Azərbaycanda da yoluxma aşkarlanan meymunçiçəyi virusu nədir?


Digərləri 18 Yan 2025 11:26:00 58 0

Azərbaycanda da yoluxma aşkarlanan meymunçiçəyi virusu nədir?

Xəbər verdiyimiz kimi, Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb. 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Bəs ölkəmizdə ilk yoluxma halı aşkarlanan meymunçiçəyi virusu nədir?

Son.az Trend-ə istinadən bildirir ki, meymunçiçəyi - virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir. Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.

İnsanda ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında (KDR) 9 yaşlı uşaqda qeydə alınıb. Bu günə qədər olan alovlanmalar KDR, Nigeriyada və 2003-cü ildə ilk dəfə Afrikadan kənarda ABŞ-də (70 yoluxma halı) müşahidə olunub. 2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəlik üçün endemik sayılmayan 4 regionunda meymunçiçəyinə yoluxma halları haqqında məlumatlar təqdim edilib. Yoluxma hallarının əksəriyyətinin anamnestik məlumatlarında endemik ölkələrə səyahət tarixçəsi qeyd olunmayıb.

Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir.

Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər.

Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.

Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.

Tanınmış blogerin əmlakına həbs qoyuldu like
  • 18 Yan 11:20  
Digərləri Tanınmış blogerin əmlakına həbs qoyuldu

Moskvanın Troitski Məhkəməsi Valeriya Çekalinanın (bloger Lerçek) əmlak�

arrow Ətraflı
“Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın” like
  • 18 Yan 11:16  
Dünya “Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın”

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Y

arrow Ətraflı
Ailəsi dağılan Murad: "Vurulduğum qıza olan hisslərimi..."  VİDEO like
  • 18 Yan 10:53  
Şou-biznes Ailəsi dağılan Murad: "Vurulduğum qıza olan hisslərimi..." VİDEO

Xəbər verdiyimiz kimi, aktyor Murad İsmayıl türkiyəli müğənni Rafel El

arrow Ətraflı
Metroda qışqıran şəxs həbs olundu like
  • 18 Yan 10:51  
Kriminal Metroda qışqıran şəxs həbs olundu

Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.

arrow Ətraflı
"Fitch" 2025ci il üzrə Azərbaycanın ÜDM artım proqnozlarını açıqladı like
  • 18 Yan 10:48  
Digərləri "Fitch" 2025ci il üzrə Azərbaycanın ÜDM artım proqnozlarını açıqladı

"Fitch Ratings" agentliyi 2025-ci ildə Azərbaycan ÜDM-nin üç faiz

arrow Ətraflı
Azərbaycanda meymunçiçəyi aşkarlandı like
  • 18 Yan 10:42  
Digərləri Azərbaycanda meymunçiçəyi aşkarlandı

Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

arrow Ətraflı
Hərbi vəzifəlilər toplandı  FOTO like
  • 18 Yan 10:33  
Digərləri Hərbi vəzifəlilər toplandı FOTO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Ça�

arrow Ətraflı
İsrail 95 məhbusu azad edəcək  Adları açıqlandı like
  • 18 Yan 10:25  
Dünya İsrail 95 məhbusu azad edəcək Adları açıqlandı

İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adını ela

arrow Ətraflı
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq like
  • 18 Yan 10:17  
Digərləri Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Artıq yaxın gələcəkdə tale bürcün dörd əlaməti ilə üz-üzə gələc

arrow Ətraflı
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu  80 min manat OĞURLANDI like
  • 18 Yan 10:16  
Kriminal Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu 80 min manat OĞURLANDI

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Q�

arrow Ətraflı
Bayden: boş vədlərdən rüsvayçı sonluğa doğru like
  • 18 Yan 10:15  
Siyasət Bayden: boş vədlərdən rüsvayçı sonluğa doğru

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Polis əməliyyatlar keçirdi  38 nəfər saxlanılıb like
  • 18 Yan 10:08  
Kriminal Polis əməliyyatlar keçirdi 38 nəfər saxlanılıb

Yanvarın 17-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən

arrow Ətraflı
Deniz Akkaya 13 il müddətinə həbs edildi like
  • 18 Yan 10:00  
Şou-biznes Deniz Akkaya 13 il müddətinə həbs edildi

Keçmiş model Deniz Akkaya barəsində məhkəmə hökmü elan edilib.

arrow Ətraflı
Samuxda qəza  ölən var like
  • 18 Yan 09:57  
Digərləri Samuxda qəza ölən var

Samuxda ölümlə nəticələn ağır yol qəzası olub.

arrow Ətraflı