İrəvanın çıxış yolu hələ də var Qərarını özü verməlidir:


Siyasət 20 May 2023 12:46:00 109 0

İrəvanın çıxış yolu hələ də var  Qərarını özü verməlidir:

Dünən Moskavada Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü bütün digər görüşlərdən fərqləndirən əsas amil ondan ibarətdir ki, Ermənistan və Rusiya xarici işlər nazirləri öz çıxışlarında ərazi bütövlüyü məsələsi üzərindən keçərək, vurğunu kommunikasiya, demarkasiya və delimitasiya məsələlərinə yönəltdilər.

Bu barədə Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ötən ilin dekabr ayında Moskvada görüşməli idilər. Lakin həmin dövrdə Ermənistan və Rusiya arasında olan fikir ayrılıqları və müəyyən məsələlərlə bağlı Rusiya və Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblər görüşün baş tutmaması ilə nəticələndi. Rusiyanın fikrincə bu məsələlər sülh müqaviləsinin mətnin razılaşmasına qədər həllini tapmalıdır. 2020-ci ildə üçtərəfli bəyənat imzalandıqdan sonra humanitar, kommunikasiya məsələləri müzakirə predmeti idi və bütün bunlardan sonra sülh müqaviləsinin imzalanması planlaşdırılırdı. Lakin Ermənistanın vaxt uzatması, kommunikasiya və nəqliyyat məslələrində qeyri-konstruktiv mövqe ona gətirib çıxardı ki, sülh müqavilsəinin mətninin razılaşdırılması önə keçdi", - deyə o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan üçün prinsipial məsələ ilk növbədə Qarabağdakı çağırışların həllidir.

"Bu çağırışların həlli üçün də iki yol var. Ya Ermənistan Brüssel görüşündə olduğu kimi Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə qəbul edir, ya da ki məsələ uzanır, bu isə əlbəttə Azərbaycanın məsələni digər yolla həll etməsidir. Azərbaycana bəllidir ki, kim hansı məsələdə vaxtı uzatmaq istəyir, kim Zəngəzur dəhlizini açmaq istəyir. Bütün maraqlı qüvvələr başa düşməlidir ki, bizim konkret tələblərimiz var. Əgər kimsə vaxt uzatmağı düşünürsə, bu ancaq regionda hərbi əməliyyatlar versiyasını aktuallaşdırır. Ermənistan bundan öncəki görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Ümumilikdə isə, Rusiyada baş tutan görüşlər Moskvanın Ermənistana təsir imkanlarını nəzərə alsaq əhəmiyyətlidir. Cənubi Qafqazdakı proseslərdə Rusiya açar dövlətlərdən biridir", - deyə Z.Məmmədov əlavə edib.

Q.Qarayevdə quldurluq edən şəxs saxlanıldı  VİDEO  FOTO like
  • 20 May 12:22  
Kriminal Q.Qarayevdə quldurluq edən şəxs saxlanıldı VİDEO FOTO

Nizami rayonunda quldurluq hadisəsi baş verib.

arrow Ətraflı
Paşinyan: "Brüsseldə Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik” like
  • 20 May 11:58  
Dünya Paşinyan: "Brüsseldə Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik”

"Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələ

arrow Ətraflı
Rusiya çevrilişə hazırlaşırdı, uğursuz oldu  Sandu like
  • 20 May 11:48  
Digərləri Rusiya çevrilişə hazırlaşırdı, uğursuz oldu Sandu

Moskva yaz aylarında Moldovada avropayönümlü hakimiyyəti devirib, rusmeyill

arrow Ətraflı
Vaşinqtonun Bakıya etimadı artır  Baydenin məktubunun detalları like
  • 20 May 11:40  
Siyasət Vaşinqtonun Bakıya etimadı artır Baydenin məktubunun detalları

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezid

arrow Ətraflı
"Kurtlar Vadisi"nin Meralının dəyişimi görənləri təəccübləndirir  VİDEO  FOTO like
  • 20 May 11:36  
Digərləri "Kurtlar Vadisi"nin Meralının dəyişimi görənləri təəccübləndirir VİDEO FOTO

"Kurtlar Vadisi" serialında Meral obrazını canlandıran aktrisanın

arrow Ətraflı
Bakıda kitabxana binası qəzalı vəziyyətdədir  VİDEO like
  • 20 May 11:24  
Kriminal Bakıda kitabxana binası qəzalı vəziyyətdədir VİDEO

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Firudun bə

arrow Ətraflı
Günnüt əməliyyatınının detalları  Trend TVnin Naxçıvandan reportajı like
  • 20 May 11:14  
Digərləri Günnüt əməliyyatınının detalları Trend TVnin Naxçıvandan reportajı

Günnüt əməliyyatından beş il keçir. Günnüt əməliyyatı Ali Baş Koman

arrow Ətraflı
Azərbaycanlı müğənni “RollsRoyce” aldı  VİDEO  FOTO like
  • 20 May 11:00  
Şou-biznes Azərbaycanlı müğənni “RollsRoyce” aldı VİDEO FOTO

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai B

arrow Ətraflı
Aleynanın maşında açıqsaçıq görüntüləri yayıldı  FOTO like
  • 20 May 10:24  
Şou-biznes Aleynanın maşında açıqsaçıq görüntüləri yayıldı FOTO

Türkiyəli gənc müğənni Aleyna Tilki sosial media hesabından paylaşdığ�

arrow Ətraflı
İş axtaranların nəzərinə like
  • 20 May 09:50  
Digərləri İş axtaranların nəzərinə

AZƏRTAC Türkiyə (Ankara), Almaniya (Berlin), ABŞ (Vaşinqton), Böyük Brita

arrow Ətraflı
Nərgiz Cəlilova uzun müddət sonra görüntüləndi  FOTO like
  • 20 May 09:48  
Şou-biznes Nərgiz Cəlilova uzun müddət sonra görüntüləndi FOTO

Əməkdar artist Nərgiz Cəlilova uzun müddət sonra görüntülənib.

arrow Ətraflı
"Günay Bank" müflis elan edildi like
  • 20 May 09:24  
Digərləri "Günay Bank" müflis elan edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiy

arrow Ətraflı
Xaq artistinin oğlunun qolu zədələndi like
  • 20 May 09:12  
Şou-biznes Xaq artistinin oğlunun qolu zədələndi

Xalq artisti Miri Yusifin oğlunun başına iş gəlib.

arrow Ətraflı