YAPın nüfuzuna xələl gətirən 15 nəfər partiyadan xaric edilib


Siyasət 17 May 2023 15:27:00 145 0

YAPın nüfuzuna xələl gətirən 15 nəfər partiyadan xaric edilib

Mayın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

YAP-dan Son.az-a verilən məlumata görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib. İclasın müzakirəsinə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun vəzifəsindən azad edilməsi, YAP Gəncə şəhər təşkilatına və YAP Hacıqabul rayon təşkilatına sədr təyin olunması, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.

İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb. YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Pərvin Kərimzadə, Amin İsmayılov, Asif Əsgərli, Tofiq Cahangirov və Elmar Qasımov çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədikləri bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Cari məsələlərlə bağlı müzakirələr zamanı isə YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Tahir Mirkişili, Kamal Cəfərov və Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

“Efirə cins şalvarla çıxıb, əlimdə qaval tuta bilmərəm” like
  • 17 May 15:25  
Kriminal “Efirə cins şalvarla çıxıb, əlimdə qaval tuta bilmərəm”

Son.az xəbər verir ki, xalq artisti Aygün Bayramova moderator.az-ın suallar�

arrow Ətraflı
Yanvaraprel aylarında İskenderun limanı 15 milyon tona yaxın yük qəbul edib like
  • 17 May 15:17  
Digərləri Yanvaraprel aylarında İskenderun limanı 15 milyon tona yaxın yük qəbul edib

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İskenderun limanı 14 milyon

arrow Ətraflı
Qarabağda separatçılar arasında gərginlik: like
  • 17 May 15:14  
Siyasət Qarabağda separatçılar arasında gərginlik:

Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə gərginlik

arrow Ətraflı
AnkaraSivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb like
  • 17 May 15:08  
Digərləri AnkaraSivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb

Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb.

arrow Ətraflı
Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubiyyətlə üzləşəcək like
  • 17 May 15:06  
Digərləri Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubiyyətlə üzləşəcək

Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubi

arrow Ətraflı
Ayrılığın səbəbi bu aktrisa imiş like
  • 17 May 15:03  
Şou-biznes Ayrılığın səbəbi bu aktrisa imiş

Türkiyəli aktrisa Miray Danerlə Oğulcan Enginin ayrılıq səbəbi bəlli o

arrow Ətraflı
Deputat iclas zamanı şahmat oynadı like
  • 17 May 14:52  
Digərləri Deputat iclas zamanı şahmat oynadı

Rusiyalı deputat Dövlət Dumasının plenar iclasında şahmat oynayarkən gö

arrow Ətraflı
Azərbaycanda bir çox QHTlərdə rəhbər vəzifələri qadınlar tutur like
  • 17 May 14:44  
Digərləri Azərbaycanda bir çox QHTlərdə rəhbər vəzifələri qadınlar tutur

Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır və bu QH

arrow Ətraflı
Xalq artisti Bakıda 13 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlanmasından danışdı like
  • 17 May 14:41  
Şou-biznes Xalq artisti Bakıda 13 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlanmasından danışdı

Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanla

arrow Ətraflı
Yanvaraprel aylarında Livandan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb like
  • 17 May 14:34  
Digərləri Yanvaraprel aylarında Livandan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb

2023-cü ilin yanvar-aprel aylarında Livandan Türk limanlarına 1 milyon 315 m

arrow Ətraflı
Aynişan izləyicisini polisə verdi like
  • 17 May 14:19  
Şou-biznes Aynişan izləyicisini polisə verdi

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyi

arrow Ətraflı
Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü like
  • 17 May 14:18  
Dünya Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 59

arrow Ətraflı
Bundan sonra da daha bir neçə bank bağlana bilər like
  • 17 May 13:56  
Digərləri Bundan sonra da daha bir neçə bank bağlana bilər

Azərbaycanda bundan sonra da bankların azalması prosesini proqnozlaşdıra bi

arrow Ətraflı