Aktrisa olmaq istəyini atasından gizlətdi,


Kriminal 30 Apr 2023 16:00:00 117 0

Aktrisa olmaq istəyini atasından gizlətdi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı faktları təqdim edir.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində görkəmli aktyor Bəşir Səfəroğlunun ailəsində doğulub. Zümrüd adında bir bacısı var. Aktrisa atasını belə xatırlayır:

"Atam 1925-ci ilin mart ayının 11-də anadan olub. 1969-cu ilin mart ayının 23-də dünyasını dəyişib. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Atamın çox sərt xasiyyəti vardı. Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən bir insan idi. Özü səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırdı. Dostları çox az idi, hər adamla yoldaşlıq eləməzdi və hər kəsi evə qonaq gətirməzdi. Bəşir Səfəroğlunu itirməklə xalqımız bir sənətkar itirdisə, mən həm də ata itirdim. Atamdan əvvəl də anamı itirmişdim və ata itkisi məni birdən-birə dəyişdirdi. Atam rəhmətə gedəndə mənim 14 yaşım olsa da, birdən-birə 44 yaşlı bir insana çevrildim, birdən-birə qocaldım. Atamın uyuduğu qəbiristanlıqla məktəbimizin arası çox yaxın idi. Tez-tez dərslər arasındakı tənəffüsdə qaçıb ora gedirdim. Sonra ora hasar hördülər ki, keçə bilməyək o üzə".

***

Valideynlərini çox erkən, hələ uşaq yaşlarından itirən, nənəsinin yanında böyüyən A.Bəşirqızı uşaqlığını hər zaman ürək ağrısı ilə xatırlayır, o illərdən danışarkən "1969-cu ilə qədər dəcəl olmuşam, sonra sakitləşdim"- deyir. Məktəb illərini isə belə xatırlayır:

"Mütaliəyə, kitaba marağım çox kiçik yaşlarımdan vardı. Nənəmin yanında yaşayırdım. O, demək olar ki, hər gecə mənimçün kitab oxuyurdu. Az qala hərfləri hələ təzə öyrənməyə başlayanda "Koroğlu" dastanını oxumuşam. 5-ci sinifdə oxuyarkən isə İlyas Əfəndiyevin romanlarını, bir çox başqa yazıçılarımızın qalın-qalın əsərlərini oxumuşdum. Tarix və ədəbiyyatı çox sevmişəm".

*** Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.

***

Afaq xanımın dediyinə görə, sərt xasiyyətli, tələbkar insan olan atası ona aktrisa olmağa icazə verməzdi. Bəlkə də, buna görədir ki, o, ilk səhnə işi kimi məktəbdə yaratdığı balaca rola görə çox böyük həyəcan keçirib, atasının qorxusundan bunu ondan gizlədib.

Cəfər Cabbarlının yubileyi ərəfəsində "Almaz" pyesindən bir hissəni səhnələşdirərkən olub bu hadisə. Balaca Afaq səhnəcikdə Kəblə Fatmanisəni oynamalı imiş. Rol təklif olunanda çox qorxur, atasının onu səhnədə görüb hirslənəcəyindən ehtiyatlanır. Amma başqa əlac da yox idi, müəllimin tapşırığı belə idi. Atasından gizlətməyə çalışsa da, analığı bunu atasına deyir:

"Təsəvvür edin ki, tamaşanın şirin yerində atamı görəndə çox həyəcanlandım, sözlər yadımdan çıxdı, hər şeyi qarışdırdım. Amma birtəhər vəziyyətdən çıxmışdım. Deyəsən, atamın da xoşuna gəlmişdi. Çünki evdə mənim improvizələrimə söz atmaqları, gülümsəmələri bunu göstərirdi". ***

Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Aktrisa məhz bu obrazla bütün ölkədə tanınmışdır.

***

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Aktrisa bugünə kimi həmin teatrda çalışır.

Onun "Bankir adaxlı" tamaşasındakı yaratdığı Nisə obrazı indiyənə qədər izləyicilərin maraq dairəsindədir. Buna görədir ki, illərdir tamaşa teatr səhnəsinin ən çox baxılan və tələb olunan tamaşaları sırasında önlərdədir.

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq" (Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb.

Azərbaycanfilmin istehsalı olan "Mozalan" Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

*** "Bəxt üzüyü" filmindən sonra Ramiz Əzizbəyli ilə uzun müddət küsülü qalıblar. Səbəbi isə baş rolu oynayan Afaq Bəşirqızının ""Bəxt üzüyü"nə mənə görə baxılır" söyləməsi olub. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib:

"Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, "Bəxt üzüyü"ndən sonra "Xalq artisti" adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil".

***

Space TV-də yayımlanan"Afaq gülür, güldürür"-lə daha böyük kütlələrə yol tapan Afaq Bəşirqızı müsahibələrinin birində layihənin bitməsini belə əsaslandırır:

"Layihə məndən aslı olmayan səbəblərdən dayandırıldı. "Space" TV-nin rəhbərliyi dəyişdi və yeni rəhbərliyin bu proqrama fikri, yönü başqa cür oldu deyə mən dayandırdım. Amma çox müvəffəqiyyətli idi və 8 serial çəkilmişdi. Yəqin ki, belə də olmalı idi. Hər şeydən bir az, amma dadlı və duzlu".

*** Atası Bəşir Səfəroğlunun adına teatr açsa da, istədiyini ala bilmir:

İlham Əliyev “Boeing” şirkətinin icraçı vitseprezidentini qəbul edib like
  • 30 Apr 15:52  
Siyasət İlham Əliyev “Boeing” şirkətinin icraçı vitseprezidentini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir like
  • 30 Apr 15:51  
Dünya Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir

Böyük Britaniya hakimiyyəti Ukraynaya Dəstək Fondu çərçivəsində Kiyev

arrow Ətraflı
Prezident və Birinci xanım Formula 1 Azərbaycan QranPrisinin əsas yarışına baxırlar like
  • 30 Apr 15:43  
Siyasət Prezident və Birinci xanım Formula 1 Azərbaycan QranPrisinin əsas yarışına baxırlar

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatını

arrow Ətraflı
Dendroterapiya nədir? like
  • 30 Apr 15:40  
Digərləri Dendroterapiya nədir?

Xalq təbabətində dendroterapiya geniş yayılmış vasitədir. Burada müxtə

arrow Ətraflı
“Komsomolskaya Pravda” LGBT və nasizmin təbliğində ittiham olunur like
  • 30 Apr 15:31  
Dünya “Komsomolskaya Pravda” LGBT və nasizmin təbliğində ittiham olunur

Rusiya polisi "Komsomolskaya Pravda" qəzetində nasizm və LGBT təbl

arrow Ətraflı
Bu geyim 40 yaşdan yuxarı qadınlar üçün uyğun sayılmır like
  • 30 Apr 15:20  
Digərləri Bu geyim 40 yaşdan yuxarı qadınlar üçün uyğun sayılmır

Rusiyalı stilist Diana Plisko cins dar şalvarları 40 yaşdan yuxarı qadınla

arrow Ətraflı
Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək like
  • 30 Apr 15:11  
Dünya Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək

Rəsmi Varşava Kalininqrad vilayətində Polşa-Rusiya sərhədində təhlükə

arrow Ətraflı
Gecə qızları əxlaqsızlıq edən qadının evinə getdi: "Pol ağacı ilə..." like
  • 30 Apr 15:00  
Kriminal Gecə qızları əxlaqsızlıq edən qadının evinə getdi: "Pol ağacı ilə..."

Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Əkbər 1966-cı il təvəllüdlü

arrow Ətraflı
“Apple”ın əməkdaşı şirkətə 19 milyon dollar qaytarmalıdır like
  • 30 Apr 14:51  
Dünya “Apple”ın əməkdaşı şirkətə 19 milyon dollar qaytarmalıdır

"Apple" şirkətinin keçmiş əməkdaşı Dhirendra Prasad üç il m�

arrow Ətraflı
Üzdəki çilləri təmizləyən maska like
  • 30 Apr 14:40  
Digərləri Üzdəki çilləri təmizləyən maska

Yazın gəlişi ilə bir çox insanların üzündə çillər yaranır.  Bunlard

arrow Ətraflı
ABŞ İran neftini müsadirə edib like
  • 30 Apr 14:31  
Dünya ABŞ İran neftini müsadirə edib

ABŞ tətbiq etdiyi sanksiyalar çərçivəsində dənizdə üzən tankerdəki �

arrow Ətraflı
Bakıda klassik avtomobillərin yürüşü like
  • 30 Apr 14:23  
Digərləri Bakıda klassik avtomobillərin yürüşü

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində klassik avtomobillərin yür�

arrow Ətraflı
May ayında necə geyinmək lazımdır? like
  • 30 Apr 14:20  
Digərləri May ayında necə geyinmək lazımdır?

May ayında havalar daim dəyişir. Səhər hər nə qədər isti olsa da, axşa

arrow Ətraflı
Türkiyədə avtobus qəzaya uğrayıb: like
  • 30 Apr 14:14  
Digərləri Türkiyədə avtobus qəzaya uğrayıb:

Türkiyənin Şırnak əyalətində içərisində hərbçilərin də olduğu avt

arrow Ətraflı
Əgər Rusiya parçalansa, nüvə silahları... like
  • 30 Apr 14:11  
Dünya Əgər Rusiya parçalansa, nüvə silahları...

Rusların hidronüvə sınaqları keçirəcəkləri barədə məlumatlar yayılm

arrow Ətraflı