Yol polisi sürücülərə
Digərləri 11 Apr 2023 10:37:00 224 0
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
Bu xəbəri də oxu: Dayısının qatilini 29 il sonra qətlə yetirən şəxsə hökm oxundu
İdarədən Son.az-a verilən məlumata görə, aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
"Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücünün yerinə yetirməli olduğu vəzifələr qanunvericilikdə dəqiq göstərilsə də, təəssüf ki, bəzən sürücülərin bu qaydalara əməl etməməsi sonu faciə ilə bitən qəzaların baş verməsinə real zəmin yaradır.
Hava və ya yol şəraitinin, nəqliyyatın hərəkət şiddətinin, məhdudiyyətli görünmənin, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobilini yolun hərəkət hissəsində dayandıran sürücünün özünün və onun səhlənkarlığı nəticəsində yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sərnişinlərin hansı təhlükə ilə üz-üzə qalmasını təsəvvür etmək isə yəqin ki çətin deyil", - müraciətdə deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha sürücülərə müraciət edərək onları, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məblə
Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula
Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros
Qərb mediası son vaxtlar İranın təxribatçı, bölgədə gərginliyi artır
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qa
"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt
Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu
Zəncirotu (oduvançik) bitkisinin çiçəklərindən mürəbbə bişirildiyini
Müğənni Nadir Qafarzadə fobiyasından danışıb.
"Yeddilik Qrupu" (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi
Mütəxəssislər diabetin inkişafının qarşısını alan beş məhsulun adı
Rusiyanın teatr və kino aktrisası, dublyaj ustası Yelena Şulman faciəvi ş