“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub FOTO


Kriminal 11 May 2023 22:46:00 131 0

“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub  FOTO

Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

Son.az Trend-ə istinadən bildirir ki, konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra iki gün əvvəl açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi olub.

Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirdiyini deyən dirijor təəssüratlarını bizimlə bölüşüb: "Bildiyiniz kimi, bu günlərdə Şuşa möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Hazırkı konsert proqramı da "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olundu. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı. Bu malikanənin yüksək səviyyədə təmir-bərpasına görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Malikanədə bütün işlər zövqlə, bütün incəliklə işlənilib. Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar - mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni zamanda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq".

Konsertdə Üzeyir Hacıbəylinin "Arazbarı", Fikrət Əmirovun "Nizaminin xatirəsinə" simli simfoniyası, Niyazinin "Lirik rəqs"i, Tofiq Quliyevin "Laylay", Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından fraqmentlər və xalq mahnısı "Sarı gəlin" səsləndirilib.

Rusiya bu şəhərə "Smerç"lə zərbə endirdi like
  • 11 May 22:35  
Dünya Rusiya bu şəhərə "Smerç"lə zərbə endirdi

Rusiya hərbçiləri Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbəsi e

arrow Ətraflı
Hollivud ulduzu sağalmaz xəstəliyə tutulub like
  • 11 May 22:30  
Digərləri Hollivud ulduzu sağalmaz xəstəliyə tutulub

Döyüş filmlərindən milyonlarla insana yaxşı tanış olan Hollivud ulduzu

arrow Ətraflı
“Qızıl top” möcüzədir, "qızıl arvad" isə cənnət  FOTO like
  • 11 May 22:22  
Digərləri “Qızıl top” möcüzədir, "qızıl arvad" isə cənnət FOTO

"Arsenal"ın kapitanı Qranit Cakanın həyat yoldaşı Leonita Lekay

arrow Ətraflı
Yeni raketin sınaq atışı nümayiş etdirildi: like
  • 11 May 22:15  
Digərləri Yeni raketin sınaq atışı nümayiş etdirildi:

Mayın 11-də Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qart

arrow Ətraflı
Ağdama dolu yağıb  VİDEO  FOTO like
  • 11 May 22:00  
Digərləri Ağdama dolu yağıb VİDEO FOTO

Ağdam rayonunun kəndlərinə dolu yağıb.

arrow Ətraflı
“Türkiyə qədər sərbəst deyilik” like
  • 11 May 21:52  
Şou-biznes “Türkiyə qədər sərbəst deyilik”

Məşhur komediya aktyoru Fərda Amin illər sonra televiziyaya qayıdaraq "

arrow Ətraflı
Pakistan Ali Məhkəməsi həbs olunan İmran Xanla bağlı like
  • 11 May 21:40  
Dünya Pakistan Ali Məhkəməsi həbs olunan İmran Xanla bağlı

Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif "Ədalət uğrun

arrow Ətraflı
İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub like
  • 11 May 21:25  
Digərləri İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

arrow Ətraflı
Televiziya aparıcısı əyləncə zamanı öldü  FOTO like
  • 11 May 21:20  
Dünya Televiziya aparıcısı əyləncə zamanı öldü FOTO

İtaliyada keçirilən "Böyük Qardaş" yarışma proqramı ilə mə�

arrow Ətraflı
İsveçrənin Cenevrə şəhərinin baş ravvini İlham Əliyevə məktub ünvanlayıb like
  • 11 May 21:05  
Siyasət İsveçrənin Cenevrə şəhərinin baş ravvini İlham Əliyevə məktub ünvanlayıb

İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayan Heydər Əliyevin

arrow Ətraflı
Şeymanın gəlinliyi 20 min imiş like
  • 11 May 21:00  
Şou-biznes Şeymanın gəlinliyi 20 min imiş

Bir neçə gündür ki, fenomen Şeyma Subaşının üç gün davam edən toy m�

arrow Ətraflı
Finlandiyanın baş naziri boşanır  FOTO like
  • 11 May 20:48  
Dünya Finlandiyanın baş naziri boşanır FOTO

Finlandiyanın müvəqqəti baş naziri Sanna Marin əri Markus Raykkenendən bo

arrow Ətraflı