Qazax nefti Azərbaycana istiqamət götürür Prezidentin Astana səfərinin
Siyasət 11 Apr 2023 10:54:00 314 0
Prezident İlham Əliyevin Qazaxıstana səfəri və müzakirə olunan məsələlər Qərb, Türkiyə xüsusən də Rusiya mediasının diqqət mərkəzindədir.
Bu xəbəri də oxu: COP17 məzhəkəsi: niyə məhz Ermənistan seçildi?
Qonşu Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşri yazır ki, Qazaxıstan və Azərbaycan prezidentləri - Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bir gün əvvəl isə Bakıda iki ölkə sahibkarlarının biznes forumu keçirilib, nəticədə 55 milyon dollarlıq müqavilələr imzalanıb. Ən yüksək səviyyədə danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin Azərbaycana tədarükü, Qərb bazarlarına daha çox çıxışı olub. Qasım-Jomart Tokayev Qazaxıstan neftinin xarici bazarlara çatdırılması üçün alternativ marşrutların inkişafına xüsusi diqqət yetirir, çünki hasil edilən xammalın böyük hissəsi Rusiya ərazisindən keçir. Qazaxıstan öz neftinin 8 %-ə qədərini Azərbaycan ərazisi vasitəsilə tədarük etmək istəyir. Qeyd edilir ki, Bakı ilə danışıqlar ötən il, Tokayevin Azərbaycana rəsmi səfəri zamanı başlayıb.
Ötən il tərəflər Səngəçal terminalında ildə 1,5 milyon ton neftin tədarükü və sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulması barədə razılığa gəliblər. "KazTransOil" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin sonunadək "Tengiz" yatağından 125 min ton neft bu marşrutla daşınacaq. Bu il həmçinin Aktau-Bakı marşrutundan istifadə etmək planlaşdırılır ki, bu marşrutla 3,5 milyon tona qədər neft vurulacaq.
"NG" yazır ki, amma problem ondadır ki, perspektivlər olsa da, bu boru ilə vurulan neftin həcmi minimaldır. Ekspertlərin fikrincə, Aktau limanının potensialını 20 milyon tona çatdırmaq olar. "Bunun üçün Qazaxıstan tərəfi nəinki kəmərin genişləndirilməsinə sərmayə qoymalı, həm də bütün liman infrastrukturunun genişmiqyaslı modernləşdirilməsini həyata keçirməlidir. Ən əsası, Xəzər dənizində iki dəniz terminalı tikmək və tanker donanması almaq gərəkdir, çünki Qazaxıstanın Xəzərin dibi boyunca boruları yoxdur. Artıq bu istiqamətdə iş aparılır", - Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev bildirib. "Gələcəkdə bu port iki funksiyanı yerinə yetirə biləcək. Birincisi, Qazaxıstanın enerji resurslarının Azərbaycan, Türkiyə vasitəsilə Avropaya ixracının artırılmasıdır. Aktau limanının ikinci funksiyası isə Çindən Qazaxıstandan keçməklə Avropaya yük tranzitinin həcmini artırmaqdır. Çin artıq Rusiyadan yan keçməklə Xəzər dənizi ilə alternativ marşrut açıb. Satpayev bildirib ki, bu, daha az əlverişli marşrutdur, lakin alternativ olaraq daha dolğun istifadə olunacaq.
Yaxın gələcəkdə Qazaxıstan Azərbaycan ərazisindən 6 milyon tona qədər neft nəql etməyi planlaşdırır. Reuters-in məlumatına görə, Bakı Astanaya Xəzər neftinin nəqli ötən ilin yazında dayandırılmış Bakı-Supsa kəmərindən istifadə etməyi təklif edib. Bakı-Supsa Xəzər neftinin Xəzər dənizində Bakı yaxınlığındakı Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir. Hələlik söhbət Xəzər dənizinin Qazaxıstan şelfindəki Kaşaqan yatağından 5 milyon ton neftin vurulmasından gedir.
Beləliklə, Qazaxıstan Rusiyadan yan keçərək, özünü Azərbaycana yönəltməklə neft ixracını artırmaq üçün ardıcıl addımlar atır. Ekspertlər hesab edirlər ki, neftin Transxəzər marşrutu ilə nəqli neft və əmtəə axınının istiqamətləndirilməsi üçün ən perspektivli variantdır. "Ukraynada xüsusi əməliyyat başlayandan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) təkcə Qazaxıstan üçün deyil, ümumiyyətlə prioritet məsələyə çevrildi. Rəsmi səviyyədə Tokayev Qazaxıstanın tranzit potensialı və Qazaxıstan məhsullarının Azərbaycan üzərindən ixracı barədə daha tez-tez danışmağa başlayıb", - Satpayev bildirib.
Azər Nuriyev Son.az
Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 2
Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan
Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məblə
Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula
Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros
Qərb mediası son vaxtlar İranın təxribatçı, bölgədə gərginliyi artır
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qa
"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt
Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu
Zəncirotu (oduvançik) bitkisinin çiçəklərindən mürəbbə bişirildiyini
Müğənni Nadir Qafarzadə fobiyasından danışıb.
"Yeddilik Qrupu" (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi