Bakı ətrafına təhlükəsizlik kəməri çəkir Düşmənin planı


Siyasət 11 Apr 2023 15:22:00 303 0

Bakı ətrafına təhlükəsizlik kəməri çəkir  Düşmənin planı

"Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut edib ki, qlobal təfəkkürə malik mahir diplomatdır, strateqdir və son gerçəkləşən səfərləri, eləcə də ölkəmizdə qəbul etdiyi qonaqlar ölkəmizin geosiyasi strategiyasının reallaşmasına hesablanıb".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan Azərbaycana qarşı məkrli niyyətlər güdür, çox qərəzli planlar barədə düşünür:

"Tacikistana çox uğurlu səfər həyata keçirildi və burada Mərkəzi Asiyanın roluna diqqət yetirmək lazımdır. Mərkəzi Asiyada mühüm geosiyasi proseslər gedir. Bütün dünyanın marağı bu gün Cənubi Qafqaza, Mərkəzi Asiyaya yönəlib və bu xüsusda M.Asiyanın nəqliyyat yükdaşımlarında rolu artır.

Orta Dəhliz ideyasının reallaşdırılması, Zəngəzur dəhlizinin açılması, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən məhz Tacikistanda verilən mühüm mesajlar bu gün həm də ölkəmizin təhlükəsizliyi ilə bağlı yaranan təhdidlərin neytrallaşdırılması istiqamətində oldu. Yaddan çıxarmaq olmaz ki, Tacikistan farsdilli dövlətdir və burada artıq verilən mesajların ünvanının hansı dövlət olması da aydın olur.

Eyni zamanda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə səfərdə oldu və bu, çox yaxşı liderlər arasında formalaşan bir ənənənin göstəricisidir. Çünki ötən ilin oktyabr ayında Prezident İlham Əliyev Gürcüstanda Mçxeta bölgəsində səfərdə idi və artıq Azərbaycanın və Gürcüstanın regionlarına da liderlər səfər edirlər və bölgələrdə yaranan şəraitlə tanış olmaq imkanı qazanırlar. 

Gürcüstan Azərbaycan üçün çox önəmli tərəfdaşdır, Azərbaycanın Qərbə çıxış imkanlarının genişləndirilməsində hazırda mühüm potensial mövcuddur. Bakı-Tbilisi-Qars vasitəsi ilə yüklərin daha sürətli və intensiv şəkildə daşınması əsas prioritetdir. 

Eyni zamanda həm də Azərbaycan prezidentinin Qazaxıstana səfəri də, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yeni adla (Türk Dövlətləri Təşkilatı) fəaliyyət göstərir. Bu xüsusda Azərbaycan-Qazaxıstan münasibətləri də diqqət çəkir. 

Mütləq şəkildə qeyd etməliyik ki, Qazaxıstan da , Tacikistan da KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvləridir. KTMT-nin üzvü kimi Ermənistan Azərbaycana qarşı məkirli niyyətlər güdür, çox qərəzli planlar fikirləşir. Onların da neytrallaşdırılması üçün bu görüşlər mühüm əhəmiyyət kəsb edirdi.

Bu gün yeni dünya düzəni formalaşdırılır və rəsmi Bakı hazırda prioritet və gündəmdə olan məsələləri diqqətdə saxlayır. Amma ən önəmli məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Təəssüflər olsun ki, Ermənistan bu prosesi uzatmaqla məşğuldur. Lakin Azərbaycan bölgədə və bölgədən uzaqda yerləşən dövlətlərə açıq mesajlar verir, Ermənistanın ətrafında formalaşan güc mərkəzlərinə, onların himayədarlarına da mühüm mesajlar ötürülür və əsas məqsəd bölgədə sülhün, təhlükəsziliyin və sabitliyin qorunmasından ibarətdir". 

Təhməz Əsədov Son.az

"Mühafizəçi Xalq artistindən artıq maaş alır" like
  • 11 Apr 15:12  
Şou-biznes "Mühafizəçi Xalq artistindən artıq maaş alır"

"Bu gün gömrük idarəsində, dəmiryolu, nəqliyyat və digər yerlərd�

arrow Ətraflı
Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır like
  • 11 Apr 15:00  
Siyasət Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır

Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər on

arrow Ətraflı
Səfərbərliyin ikinci dalğası başlayacaq? like
  • 11 Apr 14:54  
Dünya Səfərbərliyin ikinci dalğası başlayacaq?

Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layih�

arrow Ətraflı
ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir" like
  • 11 Apr 14:32  
Digərləri ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir"

Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.

arrow Ətraflı
Qalmaqal: Aparıcı Əməkdar artisti efirə buraxmadı like
  • 11 Apr 14:27  
Şou-biznes Qalmaqal: Aparıcı Əməkdar artisti efirə buraxmadı

Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.

arrow Ətraflı
Taksi sürücüləri etiraz etdi: Qiymətlər “qəpikquruş”dur like
  • 11 Apr 14:21  
Digərləri Taksi sürücüləri etiraz etdi: Qiymətlər “qəpikquruş”dur

Taksi şirkəti olan bolt sürücüləri etiraz məqsədi ilə kütləvi şəkil

arrow Ətraflı
DİQQƏT! Bakının mərkəzində daha bir neçə küçə bağlanır like
  • 11 Apr 14:18  
Digərləri DİQQƏT! Bakının mərkəzində daha bir neçə küçə bağlanır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix

arrow Ətraflı
Güney Azərbaycanda itkin düşən gəncin çaydan meyiti tapıldı like
  • 11 Apr 14:10  
Digərləri Güney Azərbaycanda itkin düşən gəncin çaydan meyiti tapıldı

Güney Azərbaycanda itkin düşən 15 yaşlı yeniyetmə Hadi Cəfərzadənin 

arrow Ətraflı
Göygöldə mikroavtobus qəzaya düşdü, like
  • 11 Apr 14:04  
Digərləri Göygöldə mikroavtobus qəzaya düşdü,

Göygöldə mikroavtobus qəzaya düşüb.

arrow Ətraflı
Xatirənin oğlu ilə DUBAY istirahəti like
  • 11 Apr 13:59  
Şou-biznes Xatirənin oğlu ilə DUBAY istirahəti

Müğənni Xatirə İslam oğlu Emil ilə bərabər Birləşmiş Ərəb Əmirlik

arrow Ətraflı
Avropada qazın qiyməti 480 dollara düşüb like
  • 11 Apr 13:48  
Digərləri Avropada qazın qiyməti 480 dollara düşüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiymət

arrow Ətraflı
Novruz Aslanov 1ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib like
  • 11 Apr 13:41  
Siyasət Novruz Aslanov 1ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Novruz Aslanovun 1-ci dərəcəli "Vətənə xidm�

arrow Ətraflı
Aqil Abbasov 1ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib like
  • 11 Apr 13:40  
Siyasət Aqil Abbasov 1ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Aqil Abbasovun 1-ci dərəcəli "Vətənə xidmət

arrow Ətraflı
Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib like
  • 11 Apr 13:39  
Siyasət Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Cavanşir Paşazadənin "Şərəf" ordeni il�

arrow Ətraflı