"Bir qədəh içəndə hər şeyi unudub çox pis söyüş söyürəm"
Digərləri 11 Apr 2023 17:12:00 375 0
Bu xəbəri də oxu: Etibarnamə ilə bağlı problem həll olundu DİNdən açıqlama
Onu ən müxtəlif obrazlarda görmüşük. Gah zalım ər rolunda ( "Öyle bir keçer zaman ki") nifrətimizi, gah ipək ürəkli mafiya babası ("Kırmızı oda") olaraq rəğbətimizi qazanıb. Gah uşaq kimi saf ata olub ("O kız"), gah qolu bükülməz igid komissar ("Sana söz").
Son.az lent.az-a istinadla Erkan Petekkaya barəsində məlumat verir.
Biz onu "Aynalı Tahir", "Aşkına Eşkıya", "Bedel", "Japon Gelin", "Taştan Kalp", "Dila Hanım" kimi filmlərdə baş rollarda gördük, sevdik. Dəfələrlə "ən yaxşı kişi aktyor" mükafatını qazanmış Erkan Petekkayanın ömür yolu da çox maraqlıdır.
O, 1970-ci ildə Türkiyənin Elazığ şəhərində doğulsa da, uşaqlığı İstanbulda keçib. Kiçik olarkən anası ilə atası ayrılıb. Anası yaşca daha kiçik olan qızını götürüb gedib. Erkan atasının himayəsində qalıb. Atası işlədiyi üçün Erkana baxa bilməyib və onu uşaq evinə verib.
"Orda qorxumdan dəliyə dönürdüm. Atam hər gün mənə baş çəkməyə gəlsə də, hər dəfə bir daha onu görməmək qorxusu ilə yaşayırdım. Yanımdakı uşaqlar belə başa salırdılar. Orda heç bir qohumu, əqrəbası olmayan balaca bir qız vardı. Onunla dostluq edirdim. Bir gün onunla oynayarkən başımı yardı. Alnımdakı çapıq onun xatirəsidir. Müəllimlər dərhal yaxındakı xəstəxanaya aparıb başımı sarıtdırdılar. Axşam atam gəlib başımı sarıqlar içində görüncə bərk əsəbiləşdi. Dəmir şkafın qapısını elə bir hirslə çırpdı ki, o səsi hələ də unuda bilmirəm. Sevindim, bildim ki, məni burdan aparacaq. Apardı. Başım yarıldığı üçü anamla atam barışdı və mən hələ də o zərbəyə görə kiçik dostuma minnətdaram. Bir gün anama yalvardım ki, o qızı da övladlıq götürək. Süfrəyə bir boşqab artıq qoyacaqdıq. Getdik, yetimxanaya. Amma onu bizdən öncə hamiliyə götürüb aparmışdılar. Onu bir daha görmədim. Əgər məni görürsə, onu unutmadığımı bilsin" - deyə Erkan verdiyi müsahibələrin birində bildirib.
Erkan Petekkaya 17 yaşında təsadüfən bir xalq tamaşasında xəstələnmiş aktyoru əvəz etdikdən sonra aktyor olmaq arzusuna düşüb. Ona qədər niyyəti diplomat olmaq idi. Səhnəyə bir çıxışı ilə "xəstələnib".
"Hərçənd ilk vaxtlar rejissorlar mənə "odun" deyirdilər, məndən bir şey çıxmayacağını söyləyirdilər. Amma inad elədim, konservatoriyaya daxil oldum, olacam dedim, oldum. Bu sənət dibsiz quyudur, hər gün öyrənmən lazımdır, Mən zirvədəyəm deyə bir şey yoxdur",- deyə Erkan söyləyib.
Erkan bir zamanlar alkoqol asılılığından əziyyət çəkib. İçki aludəsinə çevrilib. Alkoqolizmdən müalicə olunmaq üçün Hindistana və Rusiyaya gedib. Rusiyada vurulan bir iynə ilə beyninə təsir edildiyini deyir : "Bir iynə vurdular, səhəri gün daha içki istəmədim. Bir qədəh içincə hər şeyi unudur və çox pis söyüş söyürəm. Özümü kontrol edə bilmirəm. Beynimi yudular bir iynə ilə".
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun D
Rusiya paytaxtı Moskvanın Vnukovo hava limanında skanerlə yoxlamalar zamanı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yolux
Abşeronda sahibsiz küçə itləri insanlara təhlükə saçır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublika
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatovi
"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxma�
"Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim R
Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.
Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i
İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı
Azərbaycanda kişi şantaj olunub.