Pomidorun qiymətinə yaxınlaşası deyil… VİDEO
Digərləri 16 Apr 2023 22:12:00 311 0
Yaz fəslində qiyməti hər il normallaşan pomidor indi az qala qışdakı bahalı qiymətindən heç də fərqlənmir.
Bu xəbəri də oxu: Şəhid ailəsində bədbəxt hadisə: anası və bacısı qazdan zəhərləndi
Son.az Xəzər TV-yə istinadən bildirir ki,təkcə marketlərdə yox, elə bazarlarda da bu tərəvəzin qiyməti 4 manatla 5 manat arasında dəyişir.
Adətən bölgələrdə tərəvəzlər paytaxta nisbətən ucuz olsa da, bu dəfə rayonlarda da vəziyyət Bakıdan heç də fərqli deyil.
Bölgələrdəki sahibkarlar deyir ki, ötən il məhsul bolluğu səbəbindən pomidoru dəyər-dəyməzə satdıqlarına görə bu il çoxları bu tərəvəzi yetişdirməkdən imtina edib. Bu da pomidorun qiymətinin bahalaşmasına gətirib çıxarıb. Qiymətlərdəki yüksəlmənin digər səbəbi isə istixana xərclərinin artmasıdır...
Qeyd edək ki, hazırda ölkə üzrə istixanalarda yetişdirilən pomidor təkcə daxili tələbat üçün istehsal edilmir. Bu məhsulun xarici ölkələrə ixracı da davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Mərhum müğənni Rəhim Rəhimlinin şəxsi instaqram hesabının adı dəyiş
"Ögey ana" filminin Cəmiləsi Sevinc Axundova illər sonra ekrana ç
Azərbaycan ilə İran arasında həmişə dostluq və qardaşlıq münasibətl�
Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmaz
Gecələr keyfiyyətli yuxu gün ərzində diqqətin səviyyəsini artırmaqla y
Meksikanın Quanaxuato əyalətindəki kurort şəhərciyində silahlı hücum n