“Bəlkə də arxamızca danışıblar, amma bizi görəndə biruzə verməyiblər...”


Kriminal 01 May 2023 13:00:00 153 0

“Bəlkə də arxamızca danışıblar, amma bizi görəndə biruzə verməyiblər...”

Çıxıb efirdə bəzən elə şeylər danışırlar ki, sənətlərini də, özlərini də gözdən salırlar"

Son.az xəbər verir ki, Xalq artisti Gülyaz Məmmədova Moderator.az-ın suallarını cavablandırıb.   - Gülyaz xanım, bu gün sizin doğum gününüzdür. İlk təbriki kimdən almısınız? - İlk təbriki tələbələrimdən almışam. Hamısı bir yerə yığışıb, mənə sürpriz ediblər. Məni bir yerə yığmaq üçün hamı səfərbər olub. Təxminən 30-dan çox tələbəm bir yerə yığışmışdı. Evə gələn kimi də oğlum Ramazan gəlib məni öpüb-qucaqladı. Oğlum mənə indiyə qədər qızıl üzük, müxtəlif fotolarımı böyütdürüb mənə hədiyyə edib. Mən hədiyyəyə önəm vermirəm. Heç kimə qıymıram ki, mənə hədiyyə alsın. Əsas diqqətdir, qayğıdır.   - Xoşbəxt anasınız yoxsa xoşbəxt qadın? - Xoşbəxt anlar, dəqiqələr olur. İnsan ömrü boyu xoşbəxt olmur. Mən xoşbəxtəm ki, Zakir kişinin və Şəhrəbanu ananın qızıyam. Mən çox xoşbəxtəm ki, çoxuşaqlı, kasıb, lakin mərd ailədə doğulmuşam. Nə yaxşı ki, qardaşlarım, bacılarım var. Biz 10 övladıq. 6 bacı, 4 qardaş. İnsan uşaq vaxtı xəyallarla yaşayır. O xəyallar illər sonra qanad açıb uçur, xəyalların gerçəkləşir, səni arzularına qovuşdurur. Bu gün sevilən bir müğənniyəm. Planlı şəkildə yaşayıram. Gənc olanda elə deyildik axı, arzulayırdıq ki, nə vaxt bizi tədbirlərə çağıracaqlar ki, gedib oxuyaq?! Yaş üstünə yaş gəldikcə həyat insanı təcrübələrdən, sınaqlardan çıxarır. Təbii ki, səhvlər də olur. Bəzən elə səhv insana rast gəlirsən ki. Yaxşı ki, o səhvləri edərək doğrulaşmışıq.    - Ən böyük peşmanlığınız nə olub?   - Peşman olduğum məqamlar əlbəttə ki, var. Həm də peşmanlığı mən yaratmıram axı. Bu həm də qarşı tərəfdən asılıdır. Bəzən hansısa işim alınmayanda peşman oluram. Sonra öz-özümə deyirəm ki, "Allah bu qapını bağladısa, sabah başqa qapı açacaq". Demək ki, Allah bunu mənə qismət etmədi. Həmişə bu fikirlərlə özümə təsəlli vermişəm. O vaxt bizim üçün deyirdilər ki, "bunlar niyə kökəlmirlər?". Mən bunun üçün niyə peşiman olmalıyam ki?! İnsan var ki, pul tökür, arıqlaya bilmir.    - Barmaqla sayılası sənətkarlardansınız ki, siz və Gülyanaq xanımın sənətdə münasibəti pis olan insan yoxdur. Yoxsa var, biz bilmirik?   - Xeyr, hamı ilə münasibətimiz yaxşıdır. Bəlkə də arxamızca danışıblar, amma bizi görəndə biruzə verməyiblər. Görünüşümüz, rəftarımız onları məcbur edib ki, bizimlə mehriban olsunlar. Təbii ki, ara-sıra qalmaqallara da çəkmək istəyiblər. Amma biz getməmişik. Küsülü qalmağı sevmirəm. Amma içimdə bağışlamadığım insanlar da var. Etdiyim yaxşılıqları unuduram. Pislikləri isə unutmuram. Yadımdan çıxmır. Bu dünyada heç kim, heç kimdən artıq deyil. İndi hər şeyi adiləşdiriblər. Əslində sənəti adiləşdirən də sənət adamları özləridir. Özləri-özlərini gözdən salırlar. Çıxıb bəzən efirdə elə şeylər danışırlar ki, öz sənətlərini də gözdən salırlar. Bu sənətdə hamı biri, bir nəfər də hamı üçündür.    - İstəməzsiniz ki, sizə "nənə" desinlər? - Çox yaralı yerimə toxundunuz. Niyə istəmirəm ki? Nənə olmağa artıq gecikmişəm. Gərək 20 yaşımda oğlumu evləndirərdim. Oğlanlar həyatı dərk edəndə artıq qızları seçməyə başlayır. Elə nənə olmaq istəyirəm ki. Sevincimdən uçaram ki, nəvələrim olacaq.    - Ən böyük arzunuz nədir?   - Arzular bitib-tükənməzdir. İstəyirəm ki, anam çox yaşasın. Bir daha şəhid verməyək. Şəhid xəbərlərini eşidən kimi ürəyim parça-parça olur. O biri dünyaya gedib gəlirəm. Bu xəbərlər bizim səsimizə də təsir etmişdi. Ürək qırılanda insanın ruhu qırılır. Çox böyük acılar yaşadıq. Hər səhərimiz nurlu açılsın. Hər axşam sönən günəş, səhər yenidən doğsun. O qədər arzularım var ki. Doğmalarımın xoşbəxt olması, məni də xoşbəxt edir.

