Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi
Siyasət 12 Apr 2023 10:43:00 259 0
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
Bu xəbəri də oxu: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29la bağlı yaradılan şəraitlə tanış olub
Son.az bildirir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının sözlərinə görə, diplomatik nümayəndəliyin binasında (Səməd Vurğun küçəsi 134) seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
Son.az
Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticəl
Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən K
Rusiya hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığındakı Ukrayna möv
İran sözdə yumuşalma göstərsə də, əməldə biz bunu görmürük. Əməl
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik
Türkiyənin Rusiya və Ukrayna ilə fəal təmasları nəticəsində sülh pers
Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbç
Ukrayna Silahlı Qüvvələri yayda zəbt olunmuş əraziləri azad etmək üç�
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və
Geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və birlik i�
Dünən Dığ kəndi istiqamətində baş verən insidentin səbəbləri haqda &
Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Pors
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ administrasiyasının hazırkı r