSRİ-də ən böyük qonorarı mən aldım. Çox sağ olsun bizim hökümət aktyora baxır, qayğı göstərir. O vaxt Rus Dram Teatrında Vera Şirye adında bir aktrisamız var idi. "Ana və poçtalyon" şeirini çox gözəl, əzbərdən deyirdi. Heydər Əliyev onu çox yaxşı tanıyırdı. Ulu öndərə demişdilər ki, Vera Şirye zibillikdə eşələnir. Bundan sonra Heydər Əliyev sənət adamlarına kömək məqsədilə təqaüd fikirləşdi. Həmin təqaüdü ilk 20-yə yaxın sənətçi aldı, onlardan biri də mən idim. O bu gün bizi yaşadır. Başqa MDB ölkələrində bu yoxdur. Dövlət əlindən gələn hər şeyi edir. Bircə qalıb ki, xidmət etmək, işləmək, maraqlı, baxımlı filmlər çəkmək. Bu gün filmi bilirsiniz necə və nə üçün çəkirlər? Kimsə özünə ya maşın, ya ev almaq istəyir, götürüb bir film çəkir ki, pul qazansın. Nəticədə də hər şey bərbad olur".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.

"Gənclər öz üzərlərində çalışmalıdırlar, inkişaf etməlidirlər. Bir rol oynayan kimi ulduzluq etmək olmaz. Obrazın ştrixlərini tapmaq, aramaq lazımdır. Bizim vaxtımız yox idi, oxuyurduq, maraqlanırdıq, öyrənirdik. Ona görə də başqa işlərə vaxtımız qalmırdı. İndi işdən başqa hər şeylə məşğul olurlar. Ona görə də sənət yoxdur. Mənim sənət dostlarım çox olub. Səməndər Rzayev, Fuad Poladov və s. sənətkarlarla dostluq etmişəm. Yaxşı dostlarım da olub, mənə paxıllıq edənlər də olub. Amma mən heç kimə paxıllıq etməmişəm. İstəsəm belə buna vaxtım olmayıb" deyə xalq artisti bildirib.

Xalq artisti filmlərdə yaşadığı çətinliklərdən də danışıb.

"Yumoru çox sevirəm. Əsl yumoru. Elə bir yumor olmalıdır ki, tamaşaçılar gülə-gülə düşünsünlər. Rejissoru bütləşdirmək olmaz. Mənə baş qəhrəmanları, ciddi obrazları veriblər. Epizod da oynamışam, amma onu da baş rol kimi oynamışam. Aktyor gərək sərbəst olsun. Həmişə teatrda işləmək arzum olub. Amma bu mümkün olmayıb. Mənim fikrimcə aktyor teatrda işləyib, sonra kinoya çəkilməlidir. Filmə çəkilmək, filmdə rol oynamaq da asan deyil. "Dədə Qorqud" filmində şirlə məşhur səhnəm var. O səhnəyə çəkilməzdən əvvəl hətta vəsiyyət də etmişdim. Şirlə zarafat etmək olmaz axı. Özü də bir baxırdı gözlərimin içinə. Həmin filmdə ceyranla bağlı səhnəm də var. İpi atıram, ceyranı tutub gətirirəm Banuya. Ceyran yazıq bilmir axı kinoya çəkilmir. Yerə yıxan kimi gözündən yaş gəlirdi. 3-4 dubl çəkəndən sonra ceyranın ürəyi partladı, öldü" deyə sənətkar bildirib.

Son.az  

İntim videolar çəkən polkovnikə like
  • 24 May 17:46  
Digərləri İntim videolar çəkən polkovnikə

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar ç�

arrow Ətraflı
Muzeyə gedən qadın eksponatlar arasında öz ürəyini gördü  FOTO like
  • 24 May 17:36  
Dünya Muzeyə gedən qadın eksponatlar arasında öz ürəyini gördü FOTO

Britaniyanın Rinqvud şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, hempş

arrow Ətraflı
1009 şagirdin imtahan nəticələrinə dəyişiklik edilib  RƏSMİ like
  • 24 May 17:32  
Digərləri 1009 şagirdin imtahan nəticələrinə dəyişiklik edilib RƏSMİ

5 mart 2023-cü il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə t

arrow Ətraflı
"İstifadəyə verilməyən 10 layihəyə 40 milyon manata yaxın vəsait xərclənib" like
  • 24 May 17:30  
Digərləri "İstifadəyə verilməyən 10 layihəyə 40 milyon manata yaxın vəsait xərclənib"

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan, lakin istifadəyə veri

arrow Ətraflı
Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi! like
  • 24 May 17:25  
Digərləri Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi!

Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal b

arrow Ətraflı
Sülh danışıqlarında irəliləyiş gözlənilir  Moskvada hansı məsələdə razılığa gəlinəcək? like
  • 24 May 17:14  
Siyasət Sülh danışıqlarında irəliləyiş gözlənilir Moskvada hansı məsələdə razılığa gəlinəcək?

Ötən ildən etibarən Azərbaycan və Ermənistan arasında gedən sülh danı

arrow Ətraflı
"Sədərəkə getmək ayıb bir şey deyil"  VİDEO like
  • 24 May 17:12  
Şou-biznes "Sədərəkə getmək ayıb bir şey deyil" VİDEO

Rəqqasə Fatimə Fətəliyeva TikTok-da canlı yayımda onu linç edən izləyi

arrow Ətraflı
Ceyhun Bayramov Lui Bono ilə görüşdü like
  • 24 May 17:10  
Siyasət Ceyhun Bayramov Lui Bono ilə görüşdü

24 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır  Putin like
  • 24 May 17:06  
Siyasət Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır Putin

Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin

arrow Ətraflı
Tanınmış həkimin oğlu həbs edildi like
  • 24 May 16:58  
Digərləri Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş

arrow Ətraflı
"Global Star Awards 2023" mükafatlandırılma mərasimi keçirilib  FOTO like
  • 24 May 16:57  
Kriminal "Global Star Awards 2023" mükafatlandırılma mərasimi keçirilib FOTO

Caspian Events Group öz sahəsində uğur qazanan, fərqlənən, trendə çevri

arrow Ətraflı
Putin İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 24 May 16:56  
Siyasət Putin İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə m�

arrow Ətraflı
Yoluxanların sayı açıqlanıb like
  • 24 May 16:40  
Digərləri Yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yolux

arrow Ətraflı