Heydər Əliyevin əziz xatirəsi Ağdamda ağacəkmə aksiyası ilə yad edilib FOTO
Digərləri 11 Apr 2023 11:54:00 292 0
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il, 28 noyabr tarixli, 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.
Bu xəbəri də oxu: Mərkəzi Bank manatın qiyməti ilə bağlı açıqlama yaydı
Son.az Trend-ə istinadən bildirir ki, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, uzaqgörən siyasəti ilə xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində silinməz iz qoymuş, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunan ağacəkmə aksiyası mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbirdə yüzlərlə ağac əkilib.
Aksiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də təmsil olunan qurumların nümayəndələri iştirak edib.
Son.az
"YAŞAT Fondunda vəsait çatışmır".
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.
Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması
10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələb
Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasın
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili
Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəkl�
Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ə
Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını
Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.
Prezident İlham Əliyevin Qazaxıstana səfəri və müzakirə olunan məsələ
Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 2
Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "