Türk dünyasına aşiq Hollivud ulduzu: Qarabağ məsələsində


Şou-biznes 08 Apr 2023 14:11:00 208 0

Türk dünyasına aşiq Hollivud ulduzu: Qarabağ məsələsində

Hollivud ulduzu Rassel Krounun 59 yaşı tamam olur.

Son.az lent.az-a istinadən hər kəsin rəğbətini qazanmış bu aktyor haqqında maraqlı faktları təqdim edir. 

Ona "Hollivudun vəhşisi" deyirlər. Dostları öz aralarında ona "Paslı" ləqəbini veriblər.

O, 1964-cü ildə Yeni Zelandiyada doğulub. Uşaq olanda ailəsi ilə birlikdə Avstraliyaya köçüb. Hollivudda onun barəsində söz düşəndə haqqında "avstarliyalı dəli" ifadəsi işlədilir. 

Ən yaxın dostu aktrisa Codi Fosterdir.

Plastik qablardan iyrənir. Tez - tez əsəb böhranları keçirir, çığırıb - bağıranda kimsə qarşısında dura bilmir.

Boyu 185 santimetrdir, çəkisi isə son illər xeyli artıb. İlk rolunu 5 yaşı olanda oynayıb. 

Bir zamanlar rok qruplarda gitara ifa edib, bir müddət restoranlarda ofisiant işləyib.

İndi milyonlarla vəsaiti olan bu aktyorun heç orta təhsili də yoxdur. O məktəbi atıb gedib, jurnalist olmağı arzu edib, lakin qrammatik cəhətdən düzgün yaza bilmədiyi üçün arzusu ürəyində qalıb.

Arzusu ürəyində qaldığına görə, jurnalistləri sevmir, paparazzilərə isə nifrət edir. Əlinə keçəndə mütləq döyür.

Arvadı aktrisa Daniel Spenser ilə 1989-cu ildə tanış olsa da, sevgi münasibətləri 9 il sonra başlayıb. 2003-cü ildə evləniblər. İndi ayrı yaşayırlar. 

Baş rolda oynadığı "Nuh" filmində aktyor anidən hönkür-hönkür ağlayıb. Çünki arvadı ona "daha bir yerdə yaşamayaq" demişdi.

Onların iki oğlu var. 17 yaşlı Çarlz və 14 yaşlı Tennison.

O bir müddət aktrisa Meq Rayanla sevgili olub.

Deyilənə görə, Dostu Cudi Fosterin uşaqlarından birinin atası odur.

O "Qladiator" filmindəki roluna görə "Oskar" alıb. Bu ilk "Oskar" deyildi, "Ağıl oyunları" və "Öz adamım" filmlərindəki rolları da ona bu nüfuzlu mükafatı qazandırmışdı.

Rolları üçün saqqal buraxır. Süni saqqaldan iyrənir.

"Nokdaun" filmində o əsl boksçularla döyüşmüş, real zərbələr almış, hətta xəstəxanalıq olmuşdu. 

Qəzəbini nəzarətə ala bilmədiyinə görə dəfələrlə cərimələr ödəyib, o bütün problemləri yumruqla həll etməyə alışıb.

Qladiator filmindən sonra küçədə onu soymaq istəyən 3 nəfəri döyüb yaralamış, sonra da xəstəxanaya aparmışdı.

O, Avstraliyada öz fermasında yaşamağı sevir, qoyun və inək sürüləri var. Təbiət qoynunda olmaq aktyorun hobbisidir. Bir dəfə etiraf edib ki, inəklərindən biri ölsə hönkür-hönkür ağlaya bilər.

Yad planetlilərin varlığına inanır və hətta onların fotosunu da çəkib NASA-ya verib.

Dünyanın bütün dillərində söyüş söyməyi bilir. Avstraliyanı motosikletlə başdan-başa gəzib.

