"Teatr direktorları aktyorlarla hikkə edə bilməz" Xalq artisti


Kriminal 12 May 2023 06:06:00 154 0

"Teatr direktorları aktyorlarla hikkə edə bilməz" Xalq artisti

"Bizim sənət ömür qısaldan sənətdir. Camaat özünün, ailəsinin dərdini çəkə bilmir, biz aktyorlar ayda 10-15 nəfərin dərdini çəkirik. Boğazdan yuxarı da bacarmırıq. Edənlər var, amma biz etsək tamaşaçılar zalda əsnəyərlər, darıxarlar. Mənim dərdimə, sevincimə şərik olmazlar. Belə də olanda ömür qısalır. Dünyada aktyorlar tam başqa bir həyat yaşayırlar. Biz 60-70 manata çalışan insanlar olmuşuq. İldən-ilə 5 manat, 5 manat maaşımız artıb. İndi maaş görürük. Gözümüzü açmaq istəyirik ki, 65 yaşından sonra aktyoru teatrdan çıxarmaq istəyirlər. Necə olur bu? Mən bütün ömrümü, ailəmi, özümü 60 manata möhtac etmişəm, sənətdən getməmişəm, indi yaşa dolmuşam, sağollaşırlar?! Mənə elə gəlir ki, bu qanunu qəbul etməyəcəklər. Belə bir qanun qüvvəsi yoxdur. Teatr direktorları özlərindən çıxarmışdılar bu dırnaqarası qanunu. Teatr direktorları aktyorlarla hikkə edə bilməz. Cavan aktyorlara hörmətim çox böyükdür. Cavan aktyor mən yaşda olan rolu necə canlandıra bilər axı?! Teatr axı dram dərnəyi deyil. Dram dərnəyində 12-13 yaşlı uşaqlar qocanı da, cavanı da oynayırlar".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Cəfər Namiq Kamal deyib.

Xalq artisti illərdir oynadığı, sevilən tamaşalarının repertuardan çıxarıldığını bildirib.  "Mən də bilmirəm ki, bunlar niyə repertuardan çıxarılır?! Qoy tamaşaçılar bu tamaşaları görsünlər də. "Qatar altına atılan qadın" tamaşasında çox maraqlı bir rol oynayırdım. Həmin obraz vaxtilə gəlib lojalarda oturub, tamaşaya baxan bir kişi rolu idi. İndi isə bomj vəziyyətindədir. Böyük dərdli bir insan roludur. Mən o rola yumor da qatmışdım. Camaatı dərdə-qəmə boğmaq istəmirdim. "Generalın son əmri" tamaşası da çox gözəl idi. Niyə də repertuardan çıxsın?! O tamaşaların yenidən səhnəyə qayıtmasını istəyirəm. Zəif tamaşaları çıxarın da, hansı ki, o tamaşalara tamaşaçı gəlmir. Amma tamaşaçıların sevdiyi tamaşanı niyə repertuardan çıxarırsan?!" deyə sənətkar bildirib.

"Hal-hazırda Akademik Milli Dram Teatrı direktorsuz qalıb. Sizcə teatrın aktyorlarından direktor ola bilərmi?" sualına sənətkar belə cavab verib.

"Mən bu yaşa çatmışam, 15-ə qədər direktor, baş rejissor görmüşəm. Direktor gəldi-gedərdi. Aktyorlar yaradıcı adamlardır. Mənə elə gəlir ki, öz işləri ilə məşğul olsalar yaxşı olar. Aktyor həmişə qalacaq. Amma direktorun biri gedib, biri gələcək. Aktyorun cavan yaşından canına teatr epidemiyası düşüb, xəstlənib. O ömrünün axırına qədər teatrda qalacaq. Mən rəva görməzdim ki, aktyorlar öz vaxtlarını başqa işlərə sərf etsinlər. Ondansa götürüb bir tamaşa işləsinlər. Təki teatrın, aktyorun qədrini bilən insan direktor gəlsin" deyə sənətkar bildirib.

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi like
  • 12 May 05:05  
Digərləri “WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

"WhatsApp" mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevin

arrow Ətraflı
"İstənilən yaşda özünüzü seksual olmağa icazə verin"  VİDEO like
  • 12 May 03:03  
Digərləri "İstənilən yaşda özünüzü seksual olmağa icazə verin" VİDEO

Yaşından çox gənc görünməyin genetika ilə əlaqəli olduğu düşünüls

arrow Ətraflı
Bürclərin xoşbəxtlik və zənginlik kodu: Sehrli nömrələr açıqlandı like
  • 12 May 02:02  
Digərləri Bürclərin xoşbəxtlik və zənginlik kodu: Sehrli nömrələr açıqlandı

Numeroloqlar bildirir ki, hər bürcün özünəməxsus şans sayı var. Bu nöm

arrow Ətraflı
Birbirinin ünvanına ağır sözlər demişdilər, indi isə...  FOTO like
  • 12 May 01:01  
Şou-biznes Birbirinin ünvanına ağır sözlər demişdilər, indi isə... FOTO

Müğənni Günay İbrahimli ilə İradə İbrahimova barışıb. 

arrow Ətraflı
Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur like
  • 12 May 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ukraynanın əkshücumu bu istiqamətlərdən başlayacaq like
  • 11 May 23:59  
Dünya Ukraynanın əkshücumu bu istiqamətlərdən başlayacaq

Ukrayna Silahlı Qüvvələri Qırmızı Liman və Kupyansk istiqamətində əla

arrow Ətraflı
"Aldatmak"da yeni aktrisa  FOTO like
  • 11 May 23:45  
Digərləri "Aldatmak"da yeni aktrisa FOTO

"Atv" kanalında yayımlanan "Aldatmak" serialına yeni aktr

arrow Ətraflı
Rubenin Araikdən tələbi: Səfərbərlik və döyüş… like
  • 11 May 23:32  
Siyasət Rubenin Araikdən tələbi: Səfərbərlik və döyüş…

Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılar

arrow Ətraflı
Paşinyanın rəhbərliyi ilə təcili iclas keçirilir like
  • 11 May 23:25  
Siyasət Paşinyanın rəhbərliyi ilə təcili iclas keçirilir

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclas ba

arrow Ətraflı
Türkün yolu Zəngəzurdan keçir  Çavuşoğlu like
  • 11 May 23:20  
Siyasət Türkün yolu Zəngəzurdan keçir Çavuşoğlu

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzur

arrow Ətraflı
Məşhur aktrisa öldü  FOTO like
  • 11 May 23:14  
Digərləri Məşhur aktrisa öldü FOTO

"General Hospital" filmində tibb bacısı "Bobbi Spenser" o

arrow Ətraflı
Ötən il 100 min ukraynalı Rusiyaya sığınacaq üçün müraciət edib like
  • 11 May 23:07  
Dünya Ötən il 100 min ukraynalı Rusiyaya sığınacaq üçün müraciət edib

"Ötən il 100 mindən çox Ukrayna vətəndaşı Rusiyaya müvəqqəti sı

arrow Ətraflı
Əvvəl mübahisə etdilər, sonra öpüşdülər  FOTO like
  • 11 May 23:00  
Digərləri Əvvəl mübahisə etdilər, sonra öpüşdülər FOTO

Hollivud ulduzu Cennifer Lopezlə aktyor həyat yoldaşı Ben Afflek arasında g

arrow Ətraflı