Əbülfəz Fərəcoğlunun “Qaçış nöqtəsi" adlı fərdi sərgisi açıldı FOTO


Kriminal 13 May 2023 09:30:00 171 0

Əbülfəz Fərəcoğlunun “Qaçış nöqtəsi" adlı fərdi sərgisi açıldı  FOTO

Muzey Mərkəzinin Sərgi Qalereyası tanınmış rəssam Əbülfəz Fərəcoğlunun (Cabbarov) "QAÇIŞ NÖQTƏSİ" adlı fərdi sərgisi 12 - 16 may keçirilir. Ekspozisiyada rəssamın 16 qrafik və 91 rəsm əsəri nümayiş olunur. Sərginin təntənəli açılışı 12 may saat 18:00-da olub.

Müasir təsviri sənətdə baş verən bədii proseslərin mürəkkəb qatlarında bəzən əvvəlcədən nəzərdə tutulmamış hadisələrlə də qarşılaşmalı olursan. Başqa sözlə desək, ümumi axın hamının duyğularını cilovlasa da, elə bir qüvvə tapılır ki, tamaşaçı diqqətini cəlb edə və onun rəğbətini qazana bilir. Belə ki, seyrçi çağdaş təsvir konsepsiyalarının mürəkkəbləşdirilmiş simvolika və paradokslarından sanki bir az yorulmuş kimi görünür və təbii olaraq ona tuşlanmış belə sakit və etibarlı səsə minnətdarlıq hissi ilə tez reaksiya verir. Ötən əsrin son qərinəsində (1982) Azərbaycan təsviri sənət məkanında ilk addımlarını atmağa başlayan Əbülfəz Fərəcoğlu belə "səs" sahiblərindən olmuşdur. Rəssamın "Qaçış nöqtəsi" adlanan yeni fərdi sərgisində onun özündə ənənə və müasirliyi birləşdirən əsərləri ilə tanış olmaq mümkündür.

Rəssamın qırx ili əhatə edən yaradıcılığında yer alan rəngkarlıq və qrafika əsərlərinin estetikası ilk növbədə bir qayda olaraq yenilənməyə meyilli olduğundan, onun həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirdiyi müxtəlif janrlı əsərləri daima tamaşaçıların diqqət mərkəzində olmuşdur. Gerçəkliyə inamsızlığın ifadəsi olan belə sənət nümunələrində görünənlər həm də rəssam təxəyyülünə bələdiyindən, çox vaxt cəlbediciliyi ilə yanaşı, həm də düşündürücü qəbul olunurlar.

Qənaətimizcə onun yaratdığı müxtəlif janrlı əsərlərin bədii-estetik yeniliyi-modern tutum alması onlarda müəllifin məlum sənət meyarlarını yeniləşdirmək cəhdlərinin uğurla sonuclanması, ideoloji yükdən uzaq olan bu əsərlərdə rəngləri adi boya mahiyyətindən çıxarmağın qeyri-adi təzahürləri idi. Bunun mayasını rəssamın hər şeydən öncə gördüklərindən özünəməxsus heyrətlənmək istedadı təşkil etdiyindən bu əsərlər - bu cür fərqli və özünəməxsus şərh başqaları üçün də duyulası dərəcədə yeni və maraqlı idi. Rəssam gördüklərini tanımaq üçün yox, tanıtmaq üçün çəkdiyindən obyektə aludəçilikdən və "təslimçilikdən", sonda isə özünün şəkilçilikdən yüksəkdə durduğunu nümayiş etdirirdi.

Belə əsərlərdə sanki dünyamız öz ənənəvi görkəmini itirmiş kimidir. Rəssamın öz yaşantılarına zamanın psixoloji çətirinin kölgəsini salmağa nail olmasındandır ki, hələ də bizimlə qoşa addımlamaqda olan mənəvi-psixoloji problemlər bir qədər də "çılpaq" görünür, tamaşaçının nə vaxt uçduğunu unudan duyğularını qanadlandırır.

Bütünlükdə Əbülfəz Fərəcoğlunun müxtəlif mövzuları və janrları əhatə edən avanqard yönlü yaradıcılığını ilhamın naturaya tabe olunmamasının əyani nümayişi saymaq olar. Elə müxtəlif hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində layiqli yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Odur ki, rəssamın ən müxtəlif mövzulu əsərlərini tamaşaçı sərgi salonlarında axtarmaqdadır...

Rəssamın ömür yolu haqqında:

O, 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. İxtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1977-1981) almışdır. 1982-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinə üzv seçilmişdir. 1981-1994-cü illərdə Naxçıvan İncəsənət Məktəbində müəllim işləmişdir. 1997-ci ildən 2020-ci ilə kimi Türkiyə Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1985, 1987-ci illərdə Naxçıvan, 1989 Ukrayna, 1992 Almaniya, 1997, 1998, 1999, 2000, 2001, 2004, 2005, 2006, 2008, 2010, 2012, 2014. 2016, 2017. 2019 və 2020-ci illərdə Turkiyədə fərdi sərgiləri keçirmişdir. O, Naxçııvan (1982,1983,1984,1988,1996, 2012), Bakı (1984, 1989, 1990, 1991, 1994, 1996), Moskva (1986, 1993), Təbriz (1995), Urmiya (1997), İstanbul (2000, 2001, 2003, 2005, 2007, 2008, 2010), İzmir (200, 2004, 2006, 2009, 2010), Dubay (2015) şəhərlərində və dünyanın bir çox olkələrində, Amerika Birləşmiş Ştatları, Yaponya, Danimarka, Almaniya, Bolqarıstan, Fransa, Polşa, Rusiya, Ukrayna, Turkiyə, İtaliya, Belçika, İngiltərə, Avstralya, Çin və İranda kecirilən qarışıq sərgilərdə həm qrafika, həm də rəngkarlıqəsərləri ilə iştirak etmişdir. "Naxçıvan - bəşəriyyətin beşiyidir" I Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2012). Bakıda Xətai Sənət Mərkəzində kecirilən Qrafika əsərləri musabiqəsində iştirak etmişdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Bakıda dəhşətli qəza: 2 nəfər yanaraq öldü like
  • 13 May 09:28  
Digərləri Bakıda dəhşətli qəza: 2 nəfər yanaraq öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət a

arrow Ətraflı
Azərbaycanlı bloger “Lamborghini” aldı  FOTO like
  • 13 May 09:16  
Şou-biznes Azərbaycanlı bloger “Lamborghini” aldı FOTO

Azərbaycanlı influenser Emira Namazova lüks avtomobil alıb.

arrow Ətraflı
Qulaqdibi epidemiyası yayılıb like
  • 13 May 09:04  
Dünya Qulaqdibi epidemiyası yayılıb

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD)

arrow Ətraflı
Şəhid Məhəmməd bu rayonda dəfn olunacaq like
  • 13 May 08:52  
Digərləri Şəhid Məhəmməd bu rayonda dəfn olunacaq

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı

arrow Ətraflı
İstirahət üçün qiymətə görə ən sərfəli ölkələr: Azərbaycan da var like
  • 13 May 05:05  
Digərləri İstirahət üçün qiymətə görə ən sərfəli ölkələr: Azərbaycan da var

Mütəxəssislər istirahət üçün ən büdcəli ölkələrin siyahısını h

arrow Ətraflı
Zenfira Nərimanova illər sonra  FOTO like
  • 13 May 04:04  
Kriminal Zenfira Nərimanova illər sonra FOTO

İllərdir efirə çıxmayan Xalq artisti Zemfira Nərimanovanın yeni fotoları

arrow Ətraflı
Yazın ikinci yarısı bu bürclərin taleyini dəyişəcək like
  • 13 May 03:03  
Digərləri Yazın ikinci yarısı bu bürclərin taleyini dəyişəcək

Ulduz falı 2023-cü ilin yazın taleyüklü bir vaxt olacağı bürclər haqqı

arrow Ətraflı
Nəsrin bikinili FOTOları ilə diqqət çəkdi like
  • 13 May 01:01  
Şou-biznes Nəsrin bikinili FOTOları ilə diqqət çəkdi

Aktrisa Nəsrin Cavadzadə çimərlik sezonunu açıb.

arrow Ətraflı
Hərbi qulluqçumuz şəhid olub like
  • 13 May 00:26  
Siyasət Hərbi qulluqçumuz şəhid olub

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam ed�

arrow Ətraflı
"Euronews" "Xarıbülbül" festivalı ilə bağlı süjet nümayiş etdirib  VİDEO like
  • 13 May 00:20  
Kriminal "Euronews" "Xarıbülbül" festivalı ilə bağlı süjet nümayiş etdirib VİDEO

"Euronews" telekanalında Şuşa şəhərində Heydər Əliyev Fondu v

arrow Ətraflı
Günün qoroskopu:  Səhhətinizə fikir verin like
  • 13 May 00:01  
Digərləri Günün qoroskopu: Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Astroloqlardan 2 bürcə XƏBƏRDARLIQ  Problemlər... like
  • 12 May 23:55  
Digərləri Astroloqlardan 2 bürcə XƏBƏRDARLIQ Problemlər...

Astroloqlar bildirir ki, may ayının ortalarında Merkuri planetinin təsiri il

arrow Ətraflı
İmran Xan məhkəmə binasını tərk edib like
  • 12 May 23:50  
Dünya İmran Xan məhkəmə binasını tərk edib

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasını

arrow Ətraflı