"Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir"


Siyasət 13 Apr 2023 19:10:00 242 0

"Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir"

Fransanın növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı əsassız ittiham etməsi bölgədə sülhə və təhlükəsizliyə edilən qəsddir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu açıqlamasında siyasi şərhçi Sahil Kərimli səsləndirib.

Onun sözlərinə görə, öz suveren ərazilərini müdafiə edən Azərbaycanı hərbi təxribatda günahlandırmaq əsl riyakarlıqdır. Fransa Ermənistanın ərazi bütövlüyünü tanıdığını vurğulayaraq İrəvana dəstək nümayiş etdirir.

"Sual olunur, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, ərazilərimiz talan olunanda, azərbaycanlılar soyqırımılarına məruz qalanda Fransa niyə səsini çıxarmırdı? Əlbəttə ki, işğala, terrora və separatizmə müxtəlif yollarla dəstək verən Fransadan gözlənən də budur. Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Əksinə, rəsmi Paris bölgədə yeni müharibə ocağı alovlandırmaq niyyətindədir", - deyə siyasi şərhçi qeyd edib.

S.Kərimli diqqətə çatdırıb ki, bir müddət əvvəl Fransanın da təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqı missiyası konkret olaraq bu məkrli planın tərkib hissəsidir. Çünki missiya bölgəyə gələn gündən etibarən Ermənistan hərbi təxribatlara başlayıb. Görünən odur ki, Paşinyan hakimiyyəti Aİ missiyasına güvənərək təcavüzkar siyasətini davam etdirir.

Onun fikrincə, Ermənistanı cəsarətləndirən Aİ missiyası və həmin dairələrin dəstəyidir. Belə olmasaydı, darmadağın olunmuş fərari Ermənistan ordusu Azərbaycan tərəfə bir güllə atmağa cəsarət etməzdi. Şübhəsiz ki, Ermənistana havadarlıq edən İran da bu prosesdə canfəşanlıq göstərir. Son hərbi təcavüz zamanı Ermənistanın Tehrandan dəstək alması, İran PUA-larının sərhədlərimiz boyunca uçuşlar etməsi barədə məlumatlar var. "Azərbaycanın daxili işlərinə qarışmaqdansa, Fransa öz daxili problemlərini həll etsə, daha yaxşı olar. Aylardır davam edən etiraz aksiyaları, iğtişaşlar, mitinqlərin zorla dağıdılması, etirazçılara qarşı zorakılıq halları baş alıb gedir. Fransanın qanlı tarixi keçmişi, müstəmləkəçilik siyasəti, insanlığa qarşı törətdiyi kütləvi hərbi cinayətlər dünyanın diqqət mərkəzindədir. Belə bir ölkənin Ermənistanın müdafiəsinə qalxmağa, Azərbaycanı tənqid etməyə haqqı yoxdur.

“Özünüz olmağı unudub, arada qalmısınız” like
  • 13 Apr 19:00  
Şou-biznes “Özünüz olmağı unudub, arada qalmısınız”

Aparıcı Turan İbrahimov həmkarlarını tənqid edib.

arrow Ətraflı
XİN əsir götürülən hərbçilərimizlə bağlı məlumat yaydı like
  • 13 Apr 18:59  
Siyasət XİN əsir götürülən hərbçilərimizlə bağlı məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir gö

arrow Ətraflı
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü  FOTO like
  • 13 Apr 18:58  
Siyasət Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq

arrow Ətraflı
Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı like
  • 13 Apr 18:48  
Dünya Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı

"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2008-ci ildə özünə gönd�

arrow Ətraflı
“ADMİU məzunlarının bir hissəsi taksi sürücüsü işləyir” like
  • 13 Apr 18:24  
Şou-biznes “ADMİU məzunlarının bir hissəsi taksi sürücüsü işləyir”

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitir�

arrow Ətraflı
Jelka Tsviyanoviç: Azərbaycan hər zaman bizim yanımızda olmuşdur like
  • 13 Apr 17:22  
Siyasət Jelka Tsviyanoviç: Azərbaycan hər zaman bizim yanımızda olmuşdur

Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsin

arrow Ətraflı
Məhbubə Hüseynovanın işdən çıxarılmasına Tolik belə sevindi  VİDEO like
  • 13 Apr 17:12  
Şou-biznes Məhbubə Hüseynovanın işdən çıxarılmasına Tolik belə sevindi VİDEO

Xəbər verdiyimiz kimi, Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbu

arrow Ətraflı
Prezident: Bu, bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər like
  • 13 Apr 17:10  
Siyasət Prezident: Bu, bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Hers

arrow Ətraflı
Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək like
  • 13 Apr 17:04  
Dünya Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək

Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mər

arrow Ətraflı
Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi like
  • 13 Apr 17:02  
Digərləri Adnan Oktarın 8658 illik həbs cəzası təsdiqləndi

İstanbul Regional Cəza Məhkəməsi çərşənbə günü Adnan Oktar və bir �

arrow Ətraflı
Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır like
  • 13 Apr 16:58  
Siyasət Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır

Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin art�

arrow Ətraflı
Görüntüləri izlədim, hələ də şokdayam  Hüseynin anası like
  • 13 Apr 16:56  
Digərləri Görüntüləri izlədim, hələ də şokdayam Hüseynin anası

"Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izl

arrow Ətraflı