"Deyirlər ki, yeni "Porsche" almasan, səni həbsə göndərəcəyəm" FOTO


Digərləri 12 Apr 2023 08:22:00 250 0

"Deyirlər ki, yeni "Porsche" almasan, səni həbsə göndərəcəyəm"  FOTO

Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Araz Ağalarov hadisədən sonra ona açılmış cinayət işinin maddəsindən narazıdır.

Son.az xəbər verir ki, "qafqazinfo"ya müraciət edən A.Ağalarov bildirib ki, törədilən yol-nəqliyyat hadisəsinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma) maddəsi ilə iş başlanılmalı olsa da, ona 186-cı (Əmlakı qəsdən məhvetmə) maddə ilə cinayət işi açılıb.

O, hadisə ilə bağlı ekspertiza rəyinin saxtalaşdırıldığını da iddia edir: "17 dekabr 2022-ci il tarixdə Babək prospektində idarə etdiyim "Mercedes" markalı avtomobillə ehtiyatsızlıqdan Dilsuz Məmmədova məxsus "Porsche Cayenne" markalı avtomobili vurdum. Etiraf edirəm ki, hadisə mənim günahım ucbatından baş verib. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma başladı. Qarşı tərəf iddia edir ki, guya onun maşınının arxası ilə sürüb qəsdən avtomobilini vurmuşam. Halbuki həmin zaman başqa yolla getmək imkanım yox idi. Üstəlik, maşına dəymiş ziyanla bağlı ekspert tərəfindən fantastik qiymət qoyulub. Maşının arxa hissəsi əzilib. Görüntülərdən də məlum olur ki, "Porsche Cayenne"ə maksimum 30 min manat ziyan dəyib. Lakin ekspertə 220 min manat ziyan yazdırıblar. Mənə də açıq şəkildə deyirlər ki, yeni avtomobil almasan, səni həbsə göndərəcəyəm".

Fotoda: D.Məmmədova məxsus "Porsche" markalı avtomobil

Şikayətçinin sözlərinə görə, avtomobilini vurduğu şəxs tanınmış iş adamıdır və əlaqələrindən istifadə edərək onun barəsindəki işin birtərəfli aparılmasına çalışır: "Maşınını vurduğum Dilsuz Məmmədovun Bakıda "Günəş" hamamı, "Labirint" klub-restoranı və s. obyektləri var. Ora varlı, vəzifəli şəxslər gəlir. Dilsuz Məmmədov da əlaqələrindən istifadə edib məni həbs etdirmək istəyir. Həmçinin barəmdəki işi yol-nəqliyyat hadisəsi kimi deyil, əmlakı qəsdən məhvetmə kimi qələmə verir. Mən ehtiyatsızlıqdan qarşı tərəfə zərər vurmuşam. Baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Nizami Rayon Polis İdarəsində izahatım alınıb. Hadisəni qəsdən törətməmişəm, hər şey ani ehtiyatsızlıq nəticəsində baş verib. Maşının Dilsuz Məmmədova aid olduğunu çox sonra öyrənmişəm. Dostumla birgə evə gedərkən anidən qəza oldu, əyləci sıxsam da, işləmədi və avtomobilim onun avtomobilinə çırpıldı. Hadisə nəticəsində əslində mən özüm ağır xəsarət alsam da, ekspert rəyi saxtalaşdırılaraq guya mənim yüngül, qarşı tərəfin isə ağır xəsarət alması qeyd edilib. Bütün sübutlar açıq-aşkar göstərir ki, hadisə ehtiyatsızlıqdan baş verib. Lakin indi Dilsuz Məmmədov məni həbslə hədələyərək ona yeni avtomobil almalı olduğumu deyir".

Fotoda: Şikayətçi A.Ağalarova məxsus "Mercedes GL 500" markalı avtomobil

A.Ağalarov bildirib ki, iş əvvəlcə Nizami Rayon Polis İdarəsində araşdırılsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. O, baş vermiş hadisəyə obyektiv hüquqi qiymətin veriməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini də əlavə edib: "Düşünürəm ki, işin Bakı Baş Polis İdarəsi tərəfindən araşdırılması birbaşa olaraq hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnəcək. Bu isə barəmdə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə şərait yaradacaq. Bu qəbildən olan işlərdə ekspert rəyi mühüm əhəmiyyətə malikdir. Ekspert rəyinin qanunsuz olmağı işin obyektiv, tam, hərtərəfli araşdıılmasına maneə törətməklə yanaşı, gələcəkdə məhkəmə müstəvisində də qanunsuz hökmün çıxarılmasına şərait yaradacaq".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "qafqazinfo"nun sorğusuna cavab olaraq bildirdi ki, aparılan araşdırmalar ekspertiza rəyinə əsaslanır: "Araşdırmalarla müəyyən edilib ki, 17.12.2022-ci il tarixində A.Ağalarov idarə etdiyi "Mercedes" markalı maşınla aralarında pul borcu üstündə yaranan mübahisə zəminində Dilsuz Məmmədovun Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanan "Porsche" markalı avtomobilinin arxa hissəsindən qərəzli olaraq çırpıb, əmlakı qəsdən zədələməklə zərərçəkən şəxsə külli miqdarda ziyan vurub.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədikdə) maddəsi ilə cinayət işi başlanılıb hazırda ibtidai istintaq davam etdirilir".

Ruslar hücuma cəhd etdi, Ukrayna məhv etdi like
  • 12 Apr 08:17  
Dünya Ruslar hücuma cəhd etdi, Ukrayna məhv etdi

Rusiya hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığındakı Ukrayna möv

arrow Ətraflı
"Buna görə də İran heç vaxt Azərbaycanla xoş münasibətlər qura bilməyəcək" like
  • 12 Apr 08:07  
Siyasət "Buna görə də İran heç vaxt Azərbaycanla xoş münasibətlər qura bilməyəcək"

İran sözdə yumuşalma göstərsə də, əməldə biz bunu görmürük. Əməl

arrow Ətraflı
Necati Dəmirəl like
  • 12 Apr 08:02  
Dünya Necati Dəmirəl

Türkiyənin məşhur aktyoru Necati Dəmirəl vəfat edib.

arrow Ətraflı
Rus generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın! like
  • 12 Apr 07:57  
Dünya Rus generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın!

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik

arrow Ətraflı
Təmaslarımız nəticəsində Rusiya və Ukrayna...  Ərdoğan like
  • 12 Apr 07:46  
Dünya Təmaslarımız nəticəsində Rusiya və Ukrayna... Ərdoğan

Türkiyənin Rusiya və Ukrayna ilə fəal təmasları nəticəsində sülh pers

arrow Ətraflı
Dünən bu rayonlarımız şəhid verdi  FOTO like
  • 12 Apr 07:41  
Digərləri Dünən bu rayonlarımız şəhid verdi FOTO

Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbç

arrow Ətraflı
Ukrayna bu tarixdə əkshücuma başlaya bilər  Rəsmi like
  • 12 Apr 07:36  
Dünya Ukrayna bu tarixdə əkshücuma başlaya bilər Rəsmi

Ukrayna Silahlı Qüvvələri yayda zəbt olunmuş əraziləri azad etmək üç�

arrow Ətraflı
ABŞ və Səudiyyə Ərəbistanı İrandan gələn təhdidləri müzakirə ediblər like
  • 12 Apr 07:31  
Dünya ABŞ və Səudiyyə Ərəbistanı İrandan gələn təhdidləri müzakirə ediblər

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və

arrow Ətraflı
"Türkiyənin yüzilliyi" konsepsiyası tək bizim üçün deyil... like
  • 12 Apr 07:26  
Dünya "Türkiyənin yüzilliyi" konsepsiyası tək bizim üçün deyil...

Geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və birlik i�

arrow Ətraflı
Dünənki insident buna görə baş verib  FOTO like
  • 12 Apr 07:16  
Siyasət Dünənki insident buna görə baş verib FOTO

Dünən Dığ kəndi istiqamətində baş verən insidentin səbəbləri haqda &

arrow Ətraflı
"BMW" və "Porsche"ni yandıran şəxs like
  • 12 Apr 07:11  
Kriminal "BMW" və "Porsche"ni yandıran şəxs

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Pors

arrow Ətraflı
"Bunun necə mümkün olacağını anlamıram" like
  • 12 Apr 07:05  
Dünya "Bunun necə mümkün olacağını anlamıram"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ administrasiyasının hazırkı r

arrow Ətraflı
Nanə yenə fotoşoplu şəkilləri ilə gündəmdə  FOTO like
  • 12 Apr 05:05  
Şou-biznes Nanə yenə fotoşoplu şəkilləri ilə gündəmdə FOTO

Aparıcı Nanə Ağamalıyeva yenə fotoşoplu şəkli ilə gündəmə gəlib. 

arrow Ətraflı