Laçında hava limanının tikintisi ilə bağlı son vəziyyət açıqlandı FOTO


Digərləri 18 Apr 2023 19:10:00 225 0

Laçında hava limanının tikintisi ilə bağlı son vəziyyət açıqlandı  FOTO

Laçında şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri sürətlə aparılır.

Bu xəbəri də oxu: Sabah bu yollar bağlanacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur.

Uzunluğu 59 km təşkil edən sözügedən yollar hər birinin eni 3-3.5 metr olmaqla 2 hərəkət zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir.

Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.

Tikinti-bərpa işləri "İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulacaq, tezliklə burda yaşayacaq əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci il tarixində təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26.512 milyon kubmetr, tökmə işləri isə 1.956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73, tökmənin orta hündürlüyü isə 14 metrdir.

"İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihə üzrə 162.8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kubmetr həcmində partlayış işləri, 859.8 min kubmetr qaya tipli süxurların mexanizmlə qazılması, 5.04 milyon kubmetr həcmində isə torpaq qazma işləri aparılıb.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanından Laçın şəhərinə qədər olan məsafə 38.1 km, Şuşa şəhərinə qədər olan məsafə 75,0 km, Kəlbəcər şəhərinə isə 59.2 km təşkil edəcək.

İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.

İlham Əliyev: Nazirə tapşırdım ki, qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin like
  • 18 Apr 19:02  
Siyasət İlham Əliyev: Nazirə tapşırdım ki, qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin

Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər

arrow Ətraflı
Sürücülük vəsiqəsinin verilməsində hansı qaydalar dəyişə bilər?  VİDEO like
  • 18 Apr 19:00  
Digərləri Sürücülük vəsiqəsinin verilməsində hansı qaydalar dəyişə bilər? VİDEO

Sürücülük vəsiqələrinin verilməsi qaydalarına dəyişiklik ola bilər.�

arrow Ətraflı
Xəstənin əməliyyatı üçün yığılmış pul mənimsənildi  VİDEO like
  • 18 Apr 18:48  
Digərləri Xəstənin əməliyyatı üçün yığılmış pul mənimsənildi VİDEO

Ağdaşda bir ailə dələduzluğun qurbanı olduğunu iddia edir.

arrow Ətraflı
“Həkim dedi ki, iynəni vurdurmasan, əlil olacaqsan”  VİDEO like
  • 18 Apr 18:36  
Şou-biznes “Həkim dedi ki, iynəni vurdurmasan, əlil olacaqsan” VİDEO

"40 yaşımdan sonra mən də "dağınıq skleroz" xəstəliyinə

arrow Ətraflı
Bu görüntülərin sirri açıldı  VİDEO like
  • 18 Apr 18:12  
Dünya Bu görüntülərin sirri açıldı VİDEO

Bir müddət öncə sosial şəbəkələrdə 12 gün durmadan dövrə vuran qoyu

arrow Ətraflı
İlham Əliyev: Ermənilər bununla çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər like
  • 18 Apr 18:08  
Siyasət İlham Əliyev: Ermənilər bununla çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər

Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayi�

arrow Ətraflı
Bakıda 15 şagird xəstəxanaya yerləşdirilib like
  • 18 Apr 18:02  
Digərləri Bakıda 15 şagird xəstəxanaya yerləşdirilib

Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbə

arrow Ətraflı
Prezident Ermənistanda bayrağımızın yandırılmasından danışdı like
  • 18 Apr 18:01  
Siyasət Prezident Ermənistanda bayrağımızın yandırılmasından danışdı

Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağ

arrow Ətraflı
Məhəbbət Kazımovun bu ifası trend oldu  VİDEO like
  • 18 Apr 18:00  
Şou-biznes Məhəbbət Kazımovun bu ifası trend oldu VİDEO

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun daha bir mahnısı "TikTok&

arrow Ətraflı
"Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır" like
  • 18 Apr 17:58  
Siyasət "Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır"

Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğala

arrow Ətraflı
Prezident: Separatçı təlxəklər toplusu bilməlidir ki, səbrimizlə oynamaq olmaz like
  • 18 Apr 17:52  
Siyasət Prezident: Separatçı təlxəklər toplusu bilməlidir ki, səbrimizlə oynamaq olmaz

Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü

arrow Ətraflı
Tərtərdə 43 yaşlı kişi minaya düşüb like
  • 18 Apr 17:50  
Digərləri Tərtərdə 43 yaşlı kişi minaya düşüb

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

arrow Ətraflı
Mükafatlandırma mərasimində faciə  VİDEO like
  • 18 Apr 17:48  
Dünya Mükafatlandırma mərasimində faciə VİDEO

Hindistanın Maharaştra əyalətində keçirilən təntənəli mükafatlandırm

arrow Ətraflı
İlham Əliyev: Üçü də torpağımızdan dovşan kimi qaçdı like
  • 18 Apr 17:47  
Siyasət İlham Əliyev: Üçü də torpağımızdan dovşan kimi qaçdı

Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayr

arrow Ətraflı