Maşın almaq istəyənlərə bəd xəbər: Bu tarixdən başlayaraq...
Digərləri 07 Apr 2023 16:48:00 225 0
Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənilməsə də, təkrar bazarda mayın ortasından sonra 3-5 % civarında bahalaşma gözlənilir.
Bu xəbəri də oxu: Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim ÖLDÜ
Bunu report-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
"Yaşı 10 ildən çox minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması barədə qərar gələn aydan qüvvəyə minəcək. Bundan sonra 2-ci əl avtomobil bazarında qiymətlər yenilənəcək. Məsələn, 1998-ci ilin "Mercedes C class" modelinin qiyməti qərardan öncə təqribən 10 min manat idisə, artıq 12 min manat olacaq və yaxud 2012-ci ilin "Kia Rio" modelinin qiyməti 13 min manat idisə, artıq 15 min manat olacaq. Yəni, həmin avtomobillər ölkəmizə gətirilmədiyinə görə alverçilər əllərində nə varsa, onu satacaqlar və qiymətləri qaldıracaqlar. Amma yeni avtomobilləri kreditlə almaq üçün ilkin ödəniş azaldılsa, belə süni qiymət artımlarının qarşısı alınacaq", - deyə o qeyd edib.
Ekspert mart ayında bazardakı vəziyyətə də toxunub və fevral ayına nisbətən aktivliyin artığını bildirib: "Hər il bu mövsümdə bazarda canlanma olur. Bu fəallığın digər səbəbi hibrid və elektromobillərin idxalına güzəştlərin tətbiq edilməsidir. Rəsmi distribütorların satdığı 1-ci əl hibrid və elektromobillərlə yanaşı vətəndaşlar özləri də xaricdən 3 ildən az işlənmiş bu tip avtomobillər gətirir. Paralel olaraq Avropa ölkələrində benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə olan qadağalarla bağlı həmin ölkələrdə 2-ci əl avtomobillər ucuzlaşıb. Bu da bizim yerli sahibkarlar üçün həmin avtomobilləri daha cəlbedici edir".
Onun sözlərinə görə, fevral ayında olduğu kimi mart ayında da ölkədə əsas tələbat kiçik mühərrikli avtomobillərə olub: "İri mühərrikli 2-ci əl avtomobillərə maraq çox deyil. Odur ki, bu avtomobillərin fevral ayında yaşanan ucuzlaşması martda da davam edib. Ümumilikdə isə ötən ay avtomobil bazarında qiymətlər stabil qalıb. Novruz bayramı tətillərindən sonra qiymətlərin azacıq dəyişəcəyini gözləyirdik, amma belə olmadı. İlin əvvəlində mühərrikinin həcmi 3 min kubsantimetr və daha yuxarı olan 2-ci əl avtomobillərin qiyməti enmişdi. Həmin qiymətlər olduğu kimi qalır".
Orta Dəhliz layihəsi üzərində birgə, koordinasiyalı şəkildə çalışı
Bu il Azərbaycanda dahi Heydər Əliyevin 100 illiyi qeyd edilir. Siz (Preziden
Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
Ukraynalı musiqiçi və Kiyev Operasının dirijoru Konstantin Starovitski Donb
Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının xarici i�
Dünən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "Mahnılar�
Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri
Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bö
Xalq artisti Fidan Hacıyeva şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması
Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən,
Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün
Bir müddət əvvəl illərdir qaldığı uşaq evindəki vəziyyətə etiraz ed
Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir. Biz do
İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-