Uşaqlarda iştahasızlığın aradan qaldırılması yolları
Digərləri 13 Apr 2023 21:06:00 282 0
Uşaqlarda iştahasızlıq müasir dövrdə valideynlərin şikayətləndiyi ən aktual problemlərdən biridir. Bəzən həmin problemi həll etmək üçün valideynlər uşağı məcburi qaydada yedizdirirlər.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva bununla əlaqədar olaraq deyib: "Uşaqların yemək saatları, özlərinə məxsus qabları, qaşıqları olmalıdır. Onları zorla yedizdirmək düzgün deyil, qoy az yesinlər, lap iki-üç qaşıq yesinlər, amma məcburi yeyib travma almasınlar. Uşaqları məcbur yedizdirəndə onlarda yeməyə qarşı ikrah hissi yaranır".
Qidalandırma zamanı məcburiyyət, güc, şiddət tətbiq edilməsi yanlış üsuldur. Belə olanda uşaqlarda yeməklərə qarşı həvəs olmadığından zaman keçdikcə bir çox problemlər meydana çıxır. Ən əsası isə psixoloji aqressiv uşaq böyüyür.
Ümumiyyətlə, uşaqlarda iştahasızlığın əsas səbəbi əksər hallarda qidalanma tərzində olan qüsurlarla əlaqədardır. Düzgün seçilməyən qida növü, məcburi yedizdirmələr, qeyri-düzgün yuxu rejimi iştahasızlığa səbəb olan hallardır.
"1 yaşına qədər uşaqlar ilk üç ayda 1 kiloqram, daha sonra isə 800 qram çəki artırırlar. 1 yaşından sonra uşaqlar artıq yemək yaşına deyil, oyun yaşına keçdiklərinə görə onlarda yemək ikinci plana keçir. Ona görə də həmin yaşda olan uşaqlar üçün qidalanma o qədər də maraqlı deyil", - deyə həkim-pediatr bildirib.
Bu sahədə yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağın yeməkdən zövq almasına imkan vermək və özü istəyənə qədər ona yemək təklif etməmək lazımdır. Ac olanda isə çox yeməsinə imkan verməmək lazımdır. Bunlara əməl edəndən bir müddət sonra o da hamı kimi acacaq və onda yeməyə qarşı həvəs yaranacaq.
Amerikalı aktyor Ceremi Renner qartəmizləyən maşınla qəzasından üç ay
Son illərdə rəsmi qurumlar Azərbaycanda su qıtlığının yarana biləcəyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovin
Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayış�
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Bərdədə zəncirvari qəza baş verib.
Son günlərdə orta məktəblərdən birindəki şagirddə vərəm aşkarlanmas
Dendrologiya İnstitutunun bir qrup əməkdaşı müəssisənin bağında təmir
Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət icla
Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imta
Fransanın növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı
Aparıcı Turan İbrahimov həmkarlarını tənqid edib.