BakıTehran gərginliyi: Kreml hansı addım atır?
Siyasət 08 Apr 2023 16:51:00 247 0
Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə - həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var.
Bu xəbəri də oxu: Prezident Naxçıvana icra başçısı təyin etdi
Son.az bildirir ki, bu sözləri Axar.az-a tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov Azərbaycanla İran arasında münasibətlərin səviyyəsinin aşağı düşməsi haqda danışarkən deyib.
O bildirib ki, vaxtilə Rusiya-İran münasibətləri də yaxşı deyildi:
"Rusiyanın bir vaxtlar İranla münasibətləri də gərgin idi. Bu, Xameneinin Rusiyanı "balaca şeytan" adlandırdığı zamanlara aiddir. Sonra bu münasibətlər tədricən yaxşılaşmağa başladı və pozitiv, neytral bir əlaqələr formalaşdı.
Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Xüsusi hərbi əməliyyat başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Ona görə ki, İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərməyə başladı".
Markovun sözlərinə görə, Rusiyanın Azərbaycana münasibəti xüsusidir:
"Çünki Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Amma iranlılar bizdə çox azdı. Mədəniyyətlərarası və insani münasibətlər İranla müqayisədə Azərbaycanla ikiqat daha əhəmiyyətlidir. Ona görə, Rusiya ölkər arasında olan gərginliyin azaldılması üçün üzdə görünməyən böyük aktivlik göstərir".
Ekspert vurğulayıb ki, Rusiya gərginliyi azaltmaq üçün səy göstərsə də, konkret mövqe bildirməyəcək:
"İranla Azərbaycan arasında münaqişə yaradacaq səviyyədə ziddiyyət yoxdur. Rusiyanın baxışına görə, münaqişə ehtimalı çox azdır. Gərginlik artacaq, müəyyən bəyanatlar olacaq, lakin münaqişəsiz ötüşəcək. Unutmayaq ki, İranla Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi kimi ümumi layihələri var".
ABŞ-nin Massaçusets ştatında on ibtidai məktəb şagirdi saqqızla təhlük
Qadınların saç barəsində kişilərdən daha baxımlı olduğu iddia olunur.
8 aprel tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzd
Son.az Kulis.az-a istinadən Xalq artisti Nəsibə Abdullayeva haqqında maraql�
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişlə
Türkiyə qaz hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılması
Soyuq havada immuniteti artıran meyvələr, qidalar yemək mütləqdir. Bunla
Barak Obamanın qızı Maliya Obamanın rejissoru olduğu qısametrajlı film y
53 yaşlı amerikalı müğənni Cennifer Lopez İtaliyanın brend alt paltar�
Hollivud ulduzu Rassel Krounun 59 yaşı tamam olur.
Mingəçevir şəhərində 1988-ci il təvəllüdlü Əvəz qardaşı arvadı il
Botoks, kimyəvi pilinq, tamp, doldurulma və cavanlaşma prosedurları haqqınd