O yeganə Hollivud ulduzudur ki, evinin damını öz əli ilə təmir edir.

Dəli rolunda çəkilərkən 1 ay dəlixanada, polis rolunda çəkilərkən isə 1 ay polis idarəsində müşahidə keçib.

O, Qarabağ məsələsində Azərbaycanı dəstəkləmiş tək Hollivud ulduzudur. Türk dünyasını sevir.

Qardaşı arvadının qonşuyla gəzməsindən şübhələndi: like
  • 08 Apr 14:00  
Kriminal Qardaşı arvadının qonşuyla gəzməsindən şübhələndi:

Mingəçevir şəhərində 1988-ci il təvəllüdlü Əvəz qardaşı arvadı il

arrow Ətraflı
Kosmetoloji prosedurların zərəri varmı? like
  • 08 Apr 13:51  
Digərləri Kosmetoloji prosedurların zərəri varmı?

Botoks, kimyəvi pilinq, tamp, doldurulma və cavanlaşma prosedurları haqqınd

arrow Ətraflı
Qubada meşəbəyini kim döyüb? like
  • 08 Apr 13:50  
Kriminal Qubada meşəbəyini kim döyüb?

Qubada meşəbəyinin döyülməsi haqda məlumat yayılıb. 

arrow Ətraflı
Azərbaycanda İranın molla rejiminə xidmət edən daha bir nəfər tutuldu like
  • 08 Apr 13:44  
Digərləri Azərbaycanda İranın molla rejiminə xidmət edən daha bir nəfər tutuldu

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.�

arrow Ətraflı
Emili Ratajkovski kinodan gedir like
  • 08 Apr 13:40  
Şou-biznes Emili Ratajkovski kinodan gedir

Amerikalı model-aktrisa Emili Ratajkovski daha filmlərə çəkilməyəcək.

arrow Ətraflı
Qətlə yetirilən şəxs Elnarə Bəkirovanın atası imiş like
  • 08 Apr 13:36  
Şou-biznes Qətlə yetirilən şəxs Elnarə Bəkirovanın atası imiş

Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məş

arrow Ətraflı
Arzuolunmaz şəxs elan edilən iranlı diplomatlar Azərbaycanı like
  • 08 Apr 13:34  
Siyasət Arzuolunmaz şəxs elan edilən iranlı diplomatlar Azərbaycanı

Azərbaycan tərəfindən "persona non grata" (arzuolunmaz şəxs) ela

arrow Ətraflı
Lənkəranlı istedadların böyük arzuları like
  • 08 Apr 13:29  
Digərləri Lənkəranlı istedadların böyük arzuları

Lənkəranın Boladi kəndində gələcəyin Teslası, Faradeyi, Voltası kimi i

arrow Ətraflı
İran MÜHARİBƏ "BOMBASINI" Zəngəzurda qurdu like
  • 08 Apr 13:23  
Siyasət İran MÜHARİBƏ "BOMBASINI" Zəngəzurda qurdu

"Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiy

arrow Ətraflı
Alen Delonun kolleksiyasındakı əsərlər hərraca çıxarılacaq like
  • 08 Apr 12:56  
Şou-biznes Alen Delonun kolleksiyasındakı əsərlər hərraca çıxarılacaq

İyunun 22-də Parisdə fransız aktyoru Alen Delonun kolleksiyasından olan 80-

arrow Ətraflı
Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi like
  • 08 Apr 12:48  
Siyasət Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliye

arrow Ətraflı
Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm like
  • 08 Apr 12:27  
Digərləri Bakıda tikilməkdə olan yaşayış kompleksində ölüm

Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Paytaxt sakinləri havanın çirkliliyindən narahatdır like
  • 08 Apr 12:23  
Digərləri Paytaxt sakinləri havanın çirkliliyindən narahatdır

Vətəndaşlar Bakıda havanın çirkliliyindən çox narazı və narahatdırlar

arrow Ətraflı