Son.az  

"Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib" like
  • 01 May 12:54  
Dünya "Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib"

"Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərində tutduqları b

arrow Ətraflı
Hüseynin dronla çəkilişi zamanı qorxan uşağa gülməsi tənqid olundu like
  • 01 May 12:48  
Şou-biznes Hüseynin dronla çəkilişi zamanı qorxan uşağa gülməsi tənqid olundu

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov son paylaşımı

arrow Ətraflı
DİN bu idarədə yoxlama keçirdi like
  • 01 May 12:46  
Digərləri DİN bu idarədə yoxlama keçirdi

Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidm�

arrow Ətraflı
CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil like
  • 01 May 12:42  
Dünya CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünü

arrow Ətraflı
Aşıq Zülfiyyənin oğlu: “Şou əhli restoranımızda yeyibiçir, hesab ödəmir” like
  • 01 May 12:36  
Şou-biznes Aşıq Zülfiyyənin oğlu: “Şou əhli restoranımızda yeyibiçir, hesab ödəmir”

Aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babək həmkarları ilə bağlı

arrow Ətraflı
Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırıldı like
  • 01 May 12:33  
Dünya Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

arrow Ətraflı
Netanyahu: İranı yalnız bu dayandıra bilər! like
  • 01 May 12:30  
Digərləri Netanyahu: İranı yalnız bu dayandıra bilər!

İndiyə qədər görülən tədbirlər İranın nüvə proqramını on il geriy

arrow Ətraflı
Xorvatiyalı gözəldən Bakı ilə bağlı növbəti paylaşım like
  • 01 May 12:24  
Şou-biznes Xorvatiyalı gözəldən Bakı ilə bağlı növbəti paylaşım

Xəbər verdiyimiz kimi, "Miss Xorvatiya 2016" titulunun qalibi İvan

arrow Ətraflı
4 telekanala like
  • 01 May 12:19  
Digərləri 4 telekanala

01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının o

arrow Ətraflı
87 kq çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb like
  • 01 May 12:16  
Kriminal 87 kq çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı
Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər like
  • 01 May 11:56  
Digərləri Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük

arrow Ətraflı
Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı like
  • 01 May 11:54  
Digərləri Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı

Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüsta

arrow Ətraflı
Ermənilərin tək arzusu Türkiyə ilə sərhədin açılmasıdır like
  • 01 May 11:49  
Digərləri Ermənilərin tək arzusu Türkiyə ilə sərhədin açılmasıdır

Türkiyə ilə sərhədlərin açılmasına Ermənistanda maraq kəskin şəkild

arrow Ətraflı
Anar Aygünü təhqir etdi: “Qoca transa oxşayır...“  like
  • 01 May 11:42  
Şou-biznes Anar Aygünü təhqir etdi: “Qoca transa oxşayır...“

Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşü

arrow Ətraflı
“Əlil Qadınlar Cəmiyyəti”nin sədrinə 1 milyon "atan" axtarışa verildi like
  • 01 May 11:29  
Digərləri “Əlil Qadınlar Cəmiyyəti”nin sədrinə 1 milyon "atan" axtarışa verildi

Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Rəhim

arrow Ətraflı