"Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər" FOTO
Şou-biznes 11 Apr 2023 16:24:00 352 0
"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxmağı çox sevirəm. Geyim xanım üçün çox önəmlidir. Arıq və formada olan qadınlar hər zaman gənc görünür. Xanımlar özlərinə qulluq etməlidirlər. Bəzən qadınlar baxım məsələlərini pula bağlayıb, problem edirlər.
Bu xəbəri də oxu: "50 nəfərin içində söyüşlə danışırlar"
Amma biz internet dövründə yaşayırıq, "Google" və "YouTube"da baxımla bağlı o qədər gözəl məsləhətlər var ki... Onlardan heç olmasa səhər və axşam yararlansalar, dəriləri təravətli və cavan qalar".
Son.az xəbər verir ki, bu sözləri Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Geyimlərinin qiymətindən və markasından danışmağı sevməyən estrada ulduzu bildirib ki, bundan sonrada səhnə obrazını dəyişmək niyyətində deyil:
"Sevmirəm geyimlərimin qiymətini açıqlayım və bununla gündəmə gəlim. Bu düzgün deyil. Hansı geyimi sevirəmsə onu da alıb, geyinirəm. Mənim üçün həmin geyimin marka və ya qiymətinin yüksək olub-olmaması önəmli deyil. Əsas odur ki, yaraşsın. Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər. Bir-iki dəfə stilistlərlə işlədim. Onlar tərzimi dəyişməyə çalışdılar. Amma mənim artıq bir obrazım var və səhnə imicimdən də kənar çıxmaq xoşlamıram. Koordinal dəyişimləri də sevmirəm. Necə varamsa elə də qalım".
Nigar idmançı qızları Jasmin və Səidədən də söhbət açıb:
"Böyük qızım Jasmin hazırda tətildə, Bakıda yanımdadır. Onun doğum gününü qeyd etdik. Amma bir neçə gündən sonra o yenidən Londona qayıdacaq. Bilirsiniz ki, övladlarım orada yaşayıb, təhsil alırlar. Jasmin hələ də peşəkar futbol ilə məşğul olur. Dünyanın ən güclü məktəbləri İngiltərədədir. Jasmin Bakıdakı peşəkar futbolçulardan futbolu daha yaxşı oynayır. Digər qızım Səidə də idmanla məşğul olurdu. Amma hələki idmanı dayandırıb".
N.Camal bir müddət əvvəl rus həmkarı Dima Bilanın konsertində duet çıxışından da danışıb. Müğənni bildirib ki, onların çıxışları üçün hazırlanan nömrə Nigara yıxılmaq qorxusu yaşadıb:
"Rusiya tamaşaçıları konsertləri çox sevirlər. Dima Bilanın konserti çox yüksək səviyyədə keçdi. Dima ilə "Обними меня" (Məni qucaqla) adlı duetimiz var. Həmin duet üçün xüsusi nömrə hazırlanmışdı. Uzun pilləkanlara çıxmalı idim. O konstruksiya isə silkələnirdi. Ora qalxıb, sonra da düşməli idim.
İnanın neçə dəfə məşq etsəm də, ora qalxıb-düşməkdən çox qorxurdum. Ayağımda da hündürdaban ayaqqabı var idi. Hər an yıxılmaq təhlükəsi vardı. Amma şükürlər olsun ki, heç bir pis hadisə yaşanmadı".
Nigar müsahibənin sonunda bu il ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşlarının yarışmada beşlikdə gördüyünü açıqlayıb:
"Təmsilçilərimiz maraqlı simalardır və mahnıları da dünya şöhrətli "The Beatles" qrupunun nəğmələrinə çox bənzərdir. Bu qrup isə şou-biznes həyatına Liverpul şəhərindən başlayıb. Bu il də "Avroviziya" yarışması bu şəhərdə baş tutacaq. Düşünürəm ki, təmsilçilərimiz və oxuduqları mahnı insanların xoşuna gələcək. Məncə onlar beşliyə daxil olacaqlar. Alınsa onları elə orada gedib dəstəkləyəcəyəm. Bukmeykerləri Eldarla məni onluqda görürdülər. Amma biz beşliyə düşdük və "Avroviziya"da qalib gəldik. Proqnozlar bəzən səhv olur".
"Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim R
Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.
Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i
İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı
Azərbaycanda kişi şantaj olunub.
Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbayca
"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut
"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�
Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on
Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�
Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.