Qəbələdə Yengicə su anbarı tikiləcək


Siyasət 12 Apr 2023 15:27:00 266 0

Qəbələdə Yengicə su anbarı tikiləcək

Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.

Sərəncama görə, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xalq artisti şəhid oğlunun paltarını geyindi  FOTO like
  • 12 Apr 15:24  
Şou-biznes Xalq artisti şəhid oğlunun paltarını geyindi FOTO

Xalq artisti Əli Nur geyindiyi əsgər geyimindən bəhs edib. 

arrow Ətraflı
Laçında mina partlayıb, bir nəfər yaralanıb like
  • 12 Apr 14:58  
Digərləri Laçında mina partlayıb, bir nəfər yaralanıb

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əley

arrow Ətraflı
"Tessala" gəmisi aprelin 16da Türkiyəyə çatacaq like
  • 12 Apr 14:55  
Dünya "Tessala" gəmisi aprelin 16da Türkiyəyə çatacaq

Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG)

arrow Ətraflı
Dünənki döyüş təsdiqlədi: like
  • 12 Apr 14:52  
Siyasət Dünənki döyüş təsdiqlədi:

Bu döyüşlər - qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qara

arrow Ətraflı
Türkiyənin KEMANKEŞ raketi TEKNOFESTdə nümayiş etdiriləcək like
  • 12 Apr 14:49  
Dünya Türkiyənin KEMANKEŞ raketi TEKNOFESTdə nümayiş etdiriləcək

Türkiyənin Baykar şirkəti KEMANKEŞ raketini TEKNOFEST-də nümayiş etdirə

arrow Ətraflı
50 il iş stajı olan 280 manat pensiya ala bilərmi? like
  • 12 Apr 14:41  
Digərləri 50 il iş stajı olan 280 manat pensiya ala bilərmi?

Qax sakini 65 yaşlı Seyfullah Feyzullayev bu ilin fevral ayında pensiya yaş�

arrow Ətraflı
Füzuliyə 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır like
  • 12 Apr 14:39  
Siyasət Füzuliyə 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır

2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzul

arrow Ətraflı
ARBnin yayımı 3 saatlıq dayandırılacaq like
  • 12 Apr 14:33  
Digərləri ARBnin yayımı 3 saatlıq dayandırılacaq

12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının

arrow Ətraflı
Məhv edilən erməni əsgəri məşhur müğənninin qohumudur like
  • 12 Apr 14:30  
Digərləri Məhv edilən erməni əsgəri məşhur müğənninin qohumudur

Ötən gün sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərb

arrow Ətraflı
Evlərin qiyməti niyə sürətlə bahalaşır? like
  • 12 Apr 14:19  
Digərləri Evlərin qiyməti niyə sürətlə bahalaşır?

İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 5%-dən çox bahalaş�

arrow Ətraflı
Türkiyənin bu şəhərini sel basdı like
  • 12 Apr 14:08  
Digərləri Türkiyənin bu şəhərini sel basdı

Türkiyənin Şanlıurfa şəhərinə leysan yağışları yağıb.

arrow Ətraflı
AzərbaycanErmənistan sərhədinin delimitasiyası Komissiyasına katib təyin edildi like
  • 12 Apr 13:59  
Siyasət AzərbaycanErmənistan sərhədinin delimitasiyası Komissiyasına katib təyin edildi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sər

arrow Ətraflı
Türkiyədə İŞİD və ƏlQaidəyə qarşı əməliyyat keçirilib, like
  • 12 Apr 13:57  
Dünya Türkiyədə İŞİD və ƏlQaidəyə qarşı əməliyyat keçirilib,

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Ə

arrow Ətraflı
Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq like
  • 12 Apr 13:48  
Siyasət Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq

Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 

arrow Ətraflı
Molla rejimini təbliğ edən daha 2 nəfər tutulub like
  • 12 Apr 13:46  
Digərləri Molla rejimini təbliğ edən daha 2 nəfər tutulub

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

arrow Ətraflı