İlham Əliyev və Mehriban Əliyevaya Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib


Siyasət 05 May 2023 17:12:00 152 0

İlham Əliyev və Mehriban Əliyevaya Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və "yaşıl destinasiya" konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.

Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.

Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.

Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.

Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.

Qeyd olundu ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

Son.az 

Qumralın paylaşımı yenə qınandı  "Oliqarx malıdır, alın..." like
  • 05 May 17:11  
Şou-biznes Qumralın paylaşımı yenə qınandı "Oliqarx malıdır, alın..."

Müğənni Təranə Qumralın qızı Qumralın paylaşımı müzakirəyə səbə

arrow Ətraflı
Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib like
  • 05 May 16:58  
Siyasət Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib

Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib.

arrow Ətraflı
Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib like
  • 05 May 16:56  
Digərləri Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB

arrow Ətraflı
Deputatlar da dilə gəldi...  Ev tikəndə 3 daş qoyan kimi tökülüşürlər like
  • 05 May 16:54  
Digərləri Deputatlar da dilə gəldi... Ev tikəndə 3 daş qoyan kimi tökülüşürlər

Tikinti məsələsi son zamanların aktual problemi kimi qalmaqda davam edir.

arrow Ətraflı
Necə edək ki, ölüm kağızını problemsiz alaq? like
  • 05 May 16:47  
Digərləri Necə edək ki, ölüm kağızını problemsiz alaq?

Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problem

arrow Ətraflı
Ukrayna İranın Rusiyaya verdiyi PUAları vurdu like
  • 05 May 16:36  
Dünya Ukrayna İranın Rusiyaya verdiyi PUAları vurdu

Son sutkada Rusiyanın İran istehsallı 18 PUA-sı vurulub.

arrow Ətraflı
Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınacaq like
  • 05 May 16:34  
Digərləri Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınacaq

Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınac

arrow Ətraflı
Ermənilərin 10 may qorxusu: like
  • 05 May 16:25  
Digərləri Ermənilərin 10 may qorxusu:

10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilə

arrow Ətraflı
Ermənilər Laçında mühəndis işləri görən traktoru atəşə tutublar like
  • 05 May 16:15  
Siyasət Ermənilər Laçında mühəndis işləri görən traktoru atəşə tutublar

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölm�

arrow Ətraflı
Türkiyədə ağır qəzada 31 uşaq yaralandı like
  • 05 May 16:14  
Digərləri Türkiyədə ağır qəzada 31 uşaq yaralandı

Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.

arrow Ətraflı
Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur idi like
  • 05 May 16:13  
Digərləri Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur idi

Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur mənbəyi i

arrow Ətraflı
“Qurtuluş 93” şirkətinin sədri 166 min manatlıq dələduzluqda like
  • 05 May 16:07  
Kriminal “Qurtuluş 93” şirkətinin sədri 166 min manatlıq dələduzluqda

"Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgər

arrow Ətraflı
Bu kənddə su var, amma... like
  • 05 May 16:03  
Digərləri Bu kənddə su var, amma...

Başqa kəndlərdə sahələr susuzluqdan yanır. Bu kənddə isə su var, amma

arrow Ətraflı
"Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov like
  • 05 May 15:55  
Digərləri "Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov

"Yeni Klinika" Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abba

arrow Ətraflı