“Jurnalistlər binası”nı tikən şirkətin əmlaklarının müsadirəsi ilə bağlı yekun qərar verilib
Digərləri 20 Apr 2023 17:50:00 184 0
"Jurnalistlər binası"nı tikən şirkətin əmlaklarının müsadirəsi ilə bağlı yekun qərar verilib
Bu xəbəri də oxu: COP 29 zamanı bu küçələr hərəkətə tam açıq olacaq
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə apellyasiya məhkəməsinin qərarından "Jurnalistlər binası"nın tikintisini aparan "Portos" MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
Son.az APA-ya istinadən bildirir ki, şikayət ərizəsində şirkətə məxsus əmlakların xüsusi müsadirədən azad olunması xahiş edilib.
Həmin əmlaklara Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kvadratmetr qeyri-yaşayış sahəsi və bir ədəd "TEREX 820" markalı Az-10-R-460 qeydiyyat nömrəli traktor, bir ədəd "TEREX CTT 181/B-8 TS21" markalı qülləli kran və onun teleskopu, bir ədəd "RDK-25-2" markalı tırtıllı kran, bir ədəd "Ford Transit" markalı 90-JT-489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı nasos, bir ədəd "Amkador 333B" markalı Az-90-E-610 qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd daxildir.
Ali Məhkəmə şikayəti əsassız hesab edib, əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.
"Portos" MMC əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə hazırda Vüqar Səfərli ilə birgə həbsdə olan Nadir Məmmədov rəhbərlik edib.
Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzəl
Rusiya Ukraynaya qarşı açdığı müharibədə böyük miqdarda hərbi texnik
Tanınmış aktrisa-müğənni Defne Samyelinin qızı Derin Talu sevgilisi tər
2023-cü ilin yanvar-mart aylarında İsraildən Türk limanlarına 3 milyon 949
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının P
"Thodex" kripto birjanın qurucusu Fatih Özer Albaniyada məhkəmə p
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yolux
Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
"Türkiyənin Meqa Layihələri" arasında yer alan Ankara-Sivas Yüks
Aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus o
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Ələt-
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli-Qaçaqk