Multikulturalizm Mərkəzi Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu ilə memorandum imzalayıb
Kriminal 11 Apr 2023 16:34:00 304 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu xəbəri də oxu: Filarmoniyada Avstriya bəstəkarı Anton Bruknerin 200 illiyinə həsr olunmuş konsert keçirilib FOTO
Memorandumun məqsədi elmi-tədqiqat sahəsində, ictimai həmrəylik və vəhdət sahəsinə metodoloji və ekspert dəstəyinin göstərilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memoranduma əsasən elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq ediləcək - elmi şöbələr arasında əlaqələr qurulacaq, qarşılıqlı şəkildə razılaşdırılmış mövzular üzrə birgə araşdırmalar aparılacaq, qarşılıqlı səfərlər təşkil olunacaq, onlayn və oflayn formatlarda elmi seminarlar, təlimlər, konfranslar, dəyirmi masalar keçiriləcək.
Həmçinin etnik münasibətlərin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi, metodologiya, etnik vəziyyətin təhlili, dövlət orqanları üçün proqnozların və tövsiyələrin işlənib hazırlanması prosesi çərçivəsində birgə fəaliyyət göstəriləcək. Mədəni, mənəvi və milli dəyərlərin, etnik həmrəyliyin qorunub saxlanması və möhkəmləndirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Tərəflər birgə tədbirlər, təcrübə mübadiləsinin təmin olunması məqsədilə elmi işçilər üçün təcrübə kursları təşkil edəcəklər. Elmi-tədqiqat proqramlarına və layihələrinə, o cümlədən dövlət qrant müsabiqələrinə və proqramlarına birgə qoşulacaqlar.
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatovi
"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxma�
"Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim R
Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.
Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i
İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı
Azərbaycanda kişi şantaj olunub.
Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbayca
"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut
"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�
Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on
Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