İlham Əliyevin bəyanatı ABŞı "SİLKƏLƏDİ":


Siyasət 11 Apr 2023 12:15:00 340 0

İlham Əliyevin bəyanatı ABŞı "SİLKƏLƏDİ":

May ayının ikinci yarısında İlham Əliyev və Nikol Paşinyan arasında Vaşinqtonda görüşün baş tutmaq ehtimalı ilə bağlı erməni mediasında yayılan məlumatlar Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla Ermənistan başda olmaqla böyük güclərin də hesablaşmalı olduğunun növbəti təsdiqidir. 

Bu məlumatın dərhal ardınca Rusiya və erməni sosial şəbəkə seqmentində, eləcə də KİV-də sürətlə "Qarabağ erməniləri Rusiya sülhməramlıları vasitəsilə Azərbaycan hakimiyyətinə görüş keçirmək təklifi göndəriblər" sərlövhəli məlumatlar yayıldı. Bütün bunlar elə bu son bir saat ərzində baş verdi. Əslində ilk baxışdan bu iki xəbərin bir-biri ilə hər hansı bir əlaqəsinin olduğu inandırıcı görünməyə bilər. Lakin prosesləri bir az dərindən incələdikdə hər şey təfərrüatı ilə ortaya çıxmağa başlayır.

Bu məsələdə bir neçə məqam xüsusilə diqqət çəkir:

Erməni mediasına istinad etsək, burada ilk növbədə Vaşinqtonun sülh danışıqları istiqamətində gələn ayın ikinci rübündən etibarən Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməsi istəyi ortaya çıxan kimi dərhal Rusiyanın prosesə müdaxilə etmək cəhdi diqqətdən yayınmır. Bəli, məhz bu məlumat mediaya sızandan dərhal sonra Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Qarabağ erməniləri arasında görüş istəyi ortaya çıxdı. 

Bu istək sıradan bir istək deyil. Nəzərə alsaq ki, bu zamana kimi son iki ay ərzində Azərbaycan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün Bakıya dəvət etsə də, hər dəfəsində separatçılar məsələyə müdaxilə edərək, müxtəlif bəhanələrlə bu təmasın baş tutumaması üçün əlindən gələni etdilər. Erməni separatçılar bundan imtina etməklə yanaşı, təklifə tərəfdar olan Qarabağdakı erməni icması üzvlərini təhdid etməyə də başladılar.

Lakin indi birdən-birə Vaşinqton variantı ortaya çıxan kimi Qarabağ ermənilərinin sülhməramlılar vasitəsilə Azərbaycana görüş üçün xəbər göndərməsi deməyə əsaslı şübhələr yaradır ki, məhz bundan əvvəlki görüşlərin baş tutmamasında elə Moskvanın əli olub. Nəzərə alsaq ki, həmin görüşlərdə danışıqlar prosesində rus sülhməramlı kontingentinin komandanlığının iştirakı əsas şərt kimi göstərilirdi, o zaman əlavə sözə ehtiyac qalmır.

Sadəcə, indi görünən odur ki, rəsmi Bakı elə bir siyasi manevrlər etməkdədir ki, Rusiya üçün bu görüşün Vaşinqtonda dövlət başçıları səviyyəsində planlaşdırılan təmasları qabaqlaması olduqca önəmlidir. Moskva üçün bu məsələ regionda nüfuzunu qoruyub saxlamaq adına həyatidir. 

Bu məsələni Vaşinqton gündəliyində aktivləşdirən detal isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün Qazaxıstan səfəri zamanı Ermənistanın və sülhə töhfə vermək istəyən vasitəçi dövlətlərin fəallığı ilə bağlı "Sülh addımları Azərbaycanın istədiyi səviyyədə getmir" fikrində dayanır.

İlham Əliyev bu ifadələrlə istər rəsmi İrəvana, İstərsə də onun havadarlarına və sülhün imzalanmasını istəyən dövlətlərə mesaj vermiş oldu ki, artıq 3 ilə yaxın bir müddətdir ki, Ermənistan tərəfi nə 10 noyabr üçtərəfli bəyanatına, nə Soçi görüşündə əldə olunan razılıqlara, nə də Brüssel və Praqa formatında razılaşdırılan məsələlərə əməl etmək niyyətindədir. Heç ona bu gün götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakıdan savayı təzyiq edən də yoxdur.

Ermənistan bu gün kənar müdaxilələr vasitəsilə də manipulyasiya cəhdlərini davam etdirir, nəticəsiz sülh danışıqlarının müddətini uzadır. Bu vəziyyət Bakını qəti qane etmir. Əgər sülh danışıqları dalana dirənirsə, o zaman biz İrəvanla eynilə 30 illik işğala, lüzumsuz danışıqlara, boş-boş vaxt itkisinə son qoyduğumuz dildə danışmaq məcburiyyətində qalacağıq. 

