Nəqliyyat sahəsində atılan uğurlu addım: "Bu, taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir"


Digərləri 02 Noy 2024 11:30:00 54 0

Nəqliyyat sahəsində atılan uğurlu addım: "Bu, taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir"

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib. Bəs taksi sürücülərinin imtahan edilməsi nəqliyyat sistemində nəyi dəyişəcək?

Bununla bağlı ekspert Fərid Əliyevlə həmsöhbət olduq. O, taksi sürücülərinin imtahan olunmasının taksi sektorundakı islahatların və neqativ halların aradan qaldırılmasına böyük təkan olacağını dilə gətirdi. 

Son.az-a danışan ekspert təlimlərdən keçən sürücülər üçün müsbət tərəflərdən söz açaraq Azərbaycanda lisenziyanın bu günə qədər 1 illik olduğunu, bundan sonra isə 7 illik veriləcəyini vurğuladı. 

İmtahanların keçirilməsi taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir. Bu da nəqliyyat sahəsində ciddiyəti daha çox artıracaq:

"Təlimləri keçən və müvafiq yaş kateqoriyasına uyğun avtomobili olan şəxslərin 7 illik problemsiz taksi fəaliyyəti göstərməsinə şərait yaradılacaq. Taksi sürücüsü olmaq qeyri-ciddi iş deyilki, hər istəyən adam "əlimdən heç nə gəlmirsə, taksi sürücüsü olacağam" desin. Hazırda bizdə bu problemlər yaşanmaqdadır. Hər yerindən duran, yol hərəkət qaydalarından məlumatı olmayan, düzgün ünsiyyət qura bilməyən və etik qaydalar barədə bixəbər adamlar da taksi fəaliyyəti ilə məşğul olurlar. Bununla bağlı yetəri qədər şikayətləri eşidir və izləyirik. Düşünürəm ki, taksi sürücülərinin imtahan olunması, taksi sektorundakı neqativ halların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Sürücülərdə məsuliyyət hissini artırıb, onun peşəkar və ya qeyri-peşəkar olmasını üzə çıxaracaq. Sürücülük ilə bağlı peşəkarlığın müəyyən edilməsi çox doğru addımdır".

Şikayətlərə toxunan ekspert dövlətin atdığı addımların neqativ halların qarşısını alacağını düşünür.

"Ümumilikdə şikayətlər yaxın məsafələrə səfərlərdən imtina etmək, online ödəniş əvəzinə nağd pul istəmə, kobud ünsiyyət, ucadan telefonla danışmaq, musiqiyə yüksək səs ilə qulaq asmaq, yaxın məsafə seçiminə görə qaba rəftar, siqaretin avtomobildə çəkilməsi, nasaz və pis qoxan avtomobil, kondisioner istifadəsindən imtina, təhlükəli idarəetmə və s dən ibarətdir. Sərnişinlər bu sadaladıqlarımdan təngə gəlmiş səviyyədə idilər. Hətda yaxın ətrafdan eşitdiyim, bu problemlərə nə zaman bir çarə tapılacaq sözləri də az olmayıb. Həm də ölkəmizə yetəri qədər turist gəlməkdədir və onlar taksi fəaliyyətindən istifadə etməkdədirlər. Bu problemin həlli  həm də turistlər tərəfindən ölkəmiz və insanımız haqqında mənfi rəylərin yaranmaması üçün vacib amildir. Sərnişinlərin bu qədər şikayətlərini nəzərə alaraq dövlət bu problemə müdaxilə etdi. Düşünürəm ki, imtahanlardan sonra yol hərəkəti qaydalarına riayət edən, daha konfortlu və təmiz avtomobillər idarə edən, geyimi səliqəli və yüksək təlimli taksi sürücüləri ilə qarşılaşacağıq", deyə o əlavə edib.

Xəyal Abdullayev Son.az

FHN əhaliyə müraciət etdi like
  • 02 Noy 11:25  
Digərləri FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə mütə

arrow Ətraflı
Yusif İldırımzadənin qardaşı barəsində cinayət işi başlanıldı like
  • 02 Noy 11:18  
Digərləri Yusif İldırımzadənin qardaşı barəsində cinayət işi başlanıldı

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım ba

arrow Ətraflı
Xərçəngin 9 erkən əlaməti like
  • 02 Noy 11:12  
Digərləri Xərçəngin 9 erkən əlaməti

Dünyada xəstəlikdən ölüm statistikasına görə xərçəng xüsusi yer tu

arrow Ətraflı
Fərid Qayıbov Elşən Məmmədova yeni vəzifə verdi  like
  • 02 Noy 11:05  
Digərləri Fərid Qayıbov Elşən Məmmədova yeni vəzifə verdi

Respublika Şahmat Mərkəzinə yeni direktor təyin edilib.

arrow Ətraflı
Salyanda avtomobil aşdı: Bir ailənin üzvləri xəsarət aldılar like
  • 02 Noy 10:59  
Digərləri Salyanda avtomobil aşdı: Bir ailənin üzvləri xəsarət aldılar

Salyanda baş verən yol-nəqliyyat hadisəsində bir ailənin dörd üzvü xəs

arrow Ətraflı
İsraildən HƏMASa daha bir zərbə: like
  • 02 Noy 10:51  
Dünya İsraildən HƏMASa daha bir zərbə:

İsrail ordusu tərəfindən HƏMAS-ın yüksək rütbəli rəsmisi İzzəddin K

arrow Ətraflı
Sabah bu yollar bağlanacaq  like
  • 02 Noy 10:42  
Digərləri Sabah bu yollar bağlanacaq

COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı v�

arrow Ətraflı
Müəllimlərdən cinsi xəstəliklərlə bağlı analizlər götürülməyə başlanılıb like
  • 02 Noy 10:32  
Digərləri Müəllimlərdən cinsi xəstəliklərlə bağlı analizlər götürülməyə başlanılıb

30 ilin müəllimiyəm cinsi xəstəliklərə görə analiz istəyirlər.

arrow Ətraflı
"Hərbçilərimizin nəfəsi terrorçuların ənsəsindədir"  Hulusi Akar like
  • 02 Noy 10:31  
Dünya "Hərbçilərimizin nəfəsi terrorçuların ənsəsindədir" Hulusi Akar

PKK və YPG ilə mübarizəmiz hər şeyə rəğmən terroru mənbəyində məhv

arrow Ətraflı
Tarixi əsərdə günümüzün problemi  FOTO like
  • 02 Noy 10:23  
Kriminal Tarixi əsərdə günümüzün problemi FOTO

Vatikan şəhərində yerləşən, intibah dövrünün ən vacib memarlıq nümu

arrow Ətraflı
Azərbaycan XİN Serbiyaya başsağlığı verdi like
  • 02 Noy 10:21  
Digərləri Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanın Novi Sad şəhərində baş ve

arrow Ətraflı
COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb like
  • 02 Noy 10:19  
Digərləri COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
Azərbaycanda iki yeniyetmə itkin düşdü like
  • 02 Noy 10:11  
Digərləri Azərbaycanda iki yeniyetmə itkin düşdü

Bakıda 16 yaşlı qız, Ağdamda isə 14 yaşlı oğlan itkin düşüb.

arrow Ətraflı
Rəşad Dağlının həbsdə yazdığı şeir like
  • 02 Noy 10:01  
Şou-biznes Rəşad Dağlının həbsdə yazdığı şeir

Həbsdə olan meyxanaçı Rəşad Dağlının yazdığı qəzəl canlı efirdə

arrow Ətraflı
İş adamının 11 yaşlı qızı yatdığı yerdə like
  • 02 Noy 10:00  
Dünya İş adamının 11 yaşlı qızı yatdığı yerdə

11 yaşlı qız yuxudaykən qəfil ölüb.

arrow Ətraflı