Dünyanın 10 milyarder qadını FOTOlar
Digərləri 14 Apr 2023 03:03:00 316 0
Amerikanın iş aləmindən bəhs edən "Forbes" jurnalının tərtib etdiyi siyahıda milyarder qadınların sayı ötən il 327, 2023-də 337 olub.
Bu xəbəri də oxu: Saxta spirtli içkidən ölənlərin sayı 38ə çatdı
Bəs dünyanın ən varlı 10 qadını kimdir? Son.az olay-a istinadən həmin xanımları təqdim edir:
"L'Oréral"ın varisi 69 yaşlı Françoise Bettenkourt Meyers üçüncü dəfə dünyanın ən varlı qadını olub. Ötən il onun sərvəti təxminən 5 milyard dollar artımla 80,5 milyard dollara (138 milyard manat) çatıb.
Culiya Koç və ailəsi 59 milyard dollarla (101 milyard manat) ikinci sıradadır. Amerikan iş xanımının sərvətinin mənbəyi "Koch İndustries" şirkətidir.
73 yaşlı Alis Velton 56, 7 milyard dollarla (97 milyard manat) dünyanın ən varlı üçüncü xanımıdır. Dünyaca məşhur "Walmart" mağazalar şəbəkəsi Veltona məxsusdur.
Cekquilayn Mars 38, 3 milyard dollarla (67 milyard manat) ən zəngin dördüncü qadındır. 83 yaşlı iş xanımı məşhur "Mars" brendinin sahibidir.
Miriyam Edilson ailəsi ilə birgə 35 milyard dollarlıq (60 milyard manat) sərvətlə siyahıda beşinci yerdir. Bir müddət siyasətlə də məşğul olan Edilsonun həyat yoldaşı Şildon Edilsonun Las Veqasda, həmçinin dünyanın bir çox ölkəsində kazino və hotelləri var.
Nyu-Yorkda polislər küçələrdə patrulluq etmək üçün "Digidog"
Məşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçə
Tanınmış astroloq Dinçer Güner qoroskop sevənlər üçün maraqlı ulduz f
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-
Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Az
Türkiyənin tanınmış müğənnisi və aparıcı Songül Karlı estetik əmə
Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələr
Astroloqlar hesab edirlər ki, iki bürc ən pis xəbərlərə hazırlaşmalıd�
Adətən makaron qutularının üzərində hansı qrupa aid olduğu qeyd olunur.
ABŞ hüquq-mühafizə orqanları cümə axşamı Pentaqonun məxfi sənədləri
44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri onlara qar�
Azərbaycan "D-8"ə qoşulmaq üçün müraciət edib.
Arıqlamaq üçün ən faydalı beş tərəvəz açıqlanıb.