Anadangəlmə əlilliyi olan şəxsin pensiyası kəsilib VİDEO
Digərləri 18 Apr 2023 20:12:00 249 0
Şəmkirdə anadangəlmə əqli gerilik diaqnozu ilə doğulan gəncin əlillik pensiyası 3 ilə yaxındır ki, kəsilib.
Bu xəbəri də oxu: 7 bürc üçün Noyabr yeni nəfəs gətirəcək
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Mirağa Musayev 2005-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 4 yaşı olanda hələ danışa bilmirmiş. Bundan sonra ailəsi uşağın sağlamlığında problem olduğunu anlayıb. Həkim müayinələrindən sonra Mirağaya əqli gerilik diaqnozu qoyulub və 6 yaşından etibarən pensiya təyin olunub, 15 yaşında isə təkrar yoxlama üçün dayandırılıb. Bundan sonra ailə sənədləri yenidən toplayıb və Mirağa Gəncə Psixiatriya Xəstəxanasında 2 dəfə müalicə kursu keçib.
Müalicədən sonra Mirağanın məlumatları sistemə daxil edilib, ancaq pensiya təminatı tələbindən imtina olunub. Bundan sonra onlar paytaxtdakı digər ixtisaslaşmış tibb ocağına üz tutublar.
Anasının sözlərinə görə, pensiya ala bilmədiklərindən Mirağanın müalicəsi zamanı çətinlik çəkirlər.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, tibb müəssisəsi tərəfindən Mirağa Musayevlə bağlı elektron sistemə daxil edilmiş göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. Göndərişdə vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilmədiyinə görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Mirağa Musayev mayın 2-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunacaq və bunun əsasında əlilliyinin qiymətləndirilməsi aparılacaq.
Ermənistanda 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkd
Türkiyəli aktyorlar Aras Bulut İynemli Engin Öztürklə birlikdə gecə saa
Laçında şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə
Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər
Sürücülük vəsiqələrinin verilməsi qaydalarına dəyişiklik ola bilər.�
Ağdaşda bir ailə dələduzluğun qurbanı olduğunu iddia edir.
"40 yaşımdan sonra mən də "dağınıq skleroz" xəstəliyinə
Bir müddət öncə sosial şəbəkələrdə 12 gün durmadan dövrə vuran qoyu
Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayi�
Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbə
Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağ
Mərhum Əməkdar artist Məhəbbət Kazımovun daha bir mahnısı "TikTok&