“Dostumla Qafana gedirdik, bir də gördük ki…” –
Digərləri 14 Apr 2023 00:45:00 271 0
Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Azərbaycan əsgərinin 3 kənd sakini tərəfindən tutulduğu bildirilib.
Bu xəbəri də oxu: Şəhid atası vəfat etdi FOTO
Son.az globalinfo.az-a istinadən xəbər verir ki, Qor Ohancanyan adlı şəxs əsgəri necə tapmaları və polisə təhvil vermələrindən danışıb.
"Dostumla kənddən çıxıb, Qafana gedirdik. Yolda onu Azərbaycan hərbi formasında gördük. Yaxınlaşıb suallar verdik və azərbaycanlı olduğunu başa düşdük. Sonra digər dostum gəldi, onu tutduq. Hadisə yerinə polislər gəldi", - o bildirib.
Ohancanyan iddia edib ki, guya azərbaycanlı əsgər tapılanda üzərində güllələr, maskalar, sursat, əlində isə ötən gün öldürülən mühafizəçiyə məxsus telefon olub.
Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.
Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb. Bu gün tapılan əsgərə ağır işgəncələr verilib.
Baş Prokurorluq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başladıldığını bildirib.
Türkiyənin tanınmış müğənnisi və aparıcı Songül Karlı estetik əmə
Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələr
Astroloqlar hesab edirlər ki, iki bürc ən pis xəbərlərə hazırlaşmalıd�
Adətən makaron qutularının üzərində hansı qrupa aid olduğu qeyd olunur.
ABŞ hüquq-mühafizə orqanları cümə axşamı Pentaqonun məxfi sənədləri
44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri onlara qar�
Azərbaycan "D-8"ə qoşulmaq üçün müraciət edib.
Arıqlamaq üçün ən faydalı beş tərəvəz açıqlanıb.
Türkiyə tarixi seçkiyə şahidlik edəcək. Bu seçkilər ölkəmizin və mil
Bu ilin I rübündə Azərbaycanda enerji təchizatı şəbəkəsinə qoşulmaq
Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etirazlar səngimə
COVID-19-dan sonra yaddaş itkisinin səbəbi müəyyən edildi.