Mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə


Siyasət 27 Apr 2023 13:20:00 142 0

Mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib.

Son.az xəbər verir ki, QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə baş vermiş mina hadisəsi ilə bağlı BAMF tərəfindən beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat səsləndirilib.

Bayanatda deyilir:

"2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kandi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynalxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdan aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildan BAMF-da çalışıb. 20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynalxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv faaliyyət göstərən BAMF-in İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib və son istifadəçiyə təhvil verib.

Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları il çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işgal dövründə Azərbaycan əraziləri başdan başa minalanıb və ciddi şəkildə çirkləndirilib. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünmaz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə də ehtiyac vardır. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmayıb və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəninki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xəttləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vatandaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.

Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş verib ki, nəticədə 5 nəfər mina qurbanına çevrilib.

Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökümətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azarbaycanın qlobal mina probleminə biganə qalmamağa və onun həllində öz dəstəyini göstərməyə çağırır".

DYP “Formula 1"lə bağlı sürücülərə like
  • 27 Apr 13:19  
Digərləri DYP “Formula 1"lə bağlı sürücülərə

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "2023 Formula-1 Azərbaycan Qran

arrow Ətraflı
Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə... like
  • 27 Apr 13:13  
Digərləri Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə...

Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyy

arrow Ətraflı
Mərkəzi Asiya dünyanın bərpa olunan enerji mənbələri ilə ən zəngin regionlarından biridir like
  • 27 Apr 12:55  
Dünya Mərkəzi Asiya dünyanın bərpa olunan enerji mənbələri ilə ən zəngin regionlarından biridir

Özbəkistan da regionun bütün digər ölkələri kimi bərpa olunan enerji m�

arrow Ətraflı
Cənnətə düşmək üçün aclıqdan ölənlərin sayı artdı like
  • 27 Apr 12:51  
Dünya Cənnətə düşmək üçün aclıqdan ölənlərin sayı artdı

Keniyada polis qidadan imtina edən dini təriqət üzvlərinin 98-nin cəsədin

arrow Ətraflı
Türkiyənin yeni silahı "Gökdemir" ilk dəfə görüntülənib like
  • 27 Apr 12:44  
Digərləri Türkiyənin yeni silahı "Gökdemir" ilk dəfə görüntülənib

Türkiyənin Müdafiə sənayesi şirkətləri ASELSAN və TÜBİTAK-SAGE tərə

arrow Ətraflı
Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır like
  • 27 Apr 12:40  
Dünya Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır

Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik

arrow Ətraflı
Ermənilər Şuşada məscidi partlatmaq istəyiblər  Qəhrəman mayorumuz türk mediasına like
  • 27 Apr 12:35  
Siyasət Ermənilər Şuşada məscidi partlatmaq istəyiblər Qəhrəman mayorumuz türk mediasına

İkinci Qarabağ müharibəsininin qəhrəmanlarından olan azərbaycanlı hərb

arrow Ətraflı
Türkiyədən Ukrayna ilə bağlı like
  • 27 Apr 12:29  
Digərləri Türkiyədən Ukrayna ilə bağlı

Müharibəni davam etdirməkdənsə, üç-beş illik sülh danışıqları varia

arrow Ətraflı
Bəzi yerlərdə 29 dərəcə isti olacaq like
  • 27 Apr 12:26  
Digərləri Bəzi yerlərdə 29 dərəcə isti olacaq

Aprelin 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
“Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım”  FOTO like
  • 27 Apr 12:21  
Kriminal “Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım” FOTO

Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyə

arrow Ətraflı
Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim” like
  • 27 Apr 12:18  
Şou-biznes Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim”

Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova il

arrow Ətraflı
Qadın ərinə evdən çıxmağı qadağan etdi like
  • 27 Apr 12:07  
Dünya Qadın ərinə evdən çıxmağı qadağan etdi

Meksikalı qadın ərinə evdən çıxmağı qadağan edib. 

arrow Ətraflı
Kamança ifaçısına borclu qalan Elza: “İnsanlıqdan xəbəri yoxdur” like
  • 27 Apr 11:56  
Şou-biznes Kamança ifaçısına borclu qalan Elza: “İnsanlıqdan xəbəri yoxdur”

Xəbər verdiyimiz kimi, kamança ifaçısı Elnur Salahov martın 28-də konser

arrow Ətraflı