Nazpəri Dostəliyeva: “Şəhid balalar üçün ağlayıram” VİDEO


Şou-biznes 14 Apr 2023 19:36:00 281 0

Nazpəri Dostəliyeva: “Şəhid balalar üçün ağlayıram”  VİDEO

"Şəhid ailələrinin evində olmuşam, onlarla yaxından təmasda olmuşam. Onların acısını özümdən betər yaşamışam. Övladım dünyasını dəyişəndə sosial şəbəkədə yazdığım ilk sözlər: "Heç bir şəhid anasından artıq deyiləm". Onlar vətən, topaq üçün canından, qanından keçdilər. Torpaqları düşmən tapdağından azad etdilər. Bizə, gələcək nəsilə nə boyda xoşbəxtlik bəxş etdilər. Gözü yolda qalan, torpaq üçün həyatını yaşaya-yaşaya həsrət çəkən yaşlı insanlara sevinc bəxş etdilər. Buna görə çox zaman öz övladıma deyil, şəhid balalar üçün ağlayıram".

Son.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Sənətçi bildirib ki, artıq bir neçə ildir ki, həm şəhidlərə həm də oğlu Əlinin vəfatına görə, bayramlar keçirmir:

"Polad Həşimovun anası ilə görüşəndə ona dedim ki, sizin dərdinizi bütün xalq paylaşır. Amma mən öz dərdimi içimdə, tək-tənha, yalnız bağa qaçıb, ağacların altında çəkirəm. Bunların hər ikisi çox çətindir. Amma şəhid anaları bilsinlər ki, biz heç zaman onları tək qoymadıq, onların yanında olduq. Onların dərdi bizim oldu. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizi görəndə evimdə bayram etmədim. Onda dünyasını dəyişən oğlum Əli sual verdi ki, ana sən niyə görə, şəkərbura, paxlava bişirmirsən?

Cavab verdim ki, bişirmərəm, bayram etmərəm. O, özü də bunu başa düşürdü, sadəcə əhvalımı qaldırmaq üçün belə sual verirdi. Hər il Novruz şirniyyatlarını evimdə özüm öz əllərimlə hazırlayırdım. O qədər dərindən və içdən yandım ki, hər zaman şəhid ailələrin yanında oldum. Və martın 22-si Novruz bayramında oğlum Əli heç nədən ürəktutmasından dünyasını dəyişdi".

Bir il əvvəl ürəktutmasından dünyasını dəyişən oğlundan söz açan N.Dostəliyeva onun son sözlərini dilə gətirib:

"Əli son nəfəsinin olduğunu bilirdi. Uzanmışdı, mən də onun yanında oturub, başını qucaqlamışdım. Bilirdi ki, dünyasını dəyişir. Deyirdi ki, ana sən güclü qadınsan. Sən səhnəyə çıxmalısan. Sevənlərinin gözünü yolda qoyma. O bilirdi mənim güclü olduğumu, amma mən yox. Sonra isə dedi ki, ana haqqını mənə halal elə. Başa düşmədim o, niyə belə deyir. Ürəyimin döyüntüsünü o an eşidirdim, sanki ürəyim az qala ağzıma gəlirdi. Gəldim bacım Zeynəbə sual verdim ki, Əli niyə belə şeylər danışır?

Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır? like
  • 14 Apr 19:24  
Digərləri Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?

Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəb

arrow Ətraflı
Bakıda piyada keçidini başayaq keçən xanım təəccübləndirdi  VİDEO like
  • 14 Apr 19:12  
Digərləri Bakıda piyada keçidini başayaq keçən xanım təəccübləndirdi VİDEO

Bakıda yolu keçən xanım hamını təəccübləndirib. 

arrow Ətraflı
İlanını metroda “gəzintiyə” çıxardı  VİDEO like
  • 14 Apr 18:48  
Digərləri İlanını metroda “gəzintiyə” çıxardı VİDEO

Rusiyada kişi imperator boa ilanını metroda "gəzintiyə" çıxarı

arrow Ətraflı
Türkiyənin müstəqil xarici siyasəti və artan beynəlxalq nüfuzu like
  • 14 Apr 18:36  
Siyasət Türkiyənin müstəqil xarici siyasəti və artan beynəlxalq nüfuzu

XX əsrin ilk illərindən dünya yeni müharibələr, rəngli inqilablar və ma

arrow Ətraflı
Afaq Bəşirqızı: “Aktyorlar üçün qəbiristanlıq yaradılsın”  VİDEO like
  • 14 Apr 18:24  
Şou-biznes Afaq Bəşirqızı: “Aktyorlar üçün qəbiristanlıq yaradılsın” VİDEO

"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın

arrow Ətraflı
Tərtərdə qaza görə abonentlərə əlavə borc yazılıb?  VİDEO like
  • 14 Apr 18:12  
Digərləri Tərtərdə qaza görə abonentlərə əlavə borc yazılıb? VİDEO

Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə bor

arrow Ətraflı
Bu bürcdən olanlar subay qala bilər  Sevgidə ən şanssız bürclər like
  • 14 Apr 18:00  
Digərləri Bu bürcdən olanlar subay qala bilər Sevgidə ən şanssız bürclər

Bəzi insanlar doğru insanı tapmaqda çətinlik çəkir.

arrow Ətraflı
Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını like
  • 14 Apr 17:50  
Siyasət Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının

arrow Ətraflı
“50 qonaq çağırdım, 120 nəfər gəldi” like
  • 14 Apr 17:48  
Şou-biznes “50 qonaq çağırdım, 120 nəfər gəldi”

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etm

arrow Ətraflı
Bu il axtarışda olan 1572 nəfər tutulub, 170 cinayətkar qrup zərərsizləşdirilib like
  • 14 Apr 17:46  
Digərləri Bu il axtarışda olan 1572 nəfər tutulub, 170 cinayətkar qrup zərərsizləşdirilib

Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 t�

arrow Ətraflı
Ermənistan sülh sazişi üzrə danışıqlara qayıtmalıdır  XİN like
  • 14 Apr 17:44  
Siyasət Ermənistan sülh sazişi üzrə danışıqlara qayıtmalıdır XİN

Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danı�

arrow Ətraflı
Smartfonları sındıran oyunun adı açıqlandı  FOTO like
  • 14 Apr 17:36  
Dünya Smartfonları sındıran oyunun adı açıqlandı FOTO

"Call of Duty" divarlar, tavanlar və şəxsi əşyalar üçün ən da

arrow Ətraflı
Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu like
  • 14 Apr 17:22  
Digərləri Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH

arrow Ətraflı