Mətanət İsgəndərli yenidən plastik əməliyyat etdirəcək VİDEO
Şou-biznes 07 Apr 2023 18:24:00 219 0
"Verilişə baxanda özümdən xoşum gəlir. Kökələndə öldürürdülər məni. Bir də görürsən elə şərhlər yazırdılar: "Ay gombul", filan. Amma çoxları da deyirdi ki, biz sizi elə sevirdik. Amma mən özümü o cür sevmirdim. Axır vaxtlar çox əziyyət çəkirdim. Zatən kök idim, sonra pandemiya, qolum sındı, atam dünyasını dəyişdi, depressiya, stres... O çəkinin üzərinə 20 kiloqram da gəldi. Gör bu nə deməkdir. 107 kilqrama çıxmışdı çəkim".
Bu xəbəri də oxu: Tanınmış meyxanaçının ölüm xəbəri yayıldı: ağır qəza keçirib
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" verilişində qonaq olarkən deyib. O, artıq çəkisinin səhhətinə vurduğu mənfi təsirlərdən söhbət açıb:
"O çəkidə çox az qaldmı. Bir dəfə efirə çıxmışdım ki, hamı zəng vurdu ki, çıxma, nə boyda olmusan? İnanın özüm də getmək istəmirdim, güclə aparırdılar. Deyirdim, "Qurban olum, çox kökəlmişəm, verilişə çıxmaq istəmirəm". Getdim və peşman oldum. Təsəvvür edin ekrana sığmırdım. Elə ondan sonra da qərara gəldim və arıqladım.
Əgər ayaqlarım, belim elə ağrımasaydı, bəlkə də etməzdim. Gürünüşdən də öncə çox əziyyət çəkirdim. Ayaq üstə dayana bilmirdim. Axır vaxtlar oxuyanda belimi əlimlə tuturdum ki, güc düşməsin. Sümüyüm də çox incədir. Bu sümüyə o çəki olmaz. Yata, dura, oxuya bilmirdim, oxuyanda da nəfəsim çatmırdı. Ona görə də dedim, cəhənnəm olsun. İndi enli paltarlarımın üstündə dava gedir ki, verin bizə. Çoxunu vermişəm, deyirəm, rədd olun gözümün qabağından, qovuram evdən onları ki, gözüm bir də sizi görməsin".
M.İsgəndərli yenidən plastik əməliyyat etdirəcəyini vurğyulayıb:
"Bəli, etdirmək istəyirəm. Üz gərmə, bəzi xırda şeylər var ki, onları etdirəcəyəm. Məhərrəm ayında. Əməliyyat olandan sonra bundan da arıq görünəcəyəm. Bəzi yerlərdə piylər var ki, onları çıxartdıracağam.
Xarici ölkələrə səyahət zamanı hava limanlarında və yaxud digər yerlə
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kub
Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkiş
Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhər
Türk aktyor Şahsuvar Aktaşın ailəsində faciə yaşanıb.
Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı
Əsas məqsədimiz ölkəmizdə minifutbol üzrə Avropa və ya dünya çempiona
Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənil
Orta Dəhliz layihəsi üzərində birgə, koordinasiyalı şəkildə çalışı
Bu il Azərbaycanda dahi Heydər Əliyevin 100 illiyi qeyd edilir. Siz (Preziden
Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi