ABŞ İnstitutu: "İranda etiraz fəallığı artıb, istefalar gözlənilir"
Digərləri 11 Apr 2023 14:32:00 333 0
Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.
Bu xəbəri də oxu: DYPdən COP29la bağlı müraciət: "...ehtiyac duyulmadı"
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bunun əsas səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi və son zamanlar tələbələrin yenidən zəhərlənməsidir: "Aprelin 9-da İranın 12 əyalətinin 16 şəhərində 18 etiraz aksiyası keçirilib. Bu etirazların əksəriyyəti iqtisadi motivli olub. Müxtəlif hökumət rəsmiləri və qurumları son həftələrdə elan etdilər ki, İranda inflyasiyanın səviyyəsi 40-50 faiz arasında dəyişir".
Məlumata görə, İran rialı aprelin 7-dən aprelin 10-na qədər nisbətən sabit qalıb: "Buna baxmayaraq, İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli media Rəisi administrasiyasının iqtisadi komandasında dəyişikliklərin olacağı ilə bağlı xəbərlər yayıb. Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mir Kazeminin istefa verəcəyi gözlənilir. Həmçinin iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzinin də yaxın həftələrdə istefa verəcəyi bildirilib".
Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.
Taksi şirkəti olan bolt sürücüləri etiraz məqsədi ilə kütləvi şəkil
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix
Güney Azərbaycanda itkin düşən 15 yaşlı yeniyetmə Hadi Cəfərzadənin
Müğənni Xatirə İslam oğlu Emil ilə bərabər Birləşmiş Ərəb Əmirlik
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiymət
Prezident İlham Əliyev Novruz Aslanovun 1-ci dərəcəli "Vətənə xidm�
Prezident İlham Əliyev Aqil Abbasovun 1-ci dərəcəli "Vətənə xidmət
Prezident İlham Əliyev Cavanşir Paşazadənin "Şərəf" ordeni il�
Xalq artisti Röya Ayxan və "Avroviziya" qalibi Nigar Camal barışı
Prezident İlham Əliyev Əli Həsənovun "Şərəf" ordeni ilə təlt
İranda soydaşlarımız molla rejiminə qarşı etirazlarını davam etdirir.
Xalq artisti Fəxrəddin Manafov millət vəkili Qənirə Paşayeva ilə bir ara
"Bu şəkildə mənim 19 yaşım var. Keçmiş həyat yoldaşım məndən 1