“Göbək rəqsi oynayan rəqqasə Xoreqorafiya Akademiyasına necə rəhbərlik edə bilər?”


Kriminal 26 Apr 2023 09:45:00 179 0

“Göbək rəqsi oynayan rəqqasə Xoreqorafiya Akademiyasına necə rəhbərlik edə bilər?”

"Mahnı və Rəqs" ansamblının fəaliyyətindən gileyliyəm. Yubileyimi qeyd edəndə "Buleyli" rəqsinin canlı, xor orkestri ilə deyil, fonoqramla ifası mənə çox pis təsir edib. Yubileydən əvvəl oturmuşam foyedə, məni sorğu-sual edirlər. Bir də gördüm bir nəfər yaxınlaşıb deyir ki, "Ağaverdi Paşayev zəng edib ki, qoy rəqs fonoqramla getsin". O dəqiqə dedim ki, "bura bax, get ona de ki, Niyazinin xahişi ilə rəqs qurmuşam, bütün hərəkətlər rəqslə bağlıdır, o necə fonoqram gedə bilər?" Gördüm gəlir, "hə Roza xanım, qoy canlı mahnı ilə getsin". Bir neçə gün keçdi, sən demə "Buleyli" canlı oxunmayıb, fonoqrama qoyulub. Məni Ağaverdi Paşayev aldatdı. Desəydilər ki, fonoqram olacaq, mən o rəqsi tamam repertuardan çıxarardım. "Mahnı və Rəqs" ansamblının rəhbərini bəyənmirəm. Bunu sizə açıq deyirəm, onun rəhbəri yerində deyil. Ağaverdi Paşayev özü üçün işləyir, sənət üçün, ansambl üçün yox. Sənətə, sənətkara bu qədər kobud münasibət bəsləmək olmaz. Bizim vaxtımızda xor oxuyurdu, rəqs gedirdi. 40-50 nəfər xordan, cəmi 12 nəfər qalıb. Bu ansamblın adı "Mahnı və Rəqsdir". Birinci mahnı getməlidir, sonra da rəqs".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli ustad rəqqasə Roza Cəlilova deyib.

Sənətkar Xoreoqrafiya Akademiyasının bu günki fəaliyyətindən də danışıb. Akademiyanın rektorunun olmamasından narahatlığını bildirib.

"Bizim vaxtımızda xoreoqrafiya məktəbi deyilirdi. O məktəbdə çox böyük nizam-intizam var idi. O vaxt 2 xanım dayanırdı qapıda, bizim balet, rəqs geyimlərimizi geyindiriridilər. Kaş elə məktəb qalardı, Akademiya yox! Nailə Məmmədzadə ora gələndən akademiyada təhsil sıfıra endirilib. Bir çox tələbə dərsə gəlmir. Orada tədris edən müəllimlər fənni apara bilmirlər. Çünki başqa ixtisasın müəllimləri onlara aid olmayan fənlərdən dərs deyir. Ən yaxşı müəllimləri, savadsız kadrlarla əvəzləyir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! 76 ildir incəsənətdəyəm, bir də eşidirəm ki, ora rəqs quruluşuna kimisə göndəriblər. Soruşuram ki, bu kimdir? Dedilər ki, bədii rəhbərdir. Bu gülüncdür. Bədii rəhbər kollektivlərdən yetişir, püxtələşir. Mən hələ onu bir rəqsdə, məktəbdə, kollektivdə görməmişəm. 1-2 il keçdi, onun vəzifəsini dəyişdilər. Prorektor qoydular. Bu adam kimlərinsə hesabına prorektor oldu. 3 ildir bu Akademiyada rəhbər yoxdur. Bir adamın ki, ali təhsil diplomu yoxdur, amma orada 3 vəzifəni icra edir. Həm bədii rəhbər, həm tədris üzrə prorektor, həm də rektor vəzifəsini müvəqqəti icra edir. Bu çox gülünc və qanuna ziddir. Təhsili, elmi dərəcəsi, rəqs sənətində uğurları olan insanlar rəhbər vəzifəsinə təyin olunmalıdır. 16 respublikanın içində ad çıxarmışdı bizim məktəb, hamı başına and içirdi. Bədii rəhbər də bilirsiniz kim olub?

O vaxt Muğam teatrı var idi, Arif Qazıyev rəhbərlik edirdi. Mən də orada olurdum, digər sənətkarlar da. Dedilər ki, bu Nailə də orada çalışıb. Dedim axı mən də orada olmuşam, heç onu görməmişəm?! Sən demə o gecələr, orada göbək rəqsi oynayan olub. Özü də ayaqyalın, 30 manata. İndi siz deyin, özfəaliyyətdən çıxmış bu qadın, göbək rəqsi oynayan oriental rəqqasə bu akademiyaya necə rəhbərlik edə bilər? Nailə Məmmədzadə bütün tələbələri korporativ tədbirlərə cəlb edir. Bu gün tələbələr düşünür ki, təhsil nəyə lazımdır ki?! Toylara gedirəm, pulumu qazanıram da. O tələbələrin psixologiyasını da, düşüncələrini də korlayıb. Bakı Xoreoqrafiya Akademiyasındakı klassik şöbənin tələbələri də toylara aş gətirməyə cəlb olunurlar. Akademiyada yüksək miqdarda yeyintilər aşkar olunub. Kostyumlar və s. əşyalarla bağlı iş hüquq-mühafizə orqanlarında araşdırılır" deyə sənətkar bildirib.

Ali təhsil müəssisələrində akkreditasiya prosesi yekunlaşıb? like
  • 26 Apr 09:38  
Digərləri Ali təhsil müəssisələrində akkreditasiya prosesi yekunlaşıb?

Ali təhsil müəssisəsinin (ATM) akkreditasiya prosesi ümumi olaraq 6 ay müd

arrow Ətraflı
Evinizi tərk etmədən aliment, boşanma və uşaqla ünsiyyət hüquqlarınızı təmin edirik like
  • 26 Apr 09:35  
Digərləri Evinizi tərk etmədən aliment, boşanma və uşaqla ünsiyyət hüquqlarınızı təmin edirik

Aliment.az boşanma, aliment və uşaqla ünsiyyətlə bağlı məhkəmə mübah

arrow Ətraflı
Qadınların aşiq olduğunu göstərən davranışları like
  • 26 Apr 09:21  
Digərləri Qadınların aşiq olduğunu göstərən davranışları

Qadınlar birini həqiqətən sevdikdə və aşiq olduqda çox fərqli davranır

arrow Ətraflı
Məşhur müğənni və ictimai xadim vəfat edib like
  • 26 Apr 09:11  
Şou-biznes Məşhur müğənni və ictimai xadim vəfat edib

Məşhur amerikalı müğənni, aktyor və ictimai xadim Harri Belafonte vəfat

arrow Ətraflı
XİN İsrailin müstəqilliyinin 75ci ildönümü ilə bağlı təbrik ünvanlayıb  FOTO like
  • 26 Apr 08:54  
Siyasət XİN İsrailin müstəqilliyinin 75ci ildönümü ilə bağlı təbrik ünvanlayıb FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrail Dövlətinin müstəqill

arrow Ətraflı
Görür elan etdi: Dağıdıcı zəlzələ ehtimalı... like
  • 26 Apr 08:48  
Dünya Görür elan etdi: Dağıdıcı zəlzələ ehtimalı...

6 fevral zəlzələrinin ardı kəsilməyib, burada daha bir zəlzələ ola bil�

arrow Ətraflı
Bakıda dəhşətli qəza: like
  • 26 Apr 08:43  
Digərləri Bakıda dəhşətli qəza:

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Bu ərazilərdə hər şeyi vurmağa hüququmuz var  Podolyak like
  • 26 Apr 08:27  
Dünya Bu ərazilərdə hər şeyi vurmağa hüququmuz var Podolyak

Ukraynanın Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində hər

arrow Ətraflı
Bayden G7 sammitində iştirak edəcək like
  • 26 Apr 08:22  
Dünya Bayden G7 sammitində iştirak edəcək

ABŞ prezidenti Co Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitin

arrow Ətraflı
Oğlu İsa Qəmbərin sonunu gətirdi like
  • 26 Apr 08:17  
Digərləri Oğlu İsa Qəmbərin sonunu gətirdi

İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma "erməni soyq

arrow Ətraflı
Türkiyədə zəlzələ baş verib like
  • 26 Apr 08:07  
Dünya Türkiyədə zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verib.

arrow Ətraflı
Ayın görünməyən tərəfini görə biləcəyik? like
  • 26 Apr 08:02  
Digərləri Ayın görünməyən tərəfini görə biləcəyik?

Çin gələn il Ayın görünməyən tərəfinə zond göndərəcək.

arrow Ətraflı
Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır? like
  • 26 Apr 07:57  
Dünya Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır?

Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları Baxmutda tam gücü ilə i

arrow Ətraflı
Pəncəlinin anası...  FOTO like
  • 26 Apr 07:46  
Digərləri Pəncəlinin anası... FOTO

Xüsusi təyinatlı qüvvələr deyəndə, ağıla gələn ilk isimlərdən biri

arrow Ətraflı
Bayram günü baş verən like
  • 26 Apr 07:36  
Digərləri Bayram günü baş verən

Aprelin 24-də Bakıda, Qara Qarayev prospektində piyadanın ölümü ilə nət

arrow Ətraflı