Bakıda bu binanın sakinləri kütləvi şəkildə cərimə olunurlar VİDEO
Digərləri 20 Apr 2023 17:48:00 190 0
Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən binanın sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər. Buna səbəb binanın zirzəmisində kifayət qədər park yerinin olmamasıdır.
Son.az Xəzər TV-yə istinadən bildirir ki,sakinlər avtomobillərini binanın qarşısındakı yolun kənarında park edirlər. Bu zaman müvafiq yol nişanının tələblərini pozduqları üçün kütləvi şəkildə cərimə olunurlar.
Sakinlərin sözlərinə görə, küçədə yerləşdirilən "dayanmaq qadağandır" nişanı onları təngə gətirib.
Onlar deyirlər ki, bina inşa olunan zaman təhlükəsizlik məqsədilə avtomobillərin saxlanmaması üçün nişan quraşdırılıb və bina hazır olduqdan sonra sökülüb.
İndi isə həmin yol nişanı yenidən quraşdırılıb. Bu səbəbdən də bina sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən küçədə hazırda həm parklanma, həm də ümumi nəqliyyat şəraiti baxımından problemlər mövcuddur. Bu səbəbdən də Agentliyin mütəxəssisləri tərəfindən həmin küçədə təhlillər aparılıb və nəticələrinə əsasən müvafiq layihə hazırlanır. Layihə müvafiq qurumlarla razılaşdırılandan sonra icrasına başlanacaq.
Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzəl
Rusiya Ukraynaya qarşı açdığı müharibədə böyük miqdarda hərbi texnik
Tanınmış aktrisa-müğənni Defne Samyelinin qızı Derin Talu sevgilisi tər
2023-cü ilin yanvar-mart aylarında İsraildən Türk limanlarına 3 milyon 949
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının P
"Thodex" kripto birjanın qurucusu Fatih Özer Albaniyada məhkəmə p
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yolux
Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
"Türkiyənin Meqa Layihələri" arasında yer alan Ankara-Sivas Yüks
Aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus o
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Ələt-
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli-Qaçaqk�
Türkiyənin Samsun vilayətində Kızılırmak deltasında çayın üzəri çi