Məhz dövlət başçısının Astana səfəri zamanı səsləndirdiyi "İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur" fikirləri belə görünür ki, beynəlxalq təsisatlara, ABŞ, Rusiya sülh formatına növbəti bir təkan oldu. Süni olaraq dondurulan danışıqlar Əliyevin bu bətyanatı ilə sözügedən qüvvələri məcburiyyət qarşısında qoydu ki, prosesi canlandırsınlar. 

Rəsmi Bakı yeni dünya düzəninin sürətlə formalaşdığı bir zamanda proseslər yekunlaşmamış yarımçıq qalan məsələlərin həllində öz qəti mövqeyini ortaya qoymaqdadır. Ermənistan bu dönəmdə destruktiv mövqe nümayiş etdirmək əvəzinə Bakının 5 maddəlik sülh təklifinə məhsuldarlığı ilə seçilsə, dünyanın yeni risklərlə, çağırışlarla üz-üzə qaldığı bir zamanda regional təhlükəsizlik məsələsində önəmli bir addım atmaqla yanaşı, özünün də gələcək suverenliyini sığortalamış olacaq. Əksi yeni dünya düzəninin formalaşıb başa çatdığı bir vaxt bu adda bir dövlətin regionda mövcudiyyətini sual altında qoyacaq. 

Təhməz Əsədov Son.az

Prezident Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib like
  • 11 Apr 12:14  
Siyasət Prezident Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya v

arrow Ətraflı
“Yeməyibiçməyib Maldivə getmişik” like
  • 11 Apr 12:09  
Şou-biznes “Yeməyibiçməyib Maldivə getmişik”

Müğənni Gülay Zeynallı özü ilə bağlı yayılan söz-söhbətlərə ayd�

arrow Ətraflı
İran qovulan diplomatlarına görə “cavab” hazırlayır like
  • 11 Apr 11:58  
Digərləri İran qovulan diplomatlarına görə “cavab” hazırlayır

Yayılan xəbərlərə görə, "Hüseyniyyun" terror qruplaşması Az�

arrow Ətraflı
Heydər Əliyevin əziz xatirəsi Ağdamda ağacəkmə aksiyası ilə yad edilib  FOTO like
  • 11 Apr 11:54  
Digərləri Heydər Əliyevin əziz xatirəsi Ağdamda ağacəkmə aksiyası ilə yad edilib FOTO

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il, 28 noyabr tarixli, 3623 nöm

arrow Ətraflı
"Heydər Əliyevin 100 illiyi" yubiley medalı təsis ediləcək like
  • 11 Apr 11:40  
Siyasət "Heydər Əliyevin 100 illiyi" yubiley medalı təsis ediləcək

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.

arrow Ətraflı
Hacı Əli Behiştinin ittihamı məlum oldu like
  • 11 Apr 11:36  
Kriminal Hacı Əli Behiştinin ittihamı məlum oldu

Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması

arrow Ətraflı
Bir sıra kanallara xəbərdarlıq edildi like
  • 11 Apr 11:28  
Digərləri Bir sıra kanallara xəbərdarlıq edildi

10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının

arrow Ətraflı
Azərbaycan məkrli planların qarşısını almaq üçün kifayət qədər gücə malikdir like
  • 11 Apr 11:27  
Siyasət Azərbaycan məkrli planların qarşısını almaq üçün kifayət qədər gücə malikdir

Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələb

arrow Ətraflı
Brilliant Dadaşova ilə Ənvər Sadıxov KÜSÜLÜDÜR? like
  • 11 Apr 11:25  
Şou-biznes Brilliant Dadaşova ilə Ənvər Sadıxov KÜSÜLÜDÜR?

Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasın

arrow Ətraflı
Ağırçəkili avtomobillərin hərəkəti üçün like
  • 11 Apr 11:19  
Digərləri Ağırçəkili avtomobillərin hərəkəti üçün

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili

arrow Ətraflı
Ruslar tələ hazırlamışdı, özləri düşdülər like
  • 11 Apr 11:14  
Digərləri Ruslar tələ hazırlamışdı, özləri düşdülər

Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəkl�

arrow Ətraflı
Azərbaycan Qazaxıstan üçün yüksək ticari maraq kəsb edir like
  • 11 Apr 11:10  
Siyasət Azərbaycan Qazaxıstan üçün yüksək ticari maraq kəsb edir

Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ə

arrow Ətraflı
Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb like
  • 11 Apr 11:07  
Kriminal Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb

Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını

arrow Ətraflı
Tanınmış yazar evində ölü tapıldı like
  • 11 Apr 11:03  
Şou-biznes Tanınmış yazar evində ölü tapıldı

İspan yazar Fernando Sançez Draqo vəfat edib.

arrow Ətraflı