"Mənim mahnıma görə neçə şəxs narkotikə qurşanıb?"
Şou-biznes 07 Apr 2023 16:36:00 212 0
Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısında müğənni Günay İbrahimlinin "O kimdir ki?" nəğməsi də yer alıb.
Bu xəbəri də oxu: "Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm" VİDEO
Son.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qalmaqallı məsələ ilə bağlı sosial şəbəkə hesabında post paylaşaraq, sözügedən qurumun cavabını verib.
""Azərbaycan Respublikasının Konstitusiyası Maddə 51. Yaradıcılıq azadlığı I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm.
Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamın və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olması mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm.
Niyəsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa "mübariz" bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb. Hər nə isə. Bu siyahıya mənim adımı əlavə edən "psevdointellektual", "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim "O kimdir ki?" adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya intihar səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?
Təbii ki, bu yanaşma mənə qarşı çirkin böhtandır. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimi isə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var.
Ukraynalı musiqiçi və Kiyev Operasının dirijoru Konstantin Starovitski Donb
Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının xarici i�
Dünən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "Mahnılar�
Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri
Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bö
Xalq artisti Fidan Hacıyeva şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması
Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən,
Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün
Bir müddət əvvəl illərdir qaldığı uşaq evindəki vəziyyətə etiraz ed
Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir. Biz do
İspaniyanın məşhur aktrisa və aparıcısı Ana Obreqonun son addımı səs-
Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl
Müğənni Nərmin Kərimbəyova Avroviziya arzusunu dilə gətirib.