Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı Bəyanat verib


Siyasət 12 May 2023 23:04:00 151 0

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı Bəyanat verib

11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.

Son.az Trend-ə istinadən bildirir ki, Bəyanatda, cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.

Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.

Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma "məhkəmə prosesi", "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revaşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.

Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.

Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Əməkdar artistin vəziyyəti ağırdır like
  • 12 May 22:57  
Kriminal Əməkdar artistin vəziyyəti ağırdır

Atamın vəziyyəti stabil-ağır olaraq qalır.

arrow Ətraflı
İran iki Fransa vətəndaşını azad edib like
  • 12 May 22:50  
Dünya İran iki Fransa vətəndaşını azad edib

İranda saxlanılan Fransa vətəndaşları Benjamin Bryer və Bernard Felanı a

arrow Ətraflı
Ağır yol qəzasında 3 nəfər xəsarət alıb like
  • 12 May 22:44  
Digərləri Ağır yol qəzasında 3 nəfər xəsarət alıb

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət al�

arrow Ətraflı
Noutbukun ömrünü uzatmağın SADƏ YOLLARI like
  • 12 May 22:37  
Digərləri Noutbukun ömrünü uzatmağın SADƏ YOLLARI

Noutbuk işləmək, oxumaq və əylənməkdə bizə kömək edən əvəzolunmaz

arrow Ətraflı
Ərdoğan Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialara cavab verib like
  • 12 May 22:30  
Dünya Ərdoğan Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialara cavab verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiy

arrow Ətraflı
Fədayəyə Laçında ev bağışlanıb?  FOTO like
  • 12 May 22:22  
Şou-biznes Fədayəyə Laçında ev bağışlanıb? FOTO

Moskvada yaşayan müğənni Fədayə Laçın ona Laçında bağışlanan evdən

arrow Ətraflı
Bu 4 bürc tezliklə yaxşı xəbərlər alacaq  Astroloqlar like
  • 12 May 22:15  
Digərləri Bu 4 bürc tezliklə yaxşı xəbərlər alacaq Astroloqlar

Astroloqlar 2023-cü ilinin may ayında 4 bürcün yaxşı xəbərlər alacağı

arrow Ətraflı
Ordumuz düşmənin komandaqərargah maşınını like
  • 12 May 22:10  
Siyasət Ordumuz düşmənin komandaqərargah maşınını

Azərbaycan ordusu tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində erm�

arrow Ətraflı
Bir erməni hərbçisi ölüb, like
  • 12 May 22:04  
Siyasət Bir erməni hərbçisi ölüb,

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı

arrow Ətraflı
Güneldən kədərli paylaşım  FOTO like
  • 12 May 21:57  
Şou-biznes Güneldən kədərli paylaşım FOTO

Müğənni Günel Zeynalova gənc yaşda dünyasını dəyişən əmisi oğlu Ye

arrow Ətraflı
Baxmutda şiddətli döyüşlər davam edir like
  • 12 May 21:42  
Dünya Baxmutda şiddətli döyüşlər davam edir

Baxmut şəhəri uğrunda davamlı döyüşlər davam edir, rus ordusu Baxmut is

arrow Ətraflı
İnsan ölümdən əvvəl nə hiss edir?  Alimlər açıqladı like
  • 12 May 21:35  
Digərləri İnsan ölümdən əvvəl nə hiss edir? Alimlər açıqladı

Alimlər insanın ölümdən əvvəl nə hiss etdiyini müəyyən ediblər. 

arrow Ətraflı
Naxçıvandan Bakıya uçan təyyarə like
  • 12 May 21:30  
Digərləri Naxçıvandan Bakıya uçan təyyarə

"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reys

arrow Ətraflı